Yuxarıya
skip to main content

Amerikalılar Ukrayna səmasının uçuşa bağlı zona elan edilməsini dəstəkləyirmi? - SORĞU

31.05.2022

2022-ci ilin martında Merilend Universitetində Kritik Problemlər Sorğusu göstərdi ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ictimai qəzəb doğurub.

İnsanların ABŞ-ın bu münaqişə ilə mübarizə aparmaq cəhdlərini dəstəkləməsinə baxmayaraq, prezident Co Baydenə münasibət böyük ölçüdə təsirsiz qalıb. Bu sorğu həmçinin göstərdi ki, amerikalıların cüzi hissəsi Rusiya ilə qarşıdurma ilə bağlı narahatlıqlarını ifadə edib.

 Respondentlərə uçuşa qadağa zonasının təhlükələri haqqında məlumat təqdim edildikdə  onların bu fikri dəstəkləmək faizi aşağı enib. Uçuşa qadağa olunan zonanın elan edilməsi haqqında soruşulduqda amerikalıların 53%-i fikri dəstəkləyib; lakin sual ətraflı izah edildikdə bu təklifə olan dəstək 40%-ə enib.

 

 

 

Birinqi qrup – Əgər uçuşa bağlı zona elan edilsə bu NATO qüvvələrinin Rusiya ilə birbaşa konfliktə girməsi deməkdir, bununla razısınızmı?
İkinci qrup – Ukrayna səmasının uçuşa qapadılması fikrini dəstəkləyirsiniz mi?

Yaşıl rəng – Bəli / Qırmızı rəng – Xeyr

Əgər Ukrayna müharibəsinin Amerika siyasətindəki kəskin xəttləri azaldacağına ümid var idisə, keçirilən bu sorğunun nəticələri ümidvericidir. Həmçinin Baydenin fikirləri respublikaçılar arasında daha da az rəğbət görməyə başlayıb. Yeni sorğu həmçinin onu göstərib ki, Rusiya-Ukrayna konfliktindən sonra Baydenə olan müsbət fikirdə heç bir yaxşı nəticə qeydə alınmayıb, əksinə onun populyarlığı gündən-günə daha da azalmaqdadır.

Bayden üçün daha da pisi odur ki, respondentlərdən sonuncu dəfə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Amerikanın cavabı sizdə Baydenə olan fikirləri dəyişibmi? – deyə soruşulduqda may ayında müsbət cavab verənlərin faizi 33 olub. Bu isə mart ayındakı faizdən 3% daha az olduğunu göstərir.

Hazırda ABŞ-da aparılan bütün sorğular hazırki prezidentə olan inamın daha da azaldığını isbatlayır.