ABŞ müttəfiqləri Ukraynaya dəstəyin geri çəkilə biləcəyindən narahatdır

31.10.2022

Ukraynanın müttəfiqləri ABŞ-ın vəd etdiyi pay ilə birlikdə ona 93 milyard dollardan çox hərbi, maliyyə və humanitar yardım vəd edib.

ABŞ-ın Avropadakı müttəfiqləri Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq Qərbin sanksiyaları ilə yanaşı ABŞ-ın dəstəyinin də bir müddət sonra bitəcəyindən narahatdır.  Gələn ay keçiriləcək seçkilərdə respublikaçılar qalib gələcəyi təqdirdə qərb dövlətləri üçün hadisələr tamamən fərqli istiqamətdə irəliləyə bilər.

Rusiyanın Ukraynaya təcavüzündən sonrakı səkkiz ay ərzində Ukraynanı dəstəkləmək zərurəti ilə bağlı nadir səviyyəli transatlantik konsensus əldə edilib. Ümumilikdə, Ukraynanın müttəfiqləri ABŞ-ın vəd etdiyi pay ilə birlikdə ona 93 milyard dollardan çox hərbi, maliyyə və humanitar yardım vəd edib.

Lakin ABŞ-ın geri çəkilə biləcəyi ilə bağlı adicə təklif belə Qərb paytaxtlarında həyəcan təbili çalınmasına səbəb olub.

Fevral ayından bu yana ölkəyə daxil olan böyük miqdarda ABŞ silahı olmasaydı, Ukrayna sadəcə olaraq bu müharibədə heç bir müqavimət göstərə bilməzdi.
Bu sözləri Britaniya parlamentində müdafiə komitəsinin sədri Tobias Ellvud Ukrayna-Rusiya müharibəsi ilə bağlı danışarkən deyib.

Almaniya kansleri Olaf Şoltsun Rusiyanın Ukraynaya hücumundan dərhal sonra verdiyi açıqlama yəgin ki, hər kəsin yaddaşındadır. Belə ki, həmin zaman Almaniya müdafiə xərclərini artırmağa qərar vermişdi. Ancaq son məlumatlara əsasən hələlik ölkədə ciddi bir addım atılmayıb. Hazırki məlumatlara əsasən, Avropa İttifaqı Ukraynaya 11 milyard avro maliyyə yardımı vəd edib, lakin indiyədək bunun yalnız 3 milyarda yaxını ödənilib.

Analitiklərin fikrincə, Avropalı müttəfiqlər ABŞ-ın yardımının azaldılmasını kompensasiya etməyə çalışsalar belə, edə biləcəkləri bir şey yoxdur. Kiel İnstitutunun Ukraynaya dəstəyin faizlərini ölçüb. Bütün rəqəmlərdən sonra isə qarşıya olduqca maraqlı portret çıxmaqdadır. Belə ki, Aİ üzvü olan Latviya öz ÜDM-in 0,9 faizi dəyərində Ukraynaya yardım etməklə liderlik edir. Birləşmiş Ştatlar isə öz ÜDM-nin 0,2 faizi dəyərində yardım edib. Lakin qeyd etmək lazımdır ki, bu hər hansı digər ölkənin verdiyi ümumi məbləği böyük fərqlə ötür.

Analitiklərin fikrincə, tələblər çox böyükdür və ölkələr qışa və ehtimal ki, tənəzzülə doğru getdikcə daha da sürətlə irəliləməkdədir. Nəticə etibarı ilə burada Amerika rəhbərliyi həyati əhəmiyyət kəsb edir.

“Amerika irəliyə doğru addımlayanda, digər dövlətlər də eyni addımı atırlar. ABŞ-ın həm maliyyə, həm də hərbi dəstəyinin miqyası digər ölkələrlə müqayisədə tərəzidən kənardır”. – Britaniya parlamentarisi Tobiyas Ellvud.

 

"Ancaq Amerika gözünü qırpmağa başlasa, digər dövlətlərbunu edə bilər."

 

Paşa Bayramov

Sosial Tədqiqatlar Mərkəzi