STM-in Media və kommunikasiya departamentinin əməkdaşları 2024-cü hesabat ilində Mərkəzin Nizamnaməsindən irəli gələn vəzifələr çərçivəsində həyata keçirilən sorğuların, tədbirlərin və nəşrlərin mediada işıqlandırılması, sosial mediada geniş təbliğ olunması, STM-in saytının və sosial media hesablarının idarə olunması kommunikasiya və daxili siyasi vəziyyətlə bağlı açıq və qapalı arayışların, analitik yazıların hazırlanması və müxtəlif tədbirlərin keçirilməsi yönündə fəaliyyət həyata keçirib.
Məqalə, təhlil yazısı - 33; stm.az saytı üçün xəbər mətni və press-relizlər – 20
arayış, təhlil və təklif sənədi – 14;
1000-dən çox müsahibə, açıqlama, ekspert rəyi, TV-lərdə müəllif proqramı, müxtəlif mövzularda videomüsahibələr və təhlillərin hazırlanması,
Telelahiyələrdə /Real TV-də “Real tədqiqat”, Füyuzat TV-də “Arxa plan”, İki sahil TV-də “Siyasi baxış” verilişləri/ iştirak və aparıcılıq - 70-dən çox media buraxılışları (o cümlədən “Real tədqiqat” - 20)
STM-in yeni “Qlobal Körpülər” (Global Bridges) layihəsi - 1
Tədbirlərin təşkili – 27
COP29-da Mərkəz əməkdaşlarının fəaliyyəti ilə bağlı paylaşım - 40-dan çox
Vizual fəaliyyət – 90-dan çox.
2024-cü il ərzində Departament əməkdaşları tərəfindən mediada mütəmadi olaraq müsahibə, konfrans və digər tədbirlər icra olunub. Bütün televiziya kanalları daxil olmaqla KİV-lərə Departamentin əməkdaşları tərəfindən mütəmadi olaraq açıqlamalar verilib. İl ərzində verilən açıqlamaların dərc olunduğu tiraj sayı müxtəlif mətbu orqanlar daxil olmaqla ümumilikdə 1000-dən çox olub (Ə.Ə).
Gənclərin peşəkar inkişafına dəstək xarakterli proqramların icrası üzrə sosial tərəfdaş qismində STM-ə digər qurumlardan göndərilən təcrübəçi namizədlərin qəbulu, onlarla işin təşkili və mentorluq fəaliyyəti həyata keçirilib.
Departament əməkdaşlarının müəllifliyi və aparıcılığı ilə (T.İsmayılov) müxtəlif sosial-iqtisadi, siyasi-elmi mövzularda Real TV-də “Real tədqiqat”, Füyuzat TV-də “Arxa plan”, İki sahil TV-də “Siyasi baxış” verilişləri hazırlanıb və izləyicilərə təqdim edilib. Əməkdaşlar (B.Cəfər) tərəfindən vizual fəaliyyət icra edilib.
Hesabat ilində STM-in yeni “Qlobal Körpülər” (Global Bridges) layihəsi (P.Bayramov) davam etdirilib. Habelə ölkənin bir sıra reytinqli saytlarında və KİV-də müxtəlif tezislər inkişaf etdirilib. Mərkəzin bütün tədbirlərinə media dəvət edilib, 27 tədbir üzrə təşkilatçılıq işləri həyata keçirilib.
COP29-da Mərkəz əməkdaşlarının fəaliyyəti geniş işıqlandırılıb. 40-dan çox paylaşım edilib, Mərkəz əməkdaşlarının COP ilə bağlı müsahibələri və verilişləri təşkil edilib. Yekun press-reliz müxtəlif dillərdə media resurslarında yayılıb.