Yuxarıya
skip to main content

"Sosial Tədqiqatlar Mərkəzi mühüm strateji institutdur"- Hikmət Babaoğlu (VİDEO)

03.09.2019

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə bağlı fikirlərini STM.az saytı ilə bölüşüb.

O qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzi mühüm strateji institutdur:

"Həm qlobal çağırışlar, həm də Azərbaycan kontekstində STM mühüm əhəmiyyətli bir institutdur. Qısa müddətdə STM böyük işlər görüb. Sosiologiya elminin metoları tətbiq olunmaqla ölkənin sosial, siyasi nəbzinin tutulması hadisəsi baş veribdir ki, bu da rəqəmlərdə və statistikada öz əksini tapıb. Cəmiyyətin öyrənilməsi, sosial sifarişlərin öyrənilməsi, ictimai rəyin öyrənilməsi cəmiyyət-dövlət münasibətlərində mühüm keyfiyyət dəyişikliyi yaradacaqdır ki, hazırda STM-in fəaliyyətinin bir qismi də bundan ibarətdir. Biz fərd olaraq cəmiyyətin üzvləriyik. Hər bir insan yaşadığı cəmiyyəti dərk etməyə çalışır. Cəmiyyət idarəolunan olmalıdır. Dövlət isə idarə edəndir. Bütün bunların fonunda ən müxtəlif istiqamətlərdə STM tədqiqatlar aparmalıdır."