8 fevralda Sosial Tədqiqalar Mərkəzinin yaradılmasından 1 il ötür!
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bunları bildirib:
"Tarixi inkişafın gedişində elm cəmiyyətin istehsal gücünə çevirilərək, texniki proqresin əsas sütununu təşkil edir. Müasir texniki tərəqqi əsrində cəmiyyətlər, ölkələr inkişaf və tərəqqidə elmin rolunu və dəyərini daha aydın anlayırlar. Çağdaş dövrdə bəşəriyyət özünün inkişafında bilik iqtisadiyyatna söykənən yeni fazaya – innovasiya, informasiya, rəqəmsallaşma mərhələsinə daxil olur. Dünyanın qabaqçıl ölkələri əsas etibarı ilə bilik iqtisadiyyatının formalaşması və inkişaf etməsi problemlərini diqqət mərkəzində saxlayır. Həmçinin yeni idarətmə konsepsiyaları davamlı olaraq ətraf mühit, baş verən hadisələr, yeniliklər, trendlər barədə elmi metodlarla məlumatalrın toplanması və analizini, idarəetmə qərarlarının bu informasiyalara söykənərək verilməsini nəzərdə tutur. Hazırda çox sürətlə dəyişən dünyada inkişafın, idarəetmənin düzgün planlaşdırılması və həyata keçirilməsi yalnız və yalnız obyektiv, təhlillər, məlumatlar bazalarının formalaşdırılması, obrazlı ifadə etsək ətraf mühtin nəbzi barədə daim məlumatlı olmaqla mümkündür.
Bir il əvvəl Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi bu baxımdan dövlət idarəetməsinin, inkişaf, islahatalr proqramlarının planlaşdırılması, icrasının əsas komponentlərindən biri kimi çıxış edir. STM-in son bir ildə fəaliyyəti göstərdi ki, bu qurum islahatların həyata keçirilməsi, qərarların qəbulu üçün zəruri olan informasiya, təhlil, konsultasiya ehtiyaclarını yüksək səviyyədə qarşılaya bilir.
Mərkəz qısa zaman ərzində qabaqcıl Qərb təcrübəsi əsasında fəaliyyətini effektiv şəkildə qurub, peşəkar komanda formalaşıb. Mərkəzin fəaliyyəti daha rasional qərarların verilməsi, cəmiyyətdə mövcud tendensiyaların izlənilməsi, adekvat reaksiya verilməsi və ən vacibi perespektivə baxışın formalaşmasına əhəmiyyətli töhfə verir. Eyni zamanda cəmyyətin, vətəndaş cəmiyyətinin, tədqiqatçılar, KİV-in obyektiv təhlillərə, məlumatlara olan ehtiyaclarının qarşılanmasında da Mərkəz vacib rola malidkir.
Yeni-yeni uğurlar naliyyətlər arzu edirəm".
ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru cənab İsrayıl İsgəndərov Sosial Tədqiqatlar Mərkəzinin yaradılması və fəaliyyətinin 1 illiyi ilə əlaqədar Mərkəzə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilir:
“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmandan bir il ötür. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ölkəmizin həyatında mühüm hadisə kimi yadda qalıb. Ötən bir il ərzində Mərkəzin fəaliyyəti bir daha sübut etdi ki, cənab Prezidentin bu qərarı vaxtında verilmiş əhəmiyyətli qərardır. Qısa müddət ərzində bizlər Mərkəzin həyatımızın bir çox sahələrini əhatə edən, o cümlədən, təhsil, elm, iqtisadi inkişafla bağlı hazırladığı ciddi sənədlərlə tanış ola bildik. İctimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi istiqamətində vasitə olaraq təhlil və proqnazlaşdırma aparan bu qurumun 1 illik fəaliyyətində biz sosioloji tədqiqatların yeni yanaşmasının və metodologiyasının tətbiq olunduğunun şahidi olduq.
Ümid edirəm ki, Sosial Tədqiqatlar Mərkəzi milli beyin mərkəzi kimi tezliklə həm də beynəlxalq aləmdə tanınacaq, dəyişiklikləri proqnozlaşdıracaq və elmi-analitik təhlil vasitəsilə ölkənin inkişafına öz töhfəsini verəcəkdir”.
"Teleqraf Holdinq"in rəhbəri Aynur Camal STM-in bir illiyi ilə bağlı bunları deyib:
"Sosial Tədqiqatlar Mərkəzinin (STM) fəaliyyətə başlamasından bir il ötür. Mərkəz bu müddət ərzində ölkəmiz üçün vacib olan bir sıra məsələlərlə bağlı ciddi tədqiqatlar aparıb, hesabatlar təqdim edib. Heç kəsə sirr deyil ki, STM-in sorğuları və araşdırmaları sayəsində bir çox nəticələr əldə edilib, önəmli problemlərin həllinə nail olunub.
Məhz STM-in araşdırmalarından sonra bəzi rəsmi qurumlar öz siyasətlərində nəzərə alması vacib olan məqamları gördü və müsbətə doğru dəyişikliklər etdi.
Ən önəmli məqam da budur ki, STM-in sorğu və araşdırmaları daha çox tənqidi məqamlar üzərində qurulub. Bu, çox müsbət addımdır. Əlbəttə, ölkəmizdə çox ciddi, uğurlu islahatlar həyata keçirilir və günü-gündən bu islahatlar nəticəsində inkişaf prosesi daha geniş miqyas alır. STM-in fəaliyyəti də bu inkişafda müstəsna rol oynayır. Çünki onun fəaliyyəti daha çox çatışmazlıqların tapılması üzərində qurulub. Bu Mərkəz ümumi qiymətləndirmə aparmır, çatışmazlıqlara diqqət çəkit. Hesabatların daha çox diqqətçəkən hissəsi isə budur: “nə çatmır” sualına cavab verilməyə çalışılır. Halbuki hansı proseslərin getməsi barədə ümumi sorğu keçirilsəydi, müsbət nəticələr ortaya çıxacaqdı. Amma onlar axına qoşulub getmir və ən önəmlisi odur ki, “nə çatmır”, “nə etməliyik”, “sosial sifarişin istiqaməti nədir” və “hansı istiqamətdə boşluqlar var” suallarına cavab axtarırlar. Bu səbəbdən Sosial Tədqiqatlar Mərkəzinin (STM) bir illik fəaliyyəti müsbət dəyərləndirilməlidir.
Hesab edirəm ki, STM qarşıdakı illərdə bu sahədə daha dərin sorğular və araşdırmalar ortaya qoyacaq".
Tanınmış jurnalist Vüsal Məmmədov STM-lə bağlı bunları deyir:
"STM bir ildə Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər böyük rol oynadı. O, cəmiyyətin nəbzini tutmaq üçün bu günə qədər çatışmayan əsas alətə çevrildi. İctimai fikrin həqiqi barometri olmağı bacardı. Biz jurnalistlərdə, siyasi təhlilçilərdə içində yaşadığımız cəmiyyətlə bağlı olan xeyli qaranlıq suallara aydınlıq gətirdi. Düşünürəm ki, ölkədə aparılan islahatların məhz ictimai rəyin tələblərilə üst-üstə düşməsində STM-in gördüyü işlərin də rolu var. Çünki ictimai rəyin nə istədiyini bu gün bizə STM deyir və onun cəmiyyətin fikrini nə qədər dəqiq öyrənib, çatdırmasından çox şey asılıdır. Nəyisə elmi əsaslarla idarə edə bilmək üçün siz onu mütləq ölçməlisiniz. Əks təqdirdə proseslərin hansı istiqamətdə getdiyini müəyyənləşdirmək çətin olar. Əminəm ki, qarşıdakı dövrdə də ölkənin elmi əsaslarla idarə olunmasında STM öz töhfəsini verəcək."
İqtisadçı Tahir Mirkişili STM-in bir illik fəaliyyəti ilə bağlı bunları deyib:
"Sürətlə dəyişən müasir dünyada effektiv sosial tədqiqatların aparılması idarəetmədə daha sürətli və daha səmərəli qərarların verilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə tədqiqatların aparılması həm də dövlətin öz vətəndaşının fikirlərinə hörmətindən irəli gəlir. Azərbaycanda da yaradılan Sosial Tədqiqatlar Mərkəzi azərbaycan vətəndaşının dövlət başçısı cənab İlham Əliyevin siyasətinin mərkəzində durması məntiqindən irəli gəlmişdir. Keçən 1 il ərzində effektiv və innovativ komandanın formalaşması istiqamətində aparılan işlər, bu komandanın apardığı səmərəli və real, obyektiv tədqiqatlar seçilən istiqamətin doğru olduğunu göstərdi. Belə ciddi mərkəzlər adətən uzun illər ərzində formalaşır. Ancaq ilk 1 il göstərdi ki, belə bir mərkəzə və onun təhlillərinə ciddi ehtiyac var. Mərkəzin rəhbərliyinin innovasiyalara və elmi yanaşmalara üstünlük verməsi həm bizi sevindirir, həm də ekspertlər dünyasında onun təqdiqatlarına istinadı gücləndirir. Hazırkı tədqiqatlar cəmiyyətin sosial əhval ruhiyyəsini də ölçməkdə mötəbər mənbələrdən biridir. İnanıram ki, gələcəkdə də STM həm dövlətimizin, həm də cəmiyyətimizin inkişafında öz əlahiddə rolunu oynacayacaq, dövlət başçısı tərəfindən aparılan islahatların effektiv icra olunmasına öz təhlilləri ilə çalışacaq."