İdeya bankı

Sosial Tədqiqatlar Mərkəzi elan edir:

Təmsil edilən təşkilat tərəfindən və ya fərdi qaydada hazırlanmış analitik hesabat, tədqiqat və monitorinq məcmuələri, sosioloji sorğu nəticələri, siyasət, mövqe və tövsiyə sənədləri, o cümlədən, elmi və publisistik məqalələr fərqli istiqamətlərdə nəzərə alınması üçün Sosial Tədqiqatlar Mərkəzinə göndərilə, yaxud şəxsən təqdim edilə bilər. Mərkəzə daxil olan sənədlər diqqətlə öyrənilərək və müəllif hüquqları qorunmaqla əlavə mənbə qismində müvafiq şəkildə yararlanılması və ya yaradıcı əməkdaşlıq üzrə istifadə ediləcəkdir. Eyni zamanda, yuxarıda qeyd edilən materiallar STM-də mütəmadi nəzərdən keçirilməklə, müsbət keyfiyyət əks etdirən sənədlər üzrə müəlliflər qonorar şəklində lazımi mükafatlandırılma ilə təmin ediləcəkdir.

Tədqiqat aparılmasının ümumi qəbul edilmiş standartları və etik kodeksinə uyğun hazırlanan araşdırma və digər növ yazı işləri Word və ya PDF (və ya uyğun multimedia) formatında, “Əməkdaşlıq / Layihə / Təklif / Məqalə” başlığı ilə office@stm.az elektron poçt ünvanına göndərilə bilər. Bu məqsədlə, həmçinin, STM-in sosial şəbəkə hesabları vasitəsilə əlaqə yaradılması mümkündür.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən dövri nəşr edilən “Sosial Tədqiqatlar” rüblük analitik jurnalına məqalələrin təqdim olunması üzrə ətraflı məlumat və müraciət üçün isə aşağıdakı linkə daxil ola bilərsiniz:

https://socialresearchjournal.az/