Yuxarıya
skip to main content

Qarabağ Azərbaycandır: Beynəlxalq Diplomatiya Araşdırmaları kitabı

18.11.2021

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının doktorantı İlyas Hüseynovun “Qarabağ Azərbaycandır: Beynəlxalq Diplomatiya Araşdırmaları kitabı”nın (Karabakh is Azerbaijan: Uluslararası Diplomasi Araştırmaları Kitabı-2 / ISBN: 978-625-8007-47-3) 2-ci sayında Mərmərə Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi siyasət bölməsinin doktorantı Elvin Əbdürəhmanlının həmmüəllifliyi ilə “Armenian terrorist organizations on the state-supported terrorism axis” (Erməni terror təşkilatları dövlət tərəfindən dəstəklənən terrorizm oxunda) mövzusunda məqaləsi dərc olunmuşdur. Məqalədə terrorizmin tarixinə nəzər salınır, dövlət tərəfindən dəstəklənən terror təşkilatlarının klassifikasiyası verilir, daxili terrorizm, beynəlxalq terrorizm, transmilli terrorizm, dövlət terroru, dövlət tərəfindən dəstəklənən terrorizm, etnik terrorizm, kiberterrorizm anlayışları araşdırılır, ASALA-nın bütün dünyada törətdiyi qanlı ciyanətlərin məqsədləri göstərilir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Xocalı soyqırımının törədilməsi, Ermənistanda terrorun dövlət siyasətinin tərkib hissəsi olması, Vətən müharibəsi zamanı Gəncə və Bərdə terrorunda olduğu kimi Ermənistanın əsas hədəfinin hər zaman dinc, silahsız və mülki şəxslər olması faktlar əsasında təhlil olunur.

Kitab Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, həmçinin Birinci Qarabağ müharibəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Azərbaycan Ordusunun bütün şəhidlərinin əziz xatirəsinə həsr olunmuşdur.

Aşağıdakı linkə daxil olmaqla kitabla tanış olmaq olar: 

Karabakh is Azerbaijan: Uluslararası diplomasi araştırmaları kitabı - 2