Sosial Tədqiqatlar Mərkəzi (STM) 2024-cü il üzrə həyata keçirdiyi fəaliyyətin hesabatını təqdim edir

28.12.2024

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2024-cü il üzrə fəaliyyət hesabatını açıqlayıb.
 Hesabat Mərkəzin Nizamnaməsinə uyğun olaraq həyata keçirilmiş fəaliyyətləri, strateji planların icrasını və aktual mövzularda elmi-analitik araşdırmaları əhatə edir.
2024-cü il ərzində STM-in İdarə Heyəti və müxtəlif departamentləri tərəfindən bir sıra mühüm işlər görülüb:
•    Hesabatda STM-in illik fəaliyyəi 5 əsas istiqamət üzrə, 3 əsas bölmədə təsnif edilib.
FƏALİYYƏTİN 5 İSTİQAMƏTİ:
1.    Elmi-tədqiqat fəaliyyəti.
2.    Sorğu və tədqiqatlar.
3.    Yerli və beynəlxalq tədbirlər.
4.    Media və kommunikasiya fəaliyyətinin statistikası.
5.    STM əməkdaşlarının COP29-la bağlı fəaliyyəti
Analitik məhsulların təqdim edildiyi 3 bölmə:
1.    Nəşrlər: Elmi kitablar, məqalələr və jurnallar.
2.    Analitik sənədlər: Hesabatlar, arayışlar, təhlillər və siyasət sənədləri.
3.    Mediada çıxışlar: Müsahibələr və konfrans iştirakları.
 
SOSİAL TƏDQİQATLAR MƏRKƏZİNİN 2024-CÜ İL FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ
Yuxarıda sadalananlara əsasən Sosial Tədqiqatlar Mərkəzi (STM) 2024-cü təqvim ili üzrə fəaliyyətinin yekunlarını açıqlayır. Mərkəz bu il ərzində bir çox elmi və analitik işlərə imza atmış, yerli və beynəlxalq səviyyədə mühüm tədbirlər təşkil etmiş və beynəlxalq əməkdaşlıqlarını genişləndirmişdir. Aşağıda 2024-cü ilin əsas fəaliyyət nəticələri təqdim edilir:
•    Elmi və Elmi-Publisistik Fəaliyyətlər
2024-cü il ərzində STM aşağıdakı elmi nəşrləri həyata keçirmişdir:
•    3 kitab: 
1.    “Böyük Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” (III cild)
2.    “Yerli idarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri”
3.    “Mücahid ömrü: Məhəmmədsadıq Aran”
•    1 elmi-analitik jurnal: “Sosial Tədqiqatlar” (T.Allahyarova, A.Məmmədov)
•    147 elmi və elmi-publisistik məqalə, o cümlədən xaricdə 12 məqalə və 2 beynəlxalq konfrans materialı
•    Analitik və Tədqiqat Sənədləri
2024-cü ildə STM tərəfindən aşağıdakı analitik və tədqiqat sənədləri hazırlanmışdır:
•    33 analitik hesabat və analitik təhlil sənədi
•    17 icmal sənədi
•    167 arayış, tədqiqat, təhlil və təklif sənədi
•    17 sorğu əsaslı təhlil sənədi və 11 monitorinq nəticəsi
•    Media və Konfrans Fəaliyyətləri
STM əməkdaşları 2024-cü ildə yerli və xarici mediada geniş təmsil olunmuş, ölkədə və xaricdə sosial, iqtisadi və siyasi mövzularda 3000-dən çox ekspert rəyi, müsahibə, açıqlama və press-reliz hazırlamışdır. Həmçinin, əməkdaşlar TV-lərdə müəllif proqramları hazırlamış, yerli və beynəlxalq konfranslarda məruzəçi kimi çıxış etmişlər.
•    Elmi-Təşkilati Tədbirlər
2024-cü il ərzində STM tərəfindən və ya birgə təşkil olunan 27 yerli və beynəlxalq tədbir keçirilib, bunlardan 2-si beynəlxalq səviyyədə təşkil olunmuşdur.
•    İctimai Rəy Sorğuları
STM-in İctimai Rəyin Öyrənilməsi Departamenti tərəfindən 2024-cü ildə 23 sosioloji sorğu, 11 fokus qrup müzakirəsi, 1 dərinləşdirilmiş müsahibə və 2 monitorinq keçirilmişdir. Sorğuların 13-ü CATI, 8-i CAPI, 2-si isə CAWI üsulu ilə aparılmışdır. Ümumilikdə 26,563 respondent iştirak etmişdir.
•    Beynəlxalq Əməkdaşlıq
STM, xarici elmi-tədqiqat və beyin mərkəzləri ilə 10 görüş keçirib, birgə əməkdaşlıq üçün memorandum imzalanması barədə razılıq əldə etmişdir.
•    “Qlobal Körpülər” layihəsi:
Hesabat ilində Mərkəzin beynəlxalq elm, siyasət və s. sahələrdə tanınmış məşhur ekspert,alim, ictimai-siyasi  xadimlərlə aktual gündəmə dair müsahibələrini təşkil edən yeni “Qlobal Körpülər” (Global Bridges) layihəsi davam etdirilib. 
•    COP29 Tədbirindəki Fəaliyyət: Mərkəz əməkdaşlarının COP29-da iştirakı geniş şəkildə işıqlandırılıb və 40-dan çox paylaşım aparılıb. Bu, Mərkəzin beynəlxalq fəaliyyətinin tanıdılması və dövlət siyasətinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Bu fəaliyyətlər, STM-in elmi, analitik və beynəlxalq əməkdaşlıq sahəsindəki davamlı inkişafını nümayiş etdirir və mərkəzin sosial, elmi və mədəni sahələrdəki əhəmiyyətini artırır.