Yuxarıya
skip to main content

Elşad Mirbəşiroğlu Praqada keçirilən Beyin Mərkəzləri Sammitində iştirak edib

14.06.2022

YAP İdarə Heyətinin üzvü, MM-in deputatı, STM İdarə Heyəti sədrinin müavini prof. Elşad Mirbəşir oğlu Praqada keçirilən Asiya-Avropa Siyasi Forumunun 4-cü iclası çərçivəsində keçirilən Beyin Mərkəzləri Sammitinə yollanıb. 


Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 10-12 iyun tarixlərində Çex Respublikasının Praqa şəhərində keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 4-cü iclasında iştirak edib. 

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini prof. Elşad Mirbəşiroğlu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupu tərəfindən təşkil olunan AEPF-nin iclası çərçivəsində keçirilən Beyin Mərkəzləri Sammitində çıxış edərək Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, nəşrləri, beynəlxalq əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2019-cu ildə yaradılan Mərkəz Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi olmaqla dövlət idarəçiliyində analitik yanaşmanın və beyin mərkəzlərinin rolunun artmasına xidmət edir.STM-in üç illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən bəhs edən prof. Elşad Mirbəşir oğlu çıxışının sonunda tədbirdə iştirak edən Asiya və Avropanın müxtəlif Beyin mərkəzlərinin nümayəndələrini STM ilə əməkdaşlığa dəvət edib.

#SosialTədqiqatlarMərkəzi #STM