“Trol fabriki” necə işləyir? - Tərcümə
"Trol fabrikləri" nə üçün fəaliyyət göstərir və sosial şəbəkələrdə onların üzvləri ilə qarşılaşıldıqda nə etməli? Web-də standart münasibət belədir: trolu bəsləmək olmaz, yəni onun provokativ şərhlərinə münasibət bildirmək uyğun deyildir. Artıq ödənişli əsasda sosial şəbəkələrdə saxta trolluq etməklə məşğul olan şəxslərin və ya səhifələrin mövcudluğu da məlumdur ki, onların fəaliyyəti nisbətən effektiv sayılır. Bu kimi trol hesabların ünvanladıqları sualları cavablandırmaq və ya onların yazılarına şərh bildirmək daha çox tərəddüd yaradır. Belə olan halda nə etməli?
Muzdlu peşəkar trollar internet mühitində ölkələrəv ə ya milli, dini, irqi, cinsi və s. azlıqlara qarşı süni şəkildə formalaşdırılmış aqressiv kütlə görüntüsü və effekti yaratmağa çalışan qruplardır. Onları daha çox profillərinə əsasən tanımaq mümkündür: yenicə yaradılmış şəbəkə hesabı, az sayda olan dost izləyici kütləsi, şəkil və ya şəxsi xarakterli digər məlumatların azlığı. Bu tipli trol hesablarını, eyni zamanda, məşhur səhifələrə, xəbər saytlarına və tanınmış şəxslərin, o cümlədən, bloqerlərin səhifələrinə gündəlik olaraq yerləşdirdikləri onlarla şərhlər vasitəsilə də aşkarlamaq olar. Bu cür aralıqsız fəaliyyət nəticəsində məqsədli şəkildə belə təəsürat yaradılır ki, sanki onların fikir və mövqeləri cəmiyyətdə dominantlıq təşkil edir. Nəticədə, yalnız sadə istifadəçilər deyil, hətta bəzi hallarda siyasətçilər və jurnalistlər belə “insanların çoxunun” süni gündəm və ya propoqandalara inanaraq həqiqətən hansısa düşüncə və ya mövqeyi kütləvi şəkildə dəstəklədiklərinə inam ifadə edə bilirlər.
Mediada yayılan məlumatlara görə, muzdlu trolların hətta polislə qarşıdurmaları şiddətləndirən kütləvi iğtişaşlar da daxil olmaqla 40-a yaxın bu kimi tədbirlərin təşkilatçılığında iştirak etdikləri söylənir.
Beləliklə, trolların fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır. Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır. Belə halların qarşısının alınması üçün sosial şəbəkələrdə sözügedən saxta trol hesabları haqqında saytlar və ya sosial şəbəkə rəhbərlərinə təcili qaydada məsələ ilə bağlı şikayətlə müraciət etmək məqsədəuyğundur.
Bununla yanaşı, aktiv həqiqi internet istifadəçiləri bu kimi hallarla üzləşdikdə, öz şərhlərində trol hesabların ünvanlarını göstərməklə onları ifşa edə bilərlər. Hətta trol hesab istifadəçisinin sosial şəbəkədə müzakirələrə daxil olmaqla mövzunun istiqamətinin süni aqressiyaya doğru dəyişdirilməsinə nail olduğu halda belə aktiv həqiqi istifadəçilər tərəfindən məsələnin sonlandırılmaması və müzakirələrdə iştirak edən, ciddi fikir yaratma və yönləndirmə qabiliyyətinə malik trol hesabların saxta fəaliyyətinin əsl məqsədlərinin üzə çıxarılması mütləq şəkildə vacibdir. Belə ki, provokativ yazılar və mövqelərin arasında məntiqli izahların və fikirlərin bəyan edilməsi qeyd olunan saxta fəaliyyətlərin cəmiyyət üzvləri tərəfindən qarşısının alınmasında olduqca əhəmiyyətli rola malikdir.
Tərcümə:
Aytən Babayeva