Artıq çəkiylə necə mübarizə aparmaq olar? - SORĞU

27.12.2022

Mövzunun aktuallığını nəzərə alaraq, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VCIOM) rusiyalılar arasında piylənmənin səbəb ola biləcəyi problemlər və effektiv şəkildə çəki atmağın yolları barədə sorğu keçirib.

Artıq çəki və piylənmə təkcə sağlamlıq problemi deyil, eyni zamanda sosial problemdir, çünki ilk növbədə yanlış qidalanma və həyat tərzindən qaynaqlanır. Son illərdə bu problemlə bağlı vəziyyət daha da pisləşib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 1975-ci ildən 2016-cı ilə qədər dünyada artıq çəkili insanların sayı üç dəfə artıb.

Mövzunun aktuallığını nəzərə alaraq, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VCIOM) rusiyalılar arasında piylənmənin səbəb ola biləcəyi problemlər və effektiv şəkildə çəki atmağın yolları barədə sorğu keçirib.

Sorğunun nəticələrinə görə, bu gün rusların 37%-i çəki atmaq istəyir. Bu barədə daha çox gənclər (18-24 yaş) və qadınlar daha çox danışırlar (44% qadınlar, 28% kişilər). Bu göstərici ali təhsilli auditoriyada (44%), Moskva və Sankt-Peterburqda ( 48%) yaşayanlar və aktiv internet istifadəçiləri arasında (46%) daha yüksəkdir. Rusların yarıdan çoxu qohumları, dostları, tanışları arasında çəki problemləriylə maraqlananların olmadığını qeyd edirlər (57%).  Onlar əksər hallarda çəkilərindən narahat deyillər (62%). Hər üçü nəfərdən biri daha arıq olmaq istəyir (29%), kökəlmək istəyənlər isə 6% təşkil edir (11%-i 18-24 yaş qrupunda).

Şəxslərin bədən çəkisinə münasibəti, arıqlamaq və ya kökəlmək istəyi və bu problemin ətraf-mühit üçün aktuallığı bir-biri ilə bağlıdır. Çəkiləri ilə maraqlanmayanların 72%-ni tərəzidəki rəqəmlər də narahat etmir. Arıqlamağa çalışanların 30%-i isə təkcə çəkisindən narahat deyil, eyni zamanda 70%-i arıqlamaq istəyir. Eyni tendensiya kökəlmək istəyən ruslar üçün də xarakterikdir: ətrafdakıların 24%-i bu problem qarşısında çaşqındır.

Rusların cəmi 26%-i qeyd edir ki, ailələrindən birinin artıq çəki problemi var. Ailəsindən heç kimin bu problemi yaşamadığını qeyd edənlər 70%-dir.

Valideynlərin piylənmə probleminin uşaqlarda da artıq çəkiyə səbəb olan faktor olduğunu düşünmək üçün səbəblər var. Arıqlamaq istəyənlərin 28%-i valideynlərinin artıq çəkili olduğunu bildirir. Çəkisindən narahat olmayanların isə yalnız 11%-i bunu qeyd edir. Artıq çəkili qardaş-bacılar arasında fərq 2 dəfə artıqdır: 12%-6%.

Piylənmə sağlamlıq üçün zərərli ola biləcək anormal və ya həddindən artıq bədən yağının əmələ gəlməsinin nəticəsidir. Bu termin rusların əksəriyyətinə tanışdır – 92% (onların 45%-i bu barədə yaxşı bilir, 47%-i isə bu barədə eşidib, lakin ümumi təsəvvürlərə malikdir. Özü arıqlamağa çalışanlar (56%), 18-24 yaşlılar (61%), ali təhsilli auditoriya (54%), Moskva ə və Sankt-Peterburq sakinləri (57%)  bu barədə daha çox bilgilidilər.

Artıq çəkinin hansı problemlərə səbəb ola biləcəyinə gəlincə isə respondentlərin 81%-i müxtəlif xəstəlikləri, 28%-i vaxtından əvvəl ölüm riskini, 27%-i fiziki məhdudiyyətləri, 19%-i şəxsi həyatında problemləri, 14%-i məişət çətinliklərini, 7%-i isə məşğulluğa mane olduğunu qeyd edir. Yəni, ilk növbədə, insanlar üçün piylənmə sağlamlığın pisləşməsi ilə bağlı tibbi problem, sonra isə sosial problemdir.

İncə bir bədənə sahib olmaq istəyənlərin bəziləri asan bir yol tapmağa çalışırlar – “sehrli həb”, yağ yandıran çay və ya əhəmiyyətli səy tələb etməyən digər yollar. Əksər ruslar isə hesab edirlər ki, 30 kq və ya daha çox arıqlamaq üçün sübut edilmiş üsullara müraciət lazımdır: fiziki aktivlik və idman (64%), pəhriz (45%) maddələr mübadiləsini normallaşdırır. Respondentlərin 27%-i isə hesab edir ki, həkimə müraciət etmək zəruridir.  Eyni zamanda, psixoloqla əlaqə saxlamaq, mədənin kiçiltmək, piyləri çıxartdırmaq və ya həkimə müraciət etmədən pəhriz və ya qida əlavələri qəbul etməyə başlamaq kimi üsullara əl atanlar da var.



Şəfanə İbrahimova Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi