Yuxarıya
skip to main content

STM sədri Yunanıstan səfiri ilə görüşüb

13.03.2023

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Yunanıstan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə sosial araşdırmalar sahəsinin inkişafı və tədqiqat layihələrinin elmi-texniki bazasına dəstək perspektivlərini əhatə edən görüş keçirilib.
Səfir diplomatik missiyasına yeni başlandığını, ölkəmiz haqqında ətraflı məlumatlara malik olduğunu, təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyü və suveren haqlarına hörmətlə yanaşdığını xüsusi vurğulayıb. Müzakirələr zamanı, Azərbaycan və Yunanıstanın analitik mərkəzləri, tədqiqat institutları arasında əlaqələrin inkişaf perspektivləri və gələcək imkanlar, sosial sferada araşdırmaların beynəlxalq legitimliyi məqsədilə yüksək standartlara çatmaq üçün təcrübə və bir sıra elmi resursların mübadiləsi zərurəti, texniki dəstək xarakterli qarşılıqlı əməkdaşlığı müzakirə mövzusu olub. Gənc tədqiqatçılar və təcrübəçilərin inkişafında əhəmiyyətə malik Mərkəzin kitabxana resurslarının genişləndirilməsi üçün səfirlik tərəfindən müəyyən kitabların hədiyyə edilməsi görüşün əsas məqamlardan biri kimi qeyd edilib. Görüşdə Mərkəzin digər səlahiyyətli təmsilçiləri də iştirak edib.


 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti