Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin üzvü, departament müdiri prof.Tahirə Allahyarova İtaliyanın paytaxtı Roma şəhərində, 25-ci Ümumdünya Fəlsəfə Konqresində (The 25th World Congress of Philosophy (WCP)) Azərbaycanı təmsil edib.
Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin üzvü, departament müdiri prof.Tahirə Allahyarova İtaliyanın paytaxtı Roma şəhərində, 25-ci Ümumdünya Fəlsəfə Konqresində (The 25th World Congress of Philosophy (WCP) Azərbaycanı təmsil edib.
01-08 avqust 2024-cü il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində, 25-ci Ümumdünya Fəlsəfə Konqresi (The 25th World Congress of Philosophy (WCP)) keçirilib. Konqresdə dünyanın 120 ölkəsindən 5000 nəfər alim və tədqiqatçı iştirak edib. 1900-cü ildən başlayaraq, hər beş ildə keçirilən Ümumdünya Fəlsəfə Konqresinin (ÜFK) sonuncu dəfə 2018-ci ildə Pekində keçirilib və cari Konqres pandemiya səbəbindən 6 illik fasilədən sonra ilk dəfə baş tutub.
Konqresin təşkilatçıları “Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyası, İtaliya Fəlsəfə Cəmiyyəti və dünyanın ən qədim və Avropanın ən böyük universitetlərindən biri olan “Roma La Sapienza Universiteti” olub (International Federation of Philosophical Societies (FISP)); Italian Philosophical Society; La Sapienza University of Rome). ÜFK-nin rəsmi açılış mərasimi eramızın 212-ci ilində inşa edilən tarixi abidə - Terme di Karakallada (Terme di Caracalla) baş tutub. Roma şəhərinin meri, Sapienza Universitetinin rektoru, Dünya Fəlsəfə Konqresinin və İtaliya bölməsinin prezidentləri açılış nitqləri ilə çıxış edib. Natiqlər müasir qlobal çağırışların həllində, insan amilinin dərk edilməsində sosial elmlərin, fəlsəfənin əhəmiyyətini, bu sahədə çalışanların daha fəal və məsuliyyətli olmasını vurğulayıb. Konqresə təqdim edilən məqalələrin təkcə proqramı 554 səhifədir: Keçid (Link)
Əsas şüarı -“Sərhədləri aşan fəlsəfə” (“Philosophy Across Boundaries") olan Konqres tədqiqatçılar üçün həm qlobal,həm də lokal coğrafiyalarda ən müxtəlif: ictimai,siyasi, sosial, mədəni-mənəvi, tarixi,hüquqi, süni intellekt, ekoloji etika və s. mövzularda müzakirələr və fikir mübadiləsi aparmaq üçün platforma olub. Bununla da: dövlətlər arasında sərhədlər, elm sahələri,mədəniyyətlər arasındakı, insan və təbiət, indi və gələcək arasında, real və virtual aləmlər arasında və s.sərhədlərin aşılması, ortaq nöqtələrin aşkarlanması və gələcək ssenarilərin tapılmasına cəhdlər əsas məqsədlərdən olub. Ümumən, 2 Simpozium və 89 sessiyada məruzələrin edildiyi, interaktiv seminarlar və əməkdaşlıq dialoqlarının, dəyirmi masaların keçirildiyi Konqresdə əsas müzakirə mövzularından biri-qlobal iqlim böhranı, ətraf mühitlə bağlı vəziyyət,ekoloji mədəniyyət və s.olub.
Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə heyətinin üzvü, departament müdiri prof.Tahirə Allahyarova tədbirdə Azərbaycanı təmsil edib. T.Allahyarova, İqlim və ekologiya ilə bağlı sessiyada ayrıca məruzəçi, habelə, 2 dəyirmi masada təşkilatçı və çıxışçı olub. Konqresin “14. Ətraf Mühit Fəlsəfəsi və Davamlı İnkişaf"(14. Environmental Philosophy and Sustainability) adlı sessiyasında T.Allahyarovanın “Qlobal iqlim böhranının sosial və fəlsəfi əsasları” (Philosophical and social aspects of the global climate crisis) mövzusunda məruzəsi təqdim edilib. Məruzədə qeyd edilir ki, qloballaşma prosesləri nəticəsində dünya- iqtisadi,geosiyasi,texnoloji parametrlər üzrə vahid məkana çevrilsə də, bəşəriyyətin siyasi,ideoloji,ekoloji müstəvilərdə proseslərə baxışının, dünyagörüş sistemlərinin parçalanmış vəziyyətdə qalması paradoksal vəziyyət yaradıb. Problemlərin kökü, onların həllinə yanaşmada-qlobal tam təşkil edən dünyanın düşüncə və dünyagörüş sistemində əsrlər boyu formalaşan pərakəndəlik,parçalanma olmasındadır. Ötən tarixi dövrlərin təcrübəsi insanların, xalqların, dövlətlərin,cəmiyyət və təbiətin qarşıdurma məntiqi və şəraitində yaşamasını şərtləndirib ki, bu da bəşər tarixində görünməmiş böhranlara səbəb olub. Bu baxımdan, son onilliklərdə iqlim və ekoloji problemlərin həllinə yanaşmada ortaya çıxan çoxsaylı istər: ekoloji, fəlsəfi, ekoloji ideya və nəzəriyyələr,istərsə də, bəşəriyyətin dünyagörüşündə əsasən Şərq düşüncə irsinə xas olan dünyanın vəhdəti fəlsəfəsinin real həyat fəlsəfəsinə,qəbul edilən siyasi qərarların əsas prinsipinə çevrilməsi yönündə Konqresin üzərinə böyük məsuliyyət düşür.Çıxışdan sonra iştirakçıların verdiyi dörd sual cavablandırılıb.
Kanadanın “Qlobal Tədqiqatlar Mərkəzinin və Viktoriya Universitetinin “Fəlsəfə və Ətraf Mühit Tədqiqatları”mərkəzinin professoru Tomas Heyd özünün ekoloji fəlsəfə, fəlsəfə tarixi və tarixə qədərki təbiət estetikası sahəsində çalışdığını bildirərərək, təbii resurslarla zəngin ölkə kimi Azərbaycanda,məs. BP yaxud Exon Mobile və s. beynəlxalq şirkətlərin fəaliyyətində məruzədə vurğulanan prinsiplərin reallaşdırlması mexanizminin necə olması ilə bağlı sualı maraq doğurub. Tomas Heyd-ə verilən cavabda bu və s. şirkətlərin fəaliyyətində geniş ekoloji siyasətin, yaşıl layihələrin həyata keçirilməsi, ümumilikdə Azərbaycanın iqlim, dekarbonizasiya və yaşıl iqtisadiyyatın inkişafı yönündə ölkədaxili və qlobal təşəbbüsləri ilə bağlı qısa məlumat verilib.
Cənubi Afrika,Yohannesburqdakı “Şimal Qərb Universiteti”ndən ( North-West University / NWU) fəlsəfə doktoru, xanım Yolandi M. Coetser iqlim və ekoloji böhranın həlli yönündə nə kimi təhsil proqamlarının olması ilə bağlı sualı da, müvafiq olaraq,ölkəmizdə mövcud olan ekoloji təhsil sistemi,iqlimlə bağlı maarifləndirmə və tədqiqatlarla bağlı görülən işlərlə bağlı cavablandırlıb.
Sonda “14. Ətraf Mühit Fəlsəfəsi və Davamlı İnkişaf" sessiyasının iştirakçıları STM təmsilçisinin təşəbbüsü ilə ölkəmizdə keçirlən nəhəng qlobal tədbir COP29-la bağlı adlı dəyirmi masaya dəvət edilib.
STM-nin təşəbbüsü ilə Konqres çərçivəsində “COP29 konfransının Azərbaycanda ekoloji fəlsəfənin və davamlı inkişafın daha da təkmilləşdirilməsinə gözlənilən müsbət təsiri” (“Expected positive impact of COP29 conference on further improvement of environmental philosophy and sustainable development in Azerbaijan") keçirilib. Konqresin rəsmi proqramında yerləşdirilən, La Sapienza Universitetinin “YurisPrudensiya”- Hüquq fakültəsi korpusunda, A2T auditoriyasında keçirilən dəyirmi masada iqlim və ətraf mühit profilli tədqiqatçılar: Noriko Hashimoto(Yaponiya), Nicola Zengiaro (İtaliya), İrene Bugallo (Argentina), Karen Joisten (Almaniya), Joisten Renner Kim (Kanada), Angela Michelis (Italiya), Trung Do (Vyetnam), Hans Jonas Jelson Oliviera (Braziliya),habelə,Azərbaycan daxil olmaqla, Türk dilli dövlətlərin təmsil edən tədqiqatçılar iştirak edib. Dəyirmi masada Azərbaycanda keçiriləcək qlobal COP29 tədbirinə hazırlıq, onun əhəmiyyəti, Azərbaycanın qlobal iqlim dəyişikliyi siyasətinə töhfə olacaq təşəbbüsləri,xüsusilə də, ölkəmizdə bu konfransla bağlı cəmiyyətdə, özəlliklə gənclər arasında ekoloji mühitin qorunmasına yönəlik səylərin sosial hərəkat miqyasını alması, təbiətə münasibət və davamlı inkişafın daha da yaxşılaşmasına təkan verməsi əsas mövzu olub. Dəyirmi masa gedişində verilən suallardan-bir çox tədqiqatçıların COP qlobal iqlim platforması haqda, xüsusilə də COP29-la bağlı təsəvvürlərinin kifayət qədər geniş olmadığı məlum olub.İştirakçı qonaqların COP qlobal iqlim sammitləri ilə bağlı prosesləri yaxından izləməsi üçün, noyabr ayında keçiriləcək tərəflər konfransında iştirak etməyi arzu edənlərin nə qədər olması-ilə bağlı verilən sualımlz- onların COP29-la bağlı təqdimata marağını, daha çox məlumat almaq üçün fəallaşmasını göstərib.
STM-nin təmsil edildiyi “Türk xalqlarının fəlsəfi irsi” adlı dəyirmi masada – dekolonizasiya aspektində, müxtəlif (qeyri-Qərb) xalqların düşüncə və mədəni irsinə münasibət,dünyaya türk elmi-fəlsəfi baxışı ilə bağlı dərin elmi əhəmiyyətli müzakirələr baş tutub. Konqresin (ÜFK) 124 illik tarixində ilk dəfə Türkdilli dövlətlərin,əsasən Özbəkistan və Azərbaycan alim və tədqiqatçılarının təşəbbüsü ilə “Türk xalqlarının fəlsəfi irsi” (Workshop on Philosophical Heritage of the Turkic Peoples - Invited Session) mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Özbəkistandan, Azərbaycandan, Almaniyadan, Qazaxıstandan, Qırğızıstandan,Tacikistandan olan alim-tədqiqatçılar: N.Shermuhkhamedova, T.Allahyarova, A.Rettova, A.Əsədov, R. Nazariyev, A. Zagikyzy, J.Bokoşov, N.Nishanova, O.Muhammadiyeva, C.Kodirov, U.Karabayev, A.Əsədova, G. Ruzmatova, T. İbaydullaev,E.Nuriddinov,B.Bilegenova,M.Raximov,M.Sabirova və başqaları məruzələrlə çıxış edib.Məruzələrdə Türk dünyası ictimai-siyasi fikir tarixinin,düşüncə irsinin dünya fonunda inkişafı, yenidən dəyərləndirilməsi, tanıdılması, ümumtürk elmi-fəlsəfi,humanitar,sosioloji terminologiyanın formalaşdırılması, tədqiqi və tədrisinin metodoloji məsələlərinə toxunulub. “Qərb fəlsəfəsi” anlayışı kimi, “Türkdillli ölkələrin,türk fəlsəfəsi”anlayışının definisiyası,dünyaya təqdimi ilə bağlı mövcud reallıq, perspektivlər müzakirə edilib.T.Allahyarova ölkəmizdə bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib. Konqresin bir əsr yarımı əhatə edən tarixində “Türk xalqlarının düşüncə irsi”nə həsr edilmiş ilk dəyirmi masada: türkdilli məkanda bəşər mədəniyyətinə əvəzsiz töhvə verən mədəni-mənəvi irsin lokal miqyasdan-qlobal miqyasa çıxarılması, dünya xalqlarının düşüncə irsinə münasibətdə formalaşan “Avropamərkəzçilik” yanaşmasının ənənəyə çevrilməsinin nəticələri, milli sosial- fəlsəfi məktəblərin dünyaya tanıdılması, bu irsinin inkişafı və yayılmasında mövcud olan boşluqlar, qeyri-Qərb coğrafiyada fəlsəfi fikrə birtərəfli yanaşmalarla bağlı maraqlı müzakirələr baş tutub.
Prof T.Allahyarova “Türk xalqlarının fəlsəfi fikir tarixinin öyrənilməsinə metodoloji yanaşmalar: Türk sivilizasiyasının fəlsəfi irsinin özünəməxsusluğu məsələləri, problemlər, bəzi təkliflər”mövzusunda təqdimatla çıxış edib. Türkdilli ölkələrin ortaq elmi, mədəni və mənəvi əsaslarının qorunması və inkişafı - ilk növbədə əməkdaşlıq fəlsəfəsinin müəyyənləşdirilməsini gündəmə gətirir. Türk xalqlarının elmi,sosial-fəlsəfi irsinin qorunması və inkişaf etdirilməsinə metodoloji yanaşmalar, bu irsinin tədqiqi və tədrisi məsələləri, müasir türk dünyası ziyalılarının görkəmli nümayəndələrinin tanıdılması və s. bağlı təkliflər bildirilib.
lmaniyanın Bayroyt Universitetinin (University of Bayreuth), professoru Alena Rettova dəyirmi masanın mövzusu aspektində “Dekolonizasiya və xalqların irsi” ilə bağlı təqdimatı böyük maraq doğurub. Alena Rettova 15 il Londonun “Şərq və Afrika Tədqiqatları Universiteti”ndə (SOAS University of London (School of Oriental and African Studies)[1], 2020-ci ildən Bayroyt Universitetinin “fəlsəfə, almanşünaslıq və afrikaşünaslıq üzrə professor vəzifəsində çalışıb, habelə Praqadakı “Çarlz Universiteti”ndə fəlsəfə doktoru elmi dərəcələrini alıb. [2] A.Rettova-sosial elmlərə “Afrika qitəsinin ictimai-siyasi fikir, mənəvi irsinə, Qərb dünyasının kolonializm-müstəmləkəçilik dövründə tətbiq edilən birtərəfli yanaşmalar, bu xalqların “düşüncəsinin geri qalması və onların modernləşdirilərək inkişaf etdirilməsi”, elmi akademik deyil, “ekzotik” bir irs kimi təqdimatı, Avropamərkəzçilik və kolonializm arasında səx bağların olmasını, hazırda bu yanaşmanın dekolonizasiya istiqamətində dəyişdirilməsi vacbliyini ifadə edən “Afrofon yanaşma”, tənqid və təhlillər sahəsində geniş tədqiqatlar aparır. Tədqiqatlar Avropa Birliyi tərəfindən maliyyələşdirildiyi qeyd edilib.
Məruzəçi vurğulayıb ki, onun çalışdığı London Universiteti hazırda qədim yunan filosoflarını “Kabinet filosofları” hesab edərək tədris proqramından çıxarıb və əvəzinə Afrika və Şərq xalqlarının ideya-fəlsəfi,mənəvi irsinin tədqiqini daxil edib. Afrika və başqa coğrafiyalardakı irsin kifayət ədər öyrənilməməsinin bir tərəfli yanaşma olduğu etiraf edilib. Dəyirmi masa sonrası “dekolonizasiya və dünya xalqlarının sosial-fəlsəfi irsinə avropamərkəzçi yanaşmanın nəticələri” mövzusunda prof. A.Rettova ilə aparılan ayrıca müzakirədə Azərbaycanın BMT səviyyəsində dekolonizasiya probleminin həllinə verdiyi töhfələr, “Bakı Təşəbbüs Qrupu” nun təsis edilməsi və onun tarixi fəaliyyəti ilə bağlı məlumat verilib. Habelə,bu istiqamətdə STM və Bayroyt Universiteti arasında əməkdaşlıq məsələlərinə də toxunulub.
İnkişafının “qızıl dövr” sayılan orta əsrlərdə Şərq-islam bölgəsində elmi,ictimai-siyasi fikir tarixinin,habelə, onun ən zəngin tərkib hissələrindən olan Azərbaycan sosial-fəlsəfi ideyalar avropamərkəzçilik prizmasında fəlsəfə deyil, sadəcə “din fəlsəfəsi” adlandırılması, bu irsin nəhəng sosial -elmi,mənəvi,etik əhəmiyyətinin qəbul edilməməsi xatırladılıb. Şərq-Türk-İslam bölgəsi irsinin Qərb yanaşmasında sadəcə “lokal”, Qərbin öz irsinin isə “qlobal, universal” statuslu dəyərləndirmələrinə kolonializmin bilavasitə təsiri, hazırda bu sahədə də “dekolonizasiya” proselərinə ehtiyac olduğu ilə bağlı yekdillik olduğu məlum olub. Prof. A.Rettovanın Afrika qitəsində Şərq fəlsəfi fikir tarixi aspektində islam fəlsəfəsi,sufizm təlimlərini, sosial-fəlsəfəsini tədqiq etməsi nəzərə alınaraq, mümkün birgə layihələrlə bağlı təkliflərin müzakirə edilməsi qərara alınıb. Çalışdığı Universitetlə STM arasında qonaq elmi işçi mübadiləsi imkanlarının nəzərdən keçiriləcəyi bildirilib.
Konqres qarşılıqlı elmi əməkdaşlıq və elmi mübadilə istiqamətində mühüm əhəmiyyət kəsb edib:
Konqresə keçirilən rəsmi sessiyalarla yanaşı, iştirakçıların əməkdaşlıq və qarşılıqlı elmi fikir mübadiləsinə təşviq edən toplantılarda xaricdəki sosial tədqiqatlar sahəsində çalışan həmkarlarla faydalı əlaqələr yaratmaq, akademik məşğulluq yönündə mübadilə proqramları ilə bağlı müzairələr aparıldı. Müasir mürəkkəb dövrdə sosial elmlərin cəmiyyətdə davamlı aktuallığını, bu sahədə dialoq ehtiyacının zəruriliyi vurğulandı,məsləhətləşmələrin davam etdirilməsi qərara alındı.
Növbəti Konqresin keçirilməsi yönündə səsvermə prosesində nominant ölkələr(BƏƏ, Yaponiya və s.)arasında Yaponiya səs çoxluğu ilə 2028-ci ildə ÜFK-nə ev sahibliyi edəcək ölkə adını qazandı. Seçimlərdə iştirak edən Yaponiya Fəlsəfə Assosiasiyasının prezidenti,Tokio Universitetinin humanitar və sosial elmlər fakültəsinin dekanı professor Noburu Notomi iştirakçıları növbəti 26-cı Tokio ÜFK-nə dəvət etdi.O müasir dünyanın getdikcə artan problemlərinin həllində sosial elmlərin mühüm rolunu vurğuladı.Bu istiqamətdə dekanı olduğu fakültənin fəaliyyətinə toxundu.
Yekun olaraq qeyd etmək olar ki, Konqresdə MDB məkanından ən çox təmsil oluanlar-Orta Asiya ölkələrinin alim və tədqiqatçıları olub. Azərbaycan- AMEA-dan Fəlsəfə və Sosiologiya İnstitutundan Konqresə 4 alim qatılıb, Konqresin versitetində 25-ci Dünya Fəlsəfə Konqresində olduğumuz elmi ezamiyyətdə Azərbaycanı və STM-ni layiqli şəkildə təmsil etmək məqsədinə nail olunub. Konqresə qəbul olunan məqalə çap olunmuş kitabda elektron, habelə, disk şəklinə dərc edilib. STM -nin təşəbbüsü ilə Konqres çərçivəsində COP 29-a həsr edilmiş dəyirmi masa təşkil edilib.İştirakçılar ölkəmizin bu sahədə qlobal təşəbbüsləri ilə bağlı məlumatlandırılıb. Konqresin 125 illik tarixində ilk dəfə keçirilən “Türk xalqlarının düşüncə irsi” mövzusunda dəyirmi masa təşkil edilib. STM təmsilçisi mövzu ilə bağlı təqdimatla çıxış edib. Türkdilli dövlətlərin tədqiqatçıları,habelə, xarici həmkarlarla ikitərəfli və çoxtərəfli elmi mübadilələrin həyata keçirilməsi, sosial elmlər sahəsində tədqiqatçıların, beyin mərkəzlərinin daha sıx şəbəkələşməsi,əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı yekdil fikrə,konkret addımların atılması üçün online məsləhətləşmələrə başlanması ilə bağlı qərara gəlinib.
ƏLAVƏLƏR:
25-ci Ümumdünya Fəlsəfə Konqresi, ÜFK-də (The 25th World Congress of Philosophy (WCP) 120 ölkədən 5000 tədqiqatçı La Sapienza Universitetində toplaşdı:
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə heyətinin üzvü, departament müdiri prof.Tahirə Allahyarova tədbirdə Azərbaycanı təmsil etdi. Universitetin Siyasi elmlər, Sosiologiya və Kommunikasiya fakültəsində də maraqlı sessiyalar baş tutdu.
STM-nin təmsil edildiyi “Türk xalqlarının fəlsəfi irsi” adlı dəyirmi masada dekolonizasiya aspektində, müxtəlif (qeyri-Qərb) xalqların düşüncə və mədəni irsinə münasibət, dünyada türk elmi-fəlsəfi baxışı ilə bağlı dərin elmi əhəmiyyətli müzakirələr baş tutdu.
Dəyirmi masanın bəzi iştirakçıları:
Prof T.Allahyarova “Türk xalqlarının fəlsəfi fikir tarixinin öyrənilməsinə metodoloji yanaşmalar: Türk sivilizasiyasının fəlsəfi irsinin özünəməxsusluğu məsələləri, problemlər, bəzi təkliflər” mövzusunda təqdimatla çıxış etdi:
Almaniyalı professor Alena Rettovanın dekolonizasiya və xalqların elmi-mədəni irsinə münasibət mövzulu təqdimatı:
STM-nin təşəbbüsü ilə Konqres çərçivəsində “COP29 konfransının Azərbaycanda ekoloji fəlsəfənin və davamlı inkişafın daha da təkmilləşdirilməsinə gözlənilən müsbət təsiri” (“Expected positive impact of COP29 conference on further improvement of environmental philosophy and sustainable development in Azerbaijan") keçirildi: Konqres proqramından dəyirmi masa ilə bağlı:
Konqres qarşılıqlı elmi əməkdaşlıq və elmi mübadilə istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Növbəti Konqresə ev sahibliyi üçün səsvermə:
Çıxışlar sonrası sual-cavablar:
(Dünyaya xristianlıq dini, Roma hüququnu, misilsiz memarlıq irsini, fəlsəfi ideyaları gətirən əbədi şəhər Roma həm də nəhəng səhnələri “kütlə və tamaşa” irsini, qladiatorların savaşdığı Kolizeyi irs qoyub. Konqres çərçivəsində Kolozeydə bununla bağlı “Kolizeydə fəlsəfi gəzinti: Şou və "pərdəarxası"adlı fəlsəfi gəzinti təşkil edilib. “İmperiya səhnəsi”adlanan Kolizeydə müasir tədqiqatçıların gəzintisinin əsas məqsədi: “qədim və müasir dünyanın iki fundamental mövzusu: tamaşanın mənası və onu dəstəkləyən fon, kütlə fenomeni haqqında” düşüncələrin müzakirəsi olub)