Yuxarıya
skip to main content

Britaniyalıların əksəriyyəti Brexit-in səhv addım olduğunu düşünür

04.11.2022

2016-cı ildə keçirilən Brexit referendumundan sonra İngiltərədəki dalğalı gündəm səngimək bilmir.

Yeni sorğunun nəticələrinə əsasən, Britaniya əhalisinin yalnız 43%-i Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını yaxşı qərar, 57%-i isə səhv qərar kimi hesab edir.

Britaniya Səsvermə Şurasının prezidenti Con Kertisin açıqladığı rəqəmlər, Britaniya seçicilərinin demək olar ki, 52%-nin Aİ-dən çıxmağa səs verdiyi 2016-cı ilin nəticələrindən əhəmiyyətli bir dəyişiklik olduğunu göstərir.

"Brexit, yəqin ki, bu gün 2016-cı ilin iyun ayından bəri ən aşağı populyarlıq səviyyəsindədir" de Kertis jurnalistlərlə görüşü zamanı deyib.

Sorğu aparan qurum qeyd edib ki, 2021-ci ilin payızından sonra 100.000-ə yaxın yük maşını sürücüsü çatışmazlığı bir çox Britaniya şirkətlərini və istehlakçılarını idxal olunan malları ala bilməyəndə Aİ tərəfdarı tendensiya daha çox nəzərə çarpdı.

Kertisin sözlərinə görə, inflyasiya və enerji qiymətlərinin artması səbəbindən davam edən yaşayış böhranı, ‘’Brexit’’-i dəstəkləyənlərlə peşman olanlar arasındakı uçurumu daha da genişləndirdi, lakin britaniyalıların əslində yenidən düşünəcəkləri qənaətinə gəlmək üçün hələ tezdir.

Böyük Britaniyanın əsas siyasi partiyalarından heç birinin yeni referendumun keçirilməsini təşviq etmək və ya tələb etmək planları yoxdur, çünki ölkə hələ də Brexit-dən sonrakı kimliyini müəyyənləşdirməyə çalışır.

Kertis qeyd etdi ki, Keir Starmerin rəhbərlik etdiyi solçu İşçi Partiyası, sualın əsas seçiciləri qorxutacağından qorxaraq Aİ üzvlük və ya ümumi bazarla bağlı müzakirələri yenidən açmağa hazır görünmür.

Kertis, Dauninq Strit 10 ünvanına gəldikdən sonra Trassın səhvlərini düzəltməyə söz verən yeni baş nazir Rişi Sunakın təyin edilməsinin qanaxmanı bir qədər dayandırdığını da deyib.

Lakin 2010-cu ildən hakimiyyətdə olan Torilər ( mühafizəkarlar ) son sorğularda hələ də Leyboristlərdən 30 xal geri qalırlar.

"Maliyyə böhranı zamanı hakimiyyətdə olan heç bir hökumət seçkilərdən sağ çıxa bilməyib" deyə Səsvermə Şurasının rəhbəri jurnalistlərə deyib . “Onlar mövqelərini itiriblər, çünki ictimai rəy artıq onların [Mühafizəkarlara] ölkəyə rəhbərlik etmək üçün etibar edə bilməyəcəyini hiss edir”.

Qeyd edək ki, Böyük Britaniyada növbəti ümumi seçkilərin 2025-ci ilin yanvarından gec olmayaraq keçirilməsi planlaşdırılır.

Paşa Bayramov

Sosial Tədqiqatlar Mərkəzi