STM-in “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” adlı hesabatı ingils dilində nəşr edilib

27.02.2025

STM-in ingilis idilində işıq üzü görmüş “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” (müəllif professor Tahirə Allahyarova) adlı analitik hesabatında qlobal “araşdırmaçı jurnalist və insan hüquqları”şəbəkəsində son onillikdə baş verən proseslər, ölkəmizə qarşı pozucu fəaliyyətində yeni metodlar, meyillər, məqsədlər, aktorlar və icraçılar təhlil edilib. Mövcud yeni geosiyasi reallıqda qlobal güclərin təzyiq aləti kimi çıxış edən bu araşdırmaçı şəbəkənin informasiya inqilabının ən son texnoloji imkanlarından istifadə etməklə, özəlliklə müstəqil Azərbaycan dövlətini   hədəf  seçməsinin səbəbləri göstərilib.

Hesabatda “insan hüquqları” sahəsində beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərəzli münasibətinin dərindən araşdırılması, erməni faktorunun burada da kök salması, maskalanması və olduqca fəallaşması faktlar əsasında göstərilib.

Ermənistanın yeni bəyan etdiyi milli rebrendinq - “Ermənistan kiçik dövlət, qlobal millətdir” devizini həyata keçirmək yönündə sözügedən qlobal şəbəkədə Vətən müharibəsində sarsıdıcı məğlubiyyətdən sonra dünya erməniliyinin ermənilər; erməni diasporu; çoxsaylı ölkələrdəki 2-3-cü nəsil ermənilər; Ermənistanın dostu olan ölkələr və erməni diasporu muzdlularının revanşizm strategiyası ətrafında səfərbər olması planının olduqca intensiv fazaya daxil olması əsaslandırıb.

     Son otuz ildə Qarabağda qondarma quruma və Ermənistanın siyasi korrupsiya rejiminə milyardlar ayıran dünya erməniliyinin Zəfərimizdən  sonra bütün gücünü qlobal araşdırmaçı şəbəkəyə, insan hüquq və müdafiə təşkilatlarına sızmaq üçün səfərbər etməsi hesabatda sübutlarla əksini tapıb.


Bu şəbəkənin başlıca  məqsədi - Azərbaycan dövlətinin imicinin beynəlxalq aləmdə hibrid informasiya müharibəsi və saxta xəbərlərlə “demonizasiyası”, informasiya məkanında nüfuzdan salmağa cəhd etməsi, ictimai rəyi manipulyasiya etməsi, güclü dövlətçiliyin təməl şərtlərindən olan ictimai-siyasi sabitliyə təsir etmək üçün yeni üsullara əl atmaq olub.


Analitik araşdırmada ortaya qoyulan qlobal anti-Azərbaycançı şəbəkənin miqyası, bir tərəfdən, dünya güclərinin dəstəyinə, bütün ölkələrdə dayaq nöqtələrinə, yüksək mütəşəkkilliyə, nəhəng siyasi, iqtisadi, texnoloji resurslara malik olması fonunda xalqımızın Vətən müharibəsində qazandığı Zəfərin strateji və tarixi dəyərinin möhtəşəmliyini sübut edir.


Hesabatın “Araşdırmaçı jurnalistika: yaradılması və qlobal şəbəkəyə çevrilməsinin məqsədləri, aktorları, hədəfləri; Saxta xəbərlər (fake news) informasiya savaşının episentri kimi, "WikiLeaks” layihəsinin təkan verdiyi qlobal şəbəkə: Culian Assancdan Edvard Snoudenə - “araşdırma, sızdırma və tirajlama” mexanizmi necə yaradıldı?  ABŞ-da ölkədaxili araşdırmalardan xarici ölkələrə yönələn qlobal Araşdırmaçı şəbəkəyə keçid necə baş verib?; Nə üçün Azərbaycan? Milyardların xərcləndiyi qlobal şəbəkənin əsas hədəflərindən biri dövlətimizdir; Qlobal araşdırmaçı şəbəkəninn rəhbərliyindəki ermənilər, Jurnalistika adı altında transmilli kiberordunun, informasiya terrorunun yeni formasını təşkilatlandıran fransalı erməni, qlobal araşdırmaçı şəbəkə üç ayrı təşkilat (OCCRP, ICIJ, GIJN) görüntüsü yaratsa da, əslində bir təşkilatda - OCCRP-də cəmləşir-burada ermənilərin sayı nə qədərdir? “İblisin vəkilləri”. Hibrid müharibənin yeni növü: insan hüquqları, ifadə azadlığı və s. ilə bağlı “məhkəmə müharibələri”nin (Lawfare, judicial warfare) başında duran təşkilatlardakı ermənilər; Qlobal insan hüquqları müdafiəsi sahəsində 10-a yaxın təşkilata  Harri Kasparovun rəhbərliyi, araşdırmaçıların meqa-sponsoru: Pyer (Pərviz Murad)- Omidyar; qlobal aktivizm və kiber-inqilab şəbəkəsinin arxitektoru, Omidyar ailəsinin erməni kökləri; “Sərhədsiz Reportyorlar”ın sponsoru olan UNESCO-nun rəhbərliyində Fransa faktoru" və s.-fəsillərdə  ermənilər və onlar himayə edən ölkələrin  Azərbaycana qarşı çoxşaxəli fəaliyyəti konkret faktlarla sübut və ifşa edilir.


     Xüsusilə qeyd edilməlidir ki, STM-nin  bu hesabatı-qlobal araşdırmaçı OCCRP  şəbəkəsini  Qərb dövlətlərinin maliyyələşdirməsi, habelə, USAİD-in və s.  dəstəkləməsinə dair bir neçə ay əvvəl 3  ölkənin 4 qurumunun apardığı araşdırmadan çox-əvvəl ictimaiyyətə təqdim edilib.