Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. I cild
İndiki Ermənistan Respublikası ərazisində, tarixi Azərbaycan torpaqlarında dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş abidələr haqqında fundamental elmi-tədqiqatın nəticəsi olan
bu kitab bölgədəki azərbaycanlı izlərini daha aydın göstərməyə imkan verir. Kitabda müvafiq başlıqlı cədvəllərdə Qərbi Azərbaycan torpaqlarında müxtəlif dövrlərdə və 1988-ci ildə –
azərbaycanlıların sonuncu deportasiyasından sonra, bu ərazidə qalan, haqqında az məlumat olan 244 sayda abidənin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında
qısa məlumat – abidənin təsviri, ölçüləri haqqında informasiyalar öz əksini tapır. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
REPORT on hate crimes and hate speech against AZERBAİJANİS
click
Mücahid Ömrü
Entropik Dünya
Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri
Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. II cild
Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. III cild
“2025-ci KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ”NƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANSIN MƏQALƏLƏR TOPLUSU
Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) və İstanbul Universiteti Hüquq fakültəsinin (Türkiyə) birgə təşkilatçılığı ilə “2025-ci Konstitusiya və Suverenlik İli” çərçivəsində 05 noyabr 2025-ci il tarixində “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbir çərçivəsində məqalə və tezislərdən ibarət 730 səhifəlik toplu müəlliflərə, konfrans iştirakçılarına və oxuculara təqdim edilib.