Sosial Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov dekabrın 17-də ADA Universitetində keçirilmiş “COP29: Planetin ekoloji çağırışlarına müxtəlif ölkələrdən baxışlar” adlı onlayn məqalələr toplusunun təqdimatında iştirak edib. Tədbir STEM analitik mərkəzi tərəfindən ADA Universitetinin “Siyasət Klubu” ilə birgə təşkil olunmuşdu.
Təqdimat “COP29 ərəfəsində Cənubi Qafqazda ekoloji təhlükəsizlik” mövzusunda 2024-cü ilin noyabrında başlanmış uğurlu müzakirələr silsiləsini davam etdirir. Tədbirdə millət vəkili Sevinc Fətəliyeva, STM analitik mərkəzin direktoru Orxan Yolçuyev, siyasi ekspertlər İlyas Hüseynov, Yeganə Hacıyeva, Nağı Əhmədov, Roza Bayramlı və Özbəkistanın ölkəmizdə səfirliyinin nümayəndəsi və tələbələr iştirak edirdi. Sosial Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov “COP29: İqlim diplomatiyası və Azərbaycanın nailiyyətləri” mövzusunda çıxış edib. İlyas Hüseynov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb. Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.
Məqalə müəllifi olan tələbələrə müvafiq sertifikatlar təqdim edildi. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirdilər.