
“Konstitusiya və Suverenlik İli”
“Sosial İş və Sosial Tədqiqatlar” (2nd International Conference on Social Work & Social Research) mövzusunda 2-ci beynəlxalq konfransa tezislərin qəbulu ilə bağlı
ELAN
Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Fırat Universiteti (Türkiyə), Rəcəb Tayyib Ərdoğan Universiteti (Türkiyə)
23-24 May, 2025
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 23-24 may 2025-ci il tarixlərində Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan), Azərbaycan Universiteti, Firat Universiteti (Türkiyə) və Receb Tayip Erdoğan Universitetinin (Türkiyə) birgə təşkilatçılığı ilə “Sosial İş və Sosial Tədqiqatlar” (2nd International Conference on Social Work & Social Research) mövzusunda 2-ci beynəlxalq konfrans keçiriləcək.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçiriləcək konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin,konstitutsional hüquqların, müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.
Konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və s. kimi məsələlərin müzakirəsi üçün elmi platforma təqdim ediləcəkdir.
Mövzular:
- XXI əsrdə sosial dövlət və sosial rifah:hüquqi-konstitusional əsaslar,dinamika, tendensiyalar və perspektivlər
- Müasir sosial dövlət və sosial hüquqlar:son tendensiyalar
- Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası
- Konstitusiona hüquqda sosial dövlət modelləri:nəzəri yanaşmalar,mövcud təcrübələr
- Sosial dövlətin əsasları:sosial iş, sosial qayğı və ədalət
- Azərbaycan Konstitusiyasında sosial hüquqların təminatı, rifah siyasəti
- İnsan hüquqlarının üç nəsli konsepsiyası aspektində sosial hüquqlarSosial siyasət:dünya təcrübələri, konstitusion aspekti və mahiyyəti
- Fundamental sosial hüquqlar, rifahın universal determinantları: hüquq, sosial ədalət və mədəniyyət
- Qarabağ Zəfəri və Konstitusiyada təsbit edilən tam suverenliyin bərpası
- Konstitusiya hüququnda sosial dövlət:nəzəriyyə və praktika
- sosial rifah hüquqlarının konstitusional təminatı
- Sosial mədəni və sosial iqtisadi hüquqlar
- Konstitusional rifah dövləti:yaranması, yüksəlişi, sosial hüquqlarla bağlı problemlər
- Sosial dövlət və rifah dövləti: nəzəri,iqtisadi,siyasi,ideoloji yanaşmalar
- Sosial təhlükəsizlik və sosial iş, qayğı siyasəti
- Konstitusional vətəndaşlıq və kimlik:müasir baxışlar
- Dövlətin sosiallıq prinsipinin konstitusion mahiyyəti
- Muasir ailə institutu və sosial ailə siyasəti
- Qlobal miqrasiya böhranı-- sosial dövlətin böhranı kimi
- Dövlətin sosial funksiyaları və Konstitusiya hüququ
- Sosial dövlət və dayanıqılı ekoloji inkişaf,
- İqlim, sosial təhlükəsizlik və sosial inkişaf
Vacib tarixlər:
- Tezislərin göndərilməsi üçün son tarix: 10 aprel 2025-ci il
- Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi:
- 10 may 2025-ci il
- Konfrans proqramının göndərilməsi: 15 may 2025-ci il
- Konfransın rəsmi dili ingilis dilidir və yalnız bu dildə yazılmış tezislər qəbul olunacaq.
- Tezislər 3 səhifədən çox olmamalıdır.
- Müəlliflərə konfrans bölmələrində şifahi təqdimat üçün 15 dəqiqə vaxt ayrılacaq.
- Qəbul edilmiş bütün tezislər konfransın materiallarında çap olunacaqdır.
Tezislər office@stm.az və SW-SR@au.edu.az ünvanına göndərilməlidir.
Müəlliflər həmçinin tam məqalələrini 30 iyun 2025-ci il tarixinədək SOCIAL ISSUES jurnalında dərc olunmaq üçün təqdim edə bilərlər.
https://au.edu.az/az/publications/socialissues
Konfransla bağlı ətraflı məlumatla həmçinin bu link vasitəsilə tanış ola bilərsiniz:
https://stm.az/az/src6years?EntID=17
https://www.au.edu.az/az/conferences/2nd-international-conference-on-social-work-social-research