Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi elmi konfransda iştirak edib

05.05.2022

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Elnarə Qəribova miqrasiya problemlərinə dair elmi konfransda iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Elnarə Qəribova AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda keçirdilən “Miqrasiya problemlərinə yeni baxış: COVID-19 pandemiyasından əvvəl və sonra” adlı konfrans-seminar məruzə ilə çıxış edib.

Tədbir Coğrafiya İnstitutunun Avropanın 10 universiteti və tədqiqat institutu ilə birgə icra etdiyi, “Horizon Avropa” Proqramı çərçivəsində maliyyələşən “Miqrant agentliyi üçün tarixlərin və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı qalib layihə üzrə praktik fəaliyyətlərin tərkib hissəsi olaraq keçirilib. Tədbirdə bir çox qurumlardan dəvət olunmuş qonaqlar, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin eksperti, alim və mütəxəssislər, müxtəlif universitetlərin akademik heyəti və QHT təmsilçiləri iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Elnarə Qəribova “COVID-19 pandemiyası ilə qloballaşma, insan mobilliyi və beynəlxlaq hüquqi öhdəliklərlə ziddiyyət” mövzusunda apardığı araşdırmanın nəticələrini təhlil edərək, miqrasiyanın sosial aspektləri, miqrantların hüquqları və onların getdikləri ölkələrdə giriş icazəsini almaqla bağlı üzləşdikəri çətinliklər, həmçinin ölkədaxili miqrasiya məlumatlarının əlçatanlığı, təhsil almaq imkanları ilə miqrasiya arasındakı əlaqə kimi problemlərə toxunub.