Moldovalıların Aİ-yə meylliliyi hələ də arzulanan səviyyədə deyil
Moldovalıların əksəriyyəti ukraynalı qaçqınlara dəstək nümayiş etdirsə də, sosial mediada çoxlu müharibə əleyhinə yazılar olsa da, sorğularda əks olunan geniş əhval-ruhiyyə Aİ və Rusiya arasında balanslı olaraq qalır. Qonşu Ukraynadakı müharibə, inflyasiya, enerji təchizatı və Aİ-yə üzvlük perspektivləri ilə bağlı Moldovada çoxsaylı qeyri-müəyyənliklər və suallar var. Buna səbəb ölkənin həm də Avropanın ən kasıb ölkələrindən biri olmasıdır.
IDIS Viitorul (Gələcək) analitik mərkəzinin keçirdiyi son sorğu göstərir ki, seçicilərin təxminən 40%-i (39,6%) həm Aİ, həm də Rusiyaya yaxındır. Birtərəfli fikirləri ifadə edən seqmentlər, yəni Aİ tərəfdarı (27,0%) və Rusiya tərəfdarı (30,8%) qərarsız elektoratın əsas seqmentindən az və ya çox balanslıdır. Bununla belə, Moldovada vəziyyət yavaş-yavaş Aİ, Rumıniya və NATO-ya doğru dəyişir, tədqiqatlar da bunu göstərir.
Prezident Maya Sandunun Aİ tərəfdarı olan partiyası səsvermədə 36,5%-i ilə liderlik edir – lakin seçkidə 2021-ci ildə olduğu kimi yenidən mütləq səs çoxluğu qazana bilməyəcək.
Keçmiş prezident İqor Dodonun Sosialistləri (PSRM) 28,9% ilə geri qalır və seçki həddi kommunistləri (PCRM, 6,8%) sosialistlərə qoşulmağa və PAS ilə fərqi aradan qaldırmağa təşviq etməkdədir.
Sorğuya görə Sandu Moldovada üçüncü ən etibarlı siyasətçi kimi (35,7% müsbət və çox müsbət rəylər), Dodondan (40,4%) və Dodonun keçmiş tərəfdaşı Kişinyov meri İon Cebandan (37,1%) sonra qiymətləndirilir. Sorğu keçmiş siyasi lider Vlad Plahotniukun etibarını və ya seçki dəstəyini ehtiva etməyib.
Moldova üçün Aİ-yə namizəd statusunu təmin edə bilsə də, hazırki iqtidar daha sonra ciddi irəliləmə ilə yadda qalmayıb. Aİ-yə üzvlük Moldova üçün uzaq və qeyri-müəyyən bir ssenaridir, halbuki enerji qiymətləri bu il dörd dəfə artıb və gələn il dərhal yaxşılaşma gözlənilmir. İnflyasiya illik 30%-i keçib və elektrik enerjisində də yeni qiymət artımları gözlənilir.
Enerji resursları olmadığı halda ölkədə yoxsulluq səviyyəsi yüksək olaraq qalacaq. Xarici sərmayələr bərpa edildikdə belə, Rumıniya təcrübəsinin göstərdiyi kimi, onlar birinci mərhələdə (on il və ya daha çox davam edəcək) əsasən aşağı maaşlı işlərə rəhbərlik edəcəklər. Digər tərəfdən, xüsusilə ölkənin NATO-ya üzvlüyü ilə bağlı əhalidə istək həddi hələ də 50%-lik göstəricinin müəyyən qədər aşağısında qalmaqdadır.
Moldovalıların Rumıniya ilə birləşməsinə olan xalq dəstəyi ilə bağlı araşdırma göstərir ki, bu il əvvəlki sorğulardakı 34%-35% olaraq görünənbu göstərici hazırda 39,7%-ə çatıb (2017-ci ildə 22%, 2010-cu ildə 3% təşkil edirdi.)
Sandu daha əvvəl çıxışı zamanı qeyd etmişdi ki, Rumıniya ilə birləşmə haqqında danışıqlar yalnız kritik seçici kütləsi belə bir addımı dəstəklədikdən sonra başlamalıdır.
Qeyd etmək lazımdır ki, Moldovanın NATO-ya üzvlüyünə xalq dəstəyi 2017-ci ildə 16% idi.
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzi