Professor Tahirə Allahyarova “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatında iştirak və çıxış edib

12.03.2025

Azərbaycan Universitetində “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatı keçirilib.

Azərbaycan Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimat mərasimi və müzakirəsi keçirilib.  

Müəlliflər qeyd edib ki, qeyri-səlis məntiqin başqa elm sahələrinə də tətbiq olunması Lütfi Zadənin ən böyük arzusu olub. Bu silsilədən birinci kitab təkcə Azərbaycanda deyil, Türkiyə və Almaniyada da çap olunub və Lütfi Zadənin missiyasının təbliğində böyük rol oynayır.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova təqdimatda çıxış edib.  

O, qeyri-səlis məntiqin sosial elm sahəsinə, dil və nitqə tətbiqinin yeni metodologiya kimi fundanmental yeniliklər gətirdiyini vurğulayıb.