Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib.
İctimai dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, Günay Ağamalı, deputat Azər Allahverənov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova mövzu ilə bağlı çıxış edib.
Çıxışında ailə,qadın və uşaq hüquqları sahəsində Azərbaycan və demokratiyanın etalonu sayılan ölkələrdə son 30 ildə baş verən proseslər və tendensiyaları müqayisə edərək ölkəmizin bu sahədə inkişafına dair faktları vurğulanıb. Qlobal miqyasda ailə institutunun böhranı və s. çağırışlar fonunda ailə dəyərlərinin möhkəmləndirilməsinin fundamental vəzifələrdən olduğu qeyd edilib.