Sorğu, ilhaq edilmiş Krım yarımadası və Moskvanın işğala başladığı fevralın 24-dən əvvəl Rusiyanın silahlı qüvvələri tərəfindən işğal edilmiş digər ərazilər istisna olmaqla, Ukrayna üzrə 1000 respondent arasında keçirilib.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun dərc etdiyi sorğuya əsasən, ukraynalıların ən azı 88%-i ölkələrinin 10 ildən sonra Avropa Birliyinin çiçəklənən üzvü olacağına inanır. Rusiyanın fevralda genişmiqyaslı işğala başlamasından və iyunda Aİ tərəfindən Kiyevə namizəd statusu verildikdən az sonra Ukrayna Aİ-yə üzvlük üçün müraciət edib. İşğal minlərlə dinc sakinin ölümünə səbəb olub, ölkənin geniş ərazi və infrastrukturu dağıdılıb.
Sorğu, ilhaq edilmiş Krım yarımadası və Moskvanın işğala başladığı fevralın 24-dən əvvəl Rusiyanın silahlı qüvvələri tərəfindən işğal edilmiş digər ərazilər istisna olmaqla, Ukrayna üzrə 1000 respondent arasında keçirilib.
Sorğunun nəticələrinə əsasən, ukraynalılar ölkələri üçün gələcəyi olduqca nikbin şəkildə proqnozlaşdırır. Hətta xüsusilə ağır döyüşlərin getdiyi ölkənin şərq ərazilərində də Ukraynanın Avropa İttifaqına daxil olmaq şanslarına nikbin baxıblar. Orada respondentlərin 76 faizi ölkələrinin gələcəyini Aİ-də gördüyünü deyib. Yalnız 5% müharibənin nəticədə ölkəni dağılmış iqtisadiyyatla tərk edəcəyinə və ukraynalıların genişmiqyaslı köç situasiyası ilə üz-üzə qalacağını düşünür. - Reuters.
Paşa Bayramov, Sosial Tədqiqatlar Mərkəz