Avropada son seçkilərin əsas məqamları
Sağçı partiyaların yenidən populyarlıq qazanması son iyirmi ildə Avropada baş verən ən mühüm siyasi hadisələrdən biridir. Onların seçkilərdəki uğurları illər ərzində yüksək və aşağı səviyyələrə şahid olsa da, İtaliya (İtaliya Qardaşları), İsveç (İsveç Demokratları), Macarıstandakı uğurlarından sonra Avropada sağçı partiyaların nüfuzu da artmaqdadır. Macarıstan (Fidesz) və Fransa (Milli Rally) burada əsas nümunələrdəndir. Bir çox ekspertlər düşünür ki, bu partiyalar böhran səbəbindən seçkilərdə uğur qazanırlar və bununla da hiss olunur ki, mövcud hökumətlər vətəndaşların artan yaşayış xərcləri, yüksək enerji qiymətləri kimi qarşıya çıxan problemlərə qarşı kifayət qədər iş görmürlər.
Bu ölkələrdə seçkilər enerji böhranı, Ukrayna münaqişəsi, immiqrasiya, asayiş problemləri ilə bağlı narahatlıqlar fonunda keçirilib. İtaliya, Fransa, Almaniya və s. kimi ölkələrdə artan yaşayış bahalığına qarşı etirazlar siyasi iqtidarlara öz vətəndaşlarının üzləşdiyi problemləri prioritetləşdirmək və həll yollarını tapmaq üçün təzyiqləri artırıb. Sağçı partiyaların seçkilərdə irəliləyişləri ümumi əhalinin hakimiyyətdəki partiyalardan məyus olmasını ifadə edir.
Sağçı partiyaların millətçi olmasına və adətən ölkəyə xas olan problem və şikayətlərə köklənməsinə baxmayaraq, onların miqrantlara münasibəti, işsizlik və Avropa İttifaqına (Aİ) baxışları kimi bir sıra narahatlıqlar doğuran məsələlərlə bağlı da özlərinə xas fikirləri var. Neo-nasist kökləri ilə seçilən İsveç Demokratları, ölkədə artan dəstə zorakılığı ilə birlikdə immiqrasiya problemləri ilə bağlı kompaniya aparıb. Bu aparılan kompaniya ilə yüksək miqrasiya səbəbiylə pisləşən cinayət hallarını araşdırıblar. Yüksək inflyasiya, yaxınlaşan enerji böhranı və Ukraynadakı müharibə də seçki kampaniyası zamanı kritik mövzular arasında idi. Oxşar məsələlər İtaliya seçkilərində də göründü.
Giorgia Meloni-nin partiyası öz köklərini 1946-cı ildə Benito Mussolini tərəfdarları tərəfindən yaradılmış neofaşist partiya olan İtaliya Sosialist Hərəkatından alır. Onun koalisiya tərəfdaşları arasında iki veteran sağçı lider, The League-dən Mateo Salvini və Forza Italia-dan Silvio Berluskoni var. Meloninin şansının gətirməsində əsas səbəb onun Mario Draqiyə qarşı qalmış yeganə müxalifətçi olması oldu. Bu hal, partiyanın etirazçı kütlənin səslərinin əksəriyyətini toplamasına səbəb oldu. Üstəlik, Meloni seçki kampaniyası zamanı Aİ, Ukrayna və NATO tərəfdarı kimi imic sərgilədi.
Avropada Səs vermə bölgüsü.
Macarıstanın sağçı Fides partiyası 2010-cu ildən hakimiyyətdə olduğu uğurlu bir nümunə təqdim edir. Fides 2022-ci ilin aprelində keçirilən seçkilərdə 2018-ci ildəki 49,2 faizlə müqayisədə 53,7 faiz səslə yüksək səs çoxluğu qazandı. Bu həm də 1989-cu ildən bəri Macarıstanda hər hansı partiyanın aldığı ən yüksək səs payı idi.
Fransa sağçıların səs payının davamlı artımının müşahidə edildiyi başqa bir nümunədir. Marin Le Penin başçılıq etdiyi Milli Ralli 2007-ci ildəki 10 faizdən 2022-ci il prezident seçkilərində səs payını 40 faizə yüksəldib. Le Penin rəhbərliyi altında partiya son iki prezident seçkilərinin ikinci turunda iki partiyadan biri olmaq üçün davamlı yüksək səs faizləri əldə etdi. Partiya özünəxas millətçi, anti-immiqrant olaraq qalsa da, hazırkı rəhbərliyin rebrendinqi onun ksenofobik ritorikadan uzaqlaşması ilə nəticələnib.
İsveçdə İsveç Demokratları 2018-ci il seçkilərində səs paylarını 17,5 faizdən artıraraq 20,5 faizə yüksəldərək ikinci ən böyük partiya olub. İndiyə qədərki ən güclü performansını sərgiləyən bu partiya növbəti koalisiya hökumətinin formalaşmasında söz sahibi rolunu oynayıb.
Sağçı partiyaların Avropa siyasi sistemlərində əhəmiyyətli iz qoyduğunu inkar etmək olmaz – bəzi partiyalar hökumətlərin bir hissəsinə çevrilib, digərləri isə müxalifətin aparıcı səsləridir. Bu partiyalar öz varlıqlarını hiss etdirərək əsas partiyalara öz gündəm və məsələlərini diqtə edirlər. Sağçı siyasətin yüksəlişinin səbəbi təmsilçilik böhranı, siyasətin artan fərdiləşməsi, siyasi və ictimai yadlaşmanın artması, siyasi sistemdən narazılıqdan tutmuş başqa səbəbləri də əhatə edən hallar toplusudur. Bu partiyaların son uğurları bu səbəbləri özündə əks etdirir.
Bu partiyalar bəzi ümumi mövzuları bölüşsələr də, hakimiyyətə gəldikdən sonra davranışları həm tutduqları ofis, həm də hökumət daxilində ümumi dinamikaya əsasən müəyyən edilir.
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi