İtalyanların əksəriyyəti Ukraynanın silahlandırılmasını dəstəkləyir

26.05.2023

SWG-nin son araşdırmasına görə, İtaliya vətəndaşlarının əksəriyyəti Meloni hökumətinin etdiyi kimi Kiyevə hərbi texnikanın göndərilməsinin tərəfdarıdır, əksini istəyənlər isə Avropanın başqa yerlərindən daha az faiz nisbətini təşkil edir. Məlumatı dəstəkləyən son xəbər isə Romanın ukraynalı F-16 pilotlarına təlim keçməyi düşünməsi faktıdır.



TGLa7-də təqdim edilən SWG-nin son sorğusuna görə, İtalyanların 51%-i Meloni hökumətinin Ukraynaya silah göndərməyə davam etmək istəməsini tam dəstəkləyir. Nəticə İtaliyanın Ukraynayönlü və Qərbyönlü düşərgədə mövqeyini möhkəmləndirir, bu da Rusiya və Çin kimi ölkələrdən uzaqlaşmanın davam edən tendensiyasına qüvvət verir.



 



Beş Ulduz Hərəkatının üzvü Cüzeppe Kontenin təklif etdiyi kimi, silah tədarükünü dayandırmaq istəyənlər 31%, qərarsızlar isə 18% təşkil edir.



Məsələ ilə bağlı iki yol var. Kiyevi silahla təmin etməyi ən yaxşı hesab edən 51 faizin 22 faizi Rusiyanın məğlub olması üçün bu cür dəstəyin faydalı olduğunu düşünür. Digər 29% isə hesab edir ki, hərbi yardım sülh danışıqlarının yenidən başlaması üçün lazım olan təzyiqi saxlamağa xidmət edir – hətta “Ukraynanın ərazilərini itirməsi bahasına” belə ki, bu, Ukrayna prezidenti Vladimir Zelenskinin xətti ilə ziddiyyət təşkil edir.



 



Həftəsonu bir neçə Qərb müttəfiqi Ukraynaya qırıcı təyyarələr tədarük etmək barədə razılığa gəlib. Baş nazir Meloninin Xirosimada keçirilən G-7 Sammitində qeyd etdiyi kimi, İtaliya heç bir F16-ya sahib deyil, lakin müttəfiqləri ilə birlikdə ukraynalı pilotların onlara uçmaq üçün təlim keçməsinə töhfə verə bilər.



 



Analisi Difesa saytının qeyd etdiyi kimi, Roma "Leonardo M-346 Master" təyyarələrində təkmil təlim təklif etməklə F-16-ları idarə etmək üçün nəzərdə tutulmuş gənc ukraynalı pilotların hazırlanmasında müvafiq rol oynaya bilər.



İtaliya Ukrayna döyüşçülərini həmçinin bu yaxınlarda Sardiniyanın Decimomannu şəhərində yeni kampus açan dünya səviyyəli Beynəlxalq Uçuş Təlim Məktəbi (IFTS) təlim proqramlarına daxil edə bilər.



Nəhayət, general Vinçenzo Kamporini-nin La Stampa-da qeyd etdiyi kimi, Romada F-16-ya uyğun bomba və raketlər də var və onlar rəsmi Kiyevə veriləcək.



Paşa Bayramov

Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi