Yuxarıya
skip to main content

Rənglə bağlı araşdırmaların nəticəsi

06.06.2022

1993-cü ildə karandaş istehsalçısı ‘’Crayola’’ qeyri-elmi, lakin maraqlı bir sorğu keçirib: şikət ABŞ-da yaşayan uşaqlardan sevimli karandaş rənginin adını çəkməyi xahiş edib. Əksəriyyət kifayət qədər standart şəkildə mavi rəngi seçdi, lakin üç digər mavi rəngin çaları da ilk 10 siyahıya daxil olub.

Yeddi il sonra firma öz təcrübəsini təkrarladı. Yenə də klassik mavi ən yüksək pillədə qərarlaşıb, ilk 10-luqda digər altı mavi çalar yer alıb. Onlara bənövşəyi, yaşıl və çəhrayı rəngləri də qatılıb.

Bu cür siyahılarda mavi rəngin üstünlüyü marketinqdə rəngin təsirini araşdıran Rod-Aylend Universitetinin dosenti Lauren Labrekuini təəccübləndirmir. O, tez-tez siniflərindəki tələbələrdən sevimli rənglərinin adını çəkmələrini xahiş edir. Onun sözlərinə görə insanlar mavi rəngi daha çox sevirlər. "Maraqlıdır ki, Yaponiya insanların ilk üç ən sevdiyi rəng arasında ağ rəng olan nadir ölkələrdəndir.

Sevimli rəng seçimimiz uşaqlıqdan özünü göstərən bir haldır. Araşdırmaya görə, körpələrin rənglərə qarşı geniş və kifayət qədər qeyri-adi bağlanma tərzləri var.

4-11 yaş arası 330 uşaq üzərində aparılan bir araşdırma göstərdi ki, onlar "pozitiv" personaj çəkərkən sevimli rənglərdən istifadə edir, "pis" obrazlı personajı çəkərkən isə qara rəngdən istifadə etməyə meyllidirlər.

Sosial təzyiqlər – məsələn, qızların paltarlarının və oyuncaqlarının çəhrayı olması– uşaqlar böyüdükcə rəng seçiminə də güclü təsir göstərir.

Adətən belə hesab edilir ki, uşaqlar yeniyetməlik illərinə daxil olduqda, onların rəng seçimləri daha tünd rəng alır, lakin bunu dəstəkləmək üçün yetərli akademik tədqiqat yoxdur.

Keçmişdə bəzi tədqiqatçılar cinsdən asılı olan xüsusi rəng seçiminin təkamül xarakteri daşıdığını irəli sürmüşdülər: qadınlar ovçu-toplayıcı cəmiyyətlərdə toplayıcı idilər, bu nəzəriyyə doğrudur və buna görə də giləmeyvə ilə əlaqəli rənglərə üstünlük verilməsi təbii haldır. Qloballaşmamış mədəniyyətlərdə, məsələn, Peru Amazonundakı kəndlərdə və Konqo Respublikasının şimal bölgələrində yem axtaran qrupda rəng seçimlərini araşdıran alimlər deyir ki, yuxarıda qeyd edilən, tamamilə səhv ideyadır. Həmin araşdırmada qız uşaqlarının heç biri çəhrayı rəngə üstünlük verməyib. Əslində isə, çəhrayı rəng 1920-ci illərdən əvvəl stereotipik olaraq kişi rəngi olaraq görülürdü, yalnız 20-ci əsrin ortalarında bu rəng qızlarla əlaqələndirildi.


Paşa Bayramov