"Ermənilər Qarabağı gündəmdən çıxarıb"- Beynəlxalq Hesabat
10.12.2019

Amerikanın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Sorğudan məlum olur ki, ermənilər problem olaraq Dağlıq Qarabağ münaqişəsini deyil, sosial-iqtisadi problemləri əsas hesab edirlər.
Sosial-iqtisadi narazılıqların həllini istəyirlər.
Ermənilərin yalnız 4-8 faizi Qarabağı problem kimi düşünür.
Bu sorğudan aydın olur ki, ermənilər daha çox işsizlik, sosial-iqtisadi problemlər, maliyyə kimi məsələlərə daha çox diqqət yetirirlər, nəinki Dağlıq Qarabağ probleminə.
Ermənilərin yalnız 4 faizi Dağlıq Qarabağ münaqişəsinin növbəti 6 ay ərzində həll edilə biləcəyini düşünürlər.