AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun akt zalında Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə "Süni İntellekt və Müasir Şüur: Konstitusiya və Suverenlik İli Kontekstində" adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin Fəlsəfəsi və Sosiologiyası şöbəsinin dissertantı, STM-in Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əliyev "İntellektin süniliyindən milli kimliyin təbiiliyinə - Suverenlik ilinin konstitusion trendləri" adlı məruzə ilə çıxış edib və sertifikatla təltif olunub.