ABŞ sakinləri hökümətin koronavirusla mübarizə tədbirlərini ruslardan daha çox tənqid edirlər
29.01.2021

ABŞ sakinləri hökümətin koronavirusla mübarizə tədbirlərini ruslardan daha çox tənqid edirlər.
Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan “Gallup İnternational”-ın keçirdiyi sorğunun nəticəsi bunu göstərib.
Noyabr-dekabr ayları ərzində müxtəlif ölkələrdən gələn insanlar arasında 2021-ci ildən gözləntiləriylə bağlı sorğu keçirilib.
.jpg)
Layihə çərçivəsində 47 ölkədən 44 mindən çox insanla görüş keçirilib.
Xüsusilə, respondentlərin koronavirusla mübarizədə hökumətin fəaliyyətini necə qiymətləndirdikləri öyrənilib.
Araşdırmanın nəticələrinə görə, ümumilikdə dünya sakinlərinin 54 faizi hökümətlərin koronavirus pandemiyası ilə uğurla mübarizə apardığına inanır, 42 faiz isə bu baxışı bölüşmür.
Hökumətin koronavirusla mübarizə tədbirlərindən ən çox razı qalanlar isə Vyetnam (100%), Koreya (89% ), Hindistan və Azərbaycan (hər biri 86%) sakinləri olub.
Qeyd edək ki, “Gallup International” araşdırma və sorğu Assosiasiyası dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə aparıcı araşdırma qruplarından biridir.
Şəfanə İbrahimova
stm.az