Cənubi Qafqazda insanlar Avropa İttifaqı haqqında nə düşünür?
Avropa İttifaqı Cənubi Qafqaz ölkələrində geniş müsbət imicini qoruyub saxlamaqdadır, BMT, NATO və Avrasiya İqtisadi İttifaqından xeyli irəlidə olmaqla, Aİ regionun bütün ölkələrində ən etibarlı beynəlxalq təşkilat kimi görülür.
Bu barədə sorğular 2022-ci ilin iyun-iyul aylarında Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovada üzbəüz müsahibələrlə aparılıb. Ukraynada Kompüter Dəstəkli Telefon Müsahibələri, Belarusda isə onlayn panel sorğusu da aparılıb. Orada da Aİ üçün geniş müsbət yanaşma mövcuddur.
Sorğu göstərir ki, azərbaycanlıların demək olar ki, yarısı (48%) 2016-cı ildə sorğular başlayandan bəri hər zamankindən daha çox olmaqla Aİ haqqında müsbət rəyə malikdir, 76%-i isə – yenə həmişəkindən daha çox – ölkələrinin Aİ ilə yaxşı münasibətlərinin olduğunu bildirib. Aİ-nin Azərbaycana maliyyə dəstəyi haqqında məlumatlılıq da 41% həddindədir, 43% respondent isə digər beynəlxalq təşkilatlardan daha çox Aİ-yə güvənir.
Ermənilərin demək olar ki, dörddə üçü (73%) ölkələrinin Aİ ilə yaxşı münasibətlərinin olduğunu düşünür ki, bu da ötən illə müqayisədə on faiz bəndindən çoxdur. Respondentlərin 65 faizi Aİ-nin ölkəyə maliyyə dəstəyindən xəbərdardır. 2017-ci ildəki 65%-dən 55 faiz Aİ-yə inanır. Ermənilərin 42 faizinin Aİ haqqında müsbət imicinə malik olduğu halda, 11 faiz mənfi rəyə malikdir.
Gürcülərin böyük əksəriyyəti Aİ-yə güvənir, ittifaq burada müsbət imicə malikdir və əhali Aİ-nin Gürcüstana maliyyə dəstəyindən xəbərdardır. 2016-cı ildə sorğular başlayandan bəri bütün göstəricilər bu il ən yüksək səviyyədədir. Gürcülərin 65 faizi bu il Aİ haqqında müsbət fikir (2016-cı illə müqayisədə 13 bənd çoxdur və mənfi rəylərin cəmi 3%-i ilə müqayisədə), 84% Aİ və Gürcüstan arasında yaxşı münasibətlər olduğunu düşünür, 83% Aİ-yə güvənir (bütün ŞT ölkələri arasında ən yüksək göstəricidir).
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzi