Böyük Britaniya iqtisadiyyatını yaxşılaşdırmaq üçün Aİ-nin vahid bazarına yenidən qoşulmalıdırmı?
Keçmiş baş nazir Boris Conson Böyük Britaniyanın vahid bazardan çıxmasına nəzarət edərək, blokla ticarət maneələri yaradan “Brexit” sazişini imzalamışdı. Üzvlük Şimali İrlandiya Protokolunu əhatə edən məsələlərin həllinə kömək edəcək və bürokratik ixrac xərclərini aradan qaldırmaqla ticarəti asanlaşdıracaqdı.
Bəzi ictimai şəxslər özlüyündə üzvlüyün ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağa kömək edəcəyini iddia etdilər. Keçən həftə LBC-yə zəng edənlərdən biri aparıcı Luis Qudal-a isə məsələ ilə bağlı fərqli parametrlər təklif etdi.
“Brexit fəlakət oldu. Düşünürəm ki, biz artım üçün mübarizə aparırıqsa, gömrük ittifaqına və ümumi bazara yenidən qoşulmalıyıq”.
Keçən həftə Büdcə Məsuliyyəti Ofisi (OBR) Brexit-in Böyük Britaniya iqtisadiyyatına mənfi təsir göstərdiyini, həm ticarət həcmini, həm də əlaqələri azaltdığını iddia etdi. Onların hesabatında deyilir: “Bizim ticarət proqnozumuz Brexit-in Böyük Britaniyanın ticarət intensivliyinin uzunmüddətli perspektivdə ölkənin Aİ-də qalması ilə müqayisədə 15 faiz aşağı olması ilə nəticələnəcəyinə dair fərziyyəmizi əks etdirir. Son dəlillər göstərir ki, Brexit Böyük Britaniya ticarətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib”.
Buna cavab olaraq kansler Ceremi Hant bildirib ki, Böyük Britaniya yenidən vahid bazara qoşulmadan Aİ ilə ticarət əlaqələrini yaxşılaşdırmağa çalışacaq.
O, BBC Radio 4-ün bugünkü proqramına deyib ki iqtisadi böyümə üçün əsas lazımlı hal maneəsiz ticarətdir: “Düşünürəm ki, bütün dünyada qonşularımız və ölkələrimizlə maneəsiz ticarətin olması böyümə üçün çox faydalıdır. “
“Mən əminəm ki, qarşıdakı illər ərzində biz vahid bazardan kənarda bizimlə Aİ arasında mövcud olan ticarət maneələrinin böyük əksəriyyətini aradan qaldıra biləcəyimizə dair yollar tapacağıq. Bu, isə vaxt aparacaq”.
O, daha sonra sözlərinə belə davam etdi: “Mən hesab etmirəm ki, [vahid bazar] böyüməyi sürətləndirmək üçün doğru yoldur, çünki bu, sərhədlərimizə nəzarət etmək və vahid bazara üzvlük tələb edən Brexit-i dəstəkləyərkən insanların səs verdiyi şeyin əleyhinə olardı. Beləliklə, düşünürəm ki, biz bu üstünlükləri kompensasiya etməkdən daha çox başqa yollar tapa bilərik”.
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzi