STM-in Daxili siyasətin təhlili departamentinin 2024-cü il üzrə elmi-tədqiqat fəaliyyəti ilə bağlı hesabatının xülasəsi

25.12.2024

2024-cü il ərzində Daxili siyasətin təhlili departamentində STM-in Nizamnaməsindən irəli gələn vəzifələr çərçivəsində, ölkədaxili sosial-siyasi gündəmin ən aktual məsələləri ilə bağlı təhlillərin aparılması, açıq və qapalı hesabat və arayışların, təhlil, mövqe və təklif sənədlərinin hazırlanması istiqamətində fəaliyyət həyata keçirilmişdir. 
Departamentin fəaliyyəti 2024-cü ildə aşağıdakı bölmələr üzrə əldə edilmiş nəticələrdə öz əksini tapmışdır: 
 
I BÖLMƏ üzrə cəmi: 2 kitab çapı/redaktəsi, 69 məqalə (o cümlədən 2-si xaricdə olmaqla), 1 beynəlxalq elmi-analitik jurnalın nəşri
II BÖLMƏ üzrə cəmi: 15 analitik hesabat (5-i həmmüəllifli); 4 icmal sənədi (1-i həmmüəllifli); 84 arayış, təhlil və təklif sənədi
III BÖLMƏ üzrə cəmi: 1780-dən çox mediaya müsahibə, beynəlxalq və yerli konfranslarda məruzə və çıxış.
 
Departamentin əməkdaşları tərəfindən hesabat ilində 2 kitab çapa hazırlanıb. /1. Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri; 2. Mücahid ömrü: Məhəmmədsadıq Aran/.
Departament əməkdaşları tərəfindən hazırlanan məqalələrdə Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi yeni inkişaf erasında qazanılacaq uğurlarımızın formuludur; ABŞ Konqresinin sanksiyalarına dair qanun layihəsi: süni ajiotaj, reallıq və mümkün ssenarilər; Rəqəmsal cəmiyyət və Süni İntellekt əsrində sosial, tarixi-kollektiv yaddaşla bağlı çağırışlar; Azərbaycana qarşı sanksiya planındakı faktlar: imzalar eynidir; Qərbi Azərbaycana qayıdışla bağlı Təşəbbüs Qrupunun yaradılması məsələni hüquqi müstəviyə çıxardı; COP-29 Azərbaycan. İqlim dəyişikliyi, iqlim əsaslı miqrasiya və insan hüquqları sahəsində qlobal tendensiyalar, perspektivlər; Davos 2024: seçkilər, süni intellekt və dezinformasiya proqnozu; Ermənistanda Avromissiyanin tərsinə çevrilmiş binoklundan görünənlər - Ədaləti və sülhü görmək üçün binokla mütləq ehtiyac varmı; Gənc nəslin qarşısında duran problemlər və onların həlli yolları dəyişir; Müasir universitet konsepsiyası: təhsil, tədqiqat və innovasiya ekosisteminin inkişafı; Beynəlxalq nəqliyyat dəhlizləri kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti; Türk Dünyası: ortaq mədəniyyətdən ortaq siyasi, iqtisadi və hərbi məkana doğru; Azərbaycan ictimai rəyində Avropa İttifaqı və Çinə münasibət; Müharibənin acı mirası – minalar və bu kontekstdə Ermənistanın hərbi cinayətləri; Çağdaş əsrdə siyasət və ideologiya; İnsan təbiətinin destruksiyasi: Yeni siyasi dövrün ideoloji vəzifəsi: mədəni suverenliyimizin qorunması və gəncliyimizin tərbiyəsi; “Açıq cəmiyyət” ideyası və onun destruktiv təsirləri; “Qlobal hökumət” anlayışı: Respublikaçı Amerikan və Avropa baxışları; Texno-feodalizm: kapitalizmi nə öldürdü; Amerikan kultural inqilabı: neomarksizmin zəfəri; Milli ideologiya üçün möhtəşəm müdafiə düsturları; Zəfər təhsil modeli – tədrisin şəxsiyyət mühəndisliyi missiyası;  Məktəblərdə ekologiyanı necə sevdirməli; Təhsilin vəhdəti-vücud şifrləri – vahid bilik nəzəriyyəsi; Qeyri-səlis məntiqin təhsilə tətbiq modelləri; ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir; Yaxın Şərq arenası: Azərbaycan cəmiyyətinə təsirlər; ŞƏT dünyanı dəyişir, regiona yayılan “barıt qoxusu”; Fransaya qarşı İtaliya kartı; “Binokl tamaşası”nın yeni personajı; Türk dövlətlərinin birlik nümayişi və s. mövzular təhlil edilib. 
STM-in “Dezinformasiyaya qarşı mübarizə:  ifşa detektoru” layihəsi çərçivəsində “Azərbaycana qarşi “Qlobal Maqnitski Sanksiyası”na çağıran beynəlxalq təşkilatlarin erməni təsisçiləri, erməni işçi heyəti və qlobal diasporla işbirliyi. Şəbəkə. Faktlar. İfşa” adlı hesabatda Azərbaycana qarşı sanksiya hazırlığı və suverenliyimizin tam təmin edilməsindən sonra qlobal erməniliyin hərəkətə keçməsi, beynəlxalq insan hüquqları təşkilatlarına sızmış  ermənilər və himayədar ölkələrin fəaliyyəti ifşa edilir. Hesabatda Azərbaycana qarşı Qlobal Maqnitski Sanksiyasını tətbiq etməyə çağıran Kanadanın “Raul Vallenberq adına İnsan Hüquqları Mərkəzi” ilə yanaşı, 3 təşkilatın adları eyni olmaqla hamısının ermənilər tərəfindən maliyyələşdirilməsi, rəhbərlikdə və işçi heyətində ermənilərin çalışması aşkara çıxarılıb. Hesabatda Azərbaycana qarşı Qlobal Maqnitski Sanksiyasına çağıran Raul Vallenberq Mərkəzi kimi eyni adlı fondu - Beynəlxalq Raul Vallenberq Fondunu (İnternational Raoul Wallenberg Foundation (IRWF) argentinalı milyarder Eduardo Ernekyanın yaratmasından, onun başqa qurumları da maliyyələşdirməsindən, Ermənistanla sıx əlaqələrindən bəhs edilib. Azarbaycanın rəsmi şəxslərinə qarşı  sanksiya layihəsi və siyahısının hələ 2023-cü ildə Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyası tərəfindən hazırlanması, sifarişçinin həmin komissyanın və Konqresin Erməni Qrupunun həmsədri Kris Smitin olması müəyyən edilib. Paradoksal olsa da məlum olub ki, həmin komitənin adını daşıdığı şəxs - Tom Lantosun  özü və onun ailəsi Azərbaycana qarşı hələ 1992-ci ildə 907-ci düzəlişin tətbiq edilməsində təşkilatçılardan biri olub. Bununla da Konqresin İnsan hüquqları komissiyasının Azərbaycana qarşı ermənipərəst, qərəzli qətnamələrində eyni imzalar  32 ildir davam edir. Azərbaycanda aktual ekoloji məsələlər, sosial aspektləri və nəticələri” adlı hesabat COP29 öncəsində ölkədəki aktual ekoloji məsələlərə ictimai münasibəti öyrənmək məqsədilə keçirilən sosioloji sorğunun nəticələri əsasında hazırlanıb. Tədqiqat çərçivəsində cəmiyyəti narahat edən ekoloji problemlər müəyyən olunub və Azərbaycanın iqtisadi rayonları üzrə təsnifatlaşdırılıb. Ekoloji və iqlim problemlərinin həllinə, o cümlədən ətraf mühitin mühafizəsinə dair ictimai mövqe təhlil edilib, bu istiqamətdə görülən işlərdən məmnunluq səviyyəsi, həmçinin Ermənistan tərəfindən törədilən ekoterrora, iqlim dəyişikliyinə münasibət öyrənilib və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı ictimai məlumatlılıq səviyyəsi ölçülüb. Tədqiqat əhatə etdiyi məsələlərə dair ictimai münasibəti öyrənməklə yanaşı, cəmiyyətimizdə eko-həssaslığın, ekoloji mədəniyyətin yüksəldilməsi və bu istiqamətdə cəmiyyətdə məlumatlılığın artırılmasını hədəfləyib. Tədqiqat nəticəsində aktual ekoloji məsələlərlə bağlı 5 istiqamət üzrə ictimai rəy öyrənildikdən sonra bu istiqamətlərin hər biri üzrə nəticələr və tövsiyələr təqdim olunub.
“Sosial Tədqiqatlar  Mərkəzi - 5 il (2019-2023)” adlı hesabatda Mərkəzin fəaliyyət istiqamətləri, 5 illik dövrdə əldə edilmiş nəticələr, sorğuların metodologiyası, coğrafiyası, keçirilmə üsulları və emalı, analitik hesabat və icmal sənədlərinin qısa xülasəsi, kitab layihələri, STM-in dövri nəşrləri, beynəlxalq tədbirlərdə iştirak, tərəfdaşlıq və əməkdaşlıq əlaqaləri, STM əməkdaşlarının mediada fəaliyyətləri, keçirilən təlim və seminarlar, təcrübə proqramları, həmçinin STM-in sosial media fəaliyyəti haqqında məlumatlar, fəaliyyətin rəqəm göstəriciləri və s. əksini tapıb.
 
"Sosial tədqiqatlar" beynəlxalq redaksiya heyətinə malik elmi analitik jurnalın nəşri
 
Daxili siyasətin təhlili detartamenti “Sosial tədqiqatlar" adlı beynəlxalq redaksiya heyətinə malik elmi analitik jurnal nəşr edir. Hesabat ilində Departament əməkdaşları T.Allahyarova və A.Məmmədov tərəfindən "Sosial tədqiqatlar"   jurnalının növbəti sayları üçün məqalələrin 3 dildə (Azərbaycan, ingilis və rus dilində) qəbulu, xarici müəlliflərlə əlaqələr, redaktəsi, rəy prosesindən keçirilməsi, çapı, məqalələrin jurnalın Feysbuk və internet səhifələrində yerləşdirilməsi təmin edilib. Jurnalın 2024-cü il üçün növbəti sayında yerli və xarici müəlliflərin 26 məqaləsi, 1 kitaba rəy və 1 beynəlxalq elmi konfransda iştirakla bağlı hesabat müvafiq bölmələr üzrə çapa təqdim edilib. 
Bundan başqa, departamentin əməkdaşı A.Məmmədov tərəfindən hesabat ili ərzində Mərkəzin hazırladığı bütün analitik məhsulların (hesabat, icmal sənədləri), kitabların, həmçinin digər rəsmi sənədlərin çapa hazırlanması üçün redaktəsi həyata keçirilib.
Mediada dövlət siyasətinin şərhi
Departamentin əməkdaşları STM Nizamnaməsinin 3.1.13-cü bəndinə əsasən müxtəlif mövzularda müsahibələr, şərhlər və açıqlamalarla ekspet kimi televiziya və radio efirlərində, yazılı və onlayn mediada dövlət siyasətinin şərhini həyata keçiriblər. Ümumilikdə departamentin əməkdaşları mediaya 1750-dən çox müsahibə, açıqlama verib, televiziya və radio efirlərində ekspert kimi çıxış ediblər.
Beynəlxalq əməkdaşlıq və tədbirlərdə iştirak
Departamentin əməkdaşları (T.Allahyarova) İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 25-ci Ümumdünya Fəlsəfə Konqresində (The 25th World Congress of Philosophy (WCP) iştirak edib. Konqres çərçivəsində “COP29-Azərbaycan”, habelə “Türkdilli ölkələrdə düşüncə sistemi və müasir çağırışlar” mövzusunda dəyirmi masalar  təşkil edilib. Həmçinin əməkdaşlar Sosial Tədqiqatlar Mərkəzində Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universitetinin Sosiologiya kafedrasının və Astana İnformasiya Texnologiyaları Universitetinin nümayəndələri ilə keçirilən görüşdə iştirak və çıxış ediblər. Görüşdə L.Qumilyov adına Avrasiya Milli Universiteti və Astana İnformasiya Texnologiyaları Universiteti ilə STM arasında gələcək əməkdaşlıq perspektivləri barədə qərarlar alınıb. 
Bundan başqa, departamentin əməkdaşları "Qərbi Azərbaycan yolunda" və "Yeni tarixi mərhələ - Yeni milli ideologiya" mövzusunda ictimai müzakirələrdə, UNEC-də keçirilən “Gələcək özümü gələcək?” və “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində” mövzusundan dəyirmi masalarda,  “Müasir dövrdə nəqliyyat dəhlizlərinin əhəmiyyəti” mövzusunda tədbirdıə, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzusunda beynəlxalq konfransda, Bakı Təşəbbüs Qrupunun (BTQ) Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılığı çərçivəsində keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda, Bakıda “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda, STEM Analitik Mərkəzdə “Orta dəhliz” mövzusuna həsr olunmuş dəyirmi masada, Beyin Mərkəzləri Platformasının və onun internet portalının (think-tanks.az) təqdimatında, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ilk ictimai müzakirəsində, Avrasiya Təhlükəsizliyi üzrə II Beynəxalq Minsk Konfransında, Zəfər Günü ilə bağlı Bakı Avrasiya Universitetində təşkil olunan tədbirdə, COP29 tədbirlərində Mavi Zonada iştirak və çıxış ediblər. Həmçinin bir sıra yerli və xarici media telekanallarına müzakirə edilən mövzularla bağlı müsahibə və şərhlər veriblər.