Yuxarıya
skip to main content

Almaniya seçkilərdən sonra ABŞ ilə yeni ticarət danışıqlarının aparılmasını istəyir

11.11.2022

Almaniya hökuməti sözçünün bildirdiyinə görə, Almaniya hökumti Aİ-nin seçkilərdən sonra ABŞ ilə yenilənmiş ticarət danışıqlarına sürətlə qoşulmasını istəyir.

"ABŞ administrasiyası ilə yeni ticarət sazişi üzrə danışıqlar aparmaq və sürətlə irəliləmək istəyimiz var" deyə hökumət sözçüsü Kristian Hoffmann Berlində jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə bu, kansler Olaf Şolts hökuməti üçün vacibdir.

Berlinin ABŞ prezidenti Co Baydenin siyasi mövqeyinin zəifləməsinə səbəb olacağı gözlənilən seçkilərdən sonra belə danışıqlara başlamaq üçün şərtlərin mövcud olacağına inanıb-inanmadığı sualına Hoffmann belə cavab verib: “Biz orada müzakirələrə başlaya biləcəyimizi güman edirik”.

Berlin rəsmiləri daha əvvəl bildiriblər ki, bu cür ticarət danışıqları ABŞ-ın İnflyasiyanın Azaldılması Aktı ilə bağlı artan gərginliyi həll etməyə kömək edə bilər. Berlin və Paris, eləcə də digər Aİ paytaxtları bunu ABŞ və Avropa arasında rəqabəti pozan hal kimi hesab edirlər.

Aİ-nin aparıcı iqtisadiyyatı olan Almaniyadan gələn bu cür ticarət danışıqlarına güclü dəstək mühüm əhəmiyyət kəsb edir, çünki ölkə ABŞ ilə əvvəlki danışıqlara, Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığına (TTIP) qarşı ictimai etirazın mərkəzi idi.

TTIP üçün danışıqlar təxminən altı il əvvəl, Almaniyadan, xüsusən Şoltsun ​​Sosial Demokrat Partiyasından (SPD) siyasi dəstəyin azalması fonunda pozuldu. ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçilməsi sonda TTIP-ə ölümcül zərbə vurdu.

Aylardır Vaşinqtonla yeni ticarət danışıqlarının tərəfdarı olan Azad Demokrat Partiyasından (FDP) Almaniyanın maliyyə naziri Kristian Lindner ölkənin ‘’Welt’’ qəzetinə deyib ki, bu cür yenilənmiş danışıqlar “uğursuz TTIP-in təkrarı olmamalıdır”.

Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi