Məqalələr

Süni intellekt və BİG DATA COVID-19-koronavirus pandemiyası ilə mübarizədə

avatar
Tahirə Allahyarova
2020-06-19

professor,STM departament müdiri

Haşiyə:Bu gündən 19 iyun 2020-ci il tarixindən Operativ Qərargahın Mobil Tətbiqi istifadəyə verilib. “E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. Sözü gedən sistemin necə çalışması ilə bağlı təbii olaraq suallar yaranıb. 

Süni intellekt” (SI) (Artificial intelligence-(Aİ )dedikdə, kompüter proqramı, yəni, bir insan ağlının həll etdiyi problemləri həll edə bilən alqoritm  başa düşülür. Süni intellekt texnologiyalarının(AI-Artifical Intelligence) sosial təsirləri,əhəmiyyəti və nəticələri çoxşaxəli,mürəkkəb, mübahisəli və ziddiyyətllidir. Elmi-texniki və iformasiya inqilabının istənilən yeniliyi kimi, süniintellekt texnologiyalarının da tətbiqi geniş elmi,etik,fəlsəfi mübahisələrin mövzusudur.

 

Süni intellektin hazırda bəşər həyatının bütün sahələrinə nüfuzu,   müəyyən mənada ötən əsrdə  elektrik enerjisinin kəşfi ilə müqayisə edilir. Eyni zamanda, təsirinin ondan dəfələrlə dərin olacağı qeyd edilir. Sİ-cəmiyyət  həyatının bütün-siyasi,iqtisadi, hərbi, geosiyasi, hüquqi, sosial, mədəni, mənəvi və s.-sahələrinə nüfuz edir. Sİ yarışı geosiyasətdə mövcud olan ənənəvi “güc” anlayışının mahiyyətini dəyişir. Sİ dövrü-“zəiflərin yaxud da ağıllıların zamanı” kimi də adlanır. Bu  o deməkdir ki, “qlobal güc və ya kiçik dövlət”anlayışları artıq arxa plana geçir. Sİ texnologiyaları sahəsində kim güclüdürsə-o da “böyükdür”, artıq ənənəvi başa düşülən maddi anlamlı hərbi/iqtisadi güc dövrü tarixdə qalıb.  

 

 

 

2020-ci ilin martı: “şəxsiliyin və məxfiliyin” sonu

 

Pandemiyanın qlobal yayıldığı  2020-ci ilin mart ayında dünya mediasında: “şəxsiliyin və məxfiliyin” sonu kimi ifadələr yer aldı. Bir çox dövlətlərdə səlahiyyətli orqanlar sərhədləri   bağlamaq və karantin rejimi tətbiq etmək  tədbirləri ilə anaşı, həm də yoluxma hadisələrini aşkarlamaq önündə araşdırmalar aparırdılar.

 

Epidemiya tüğyan edən zaman  dövlətlərin üz tanıma sistemi   tibbi maskalar səbəbindən  işini demək olar ki, dayandırmalı oldu. Həmin vaxtdan bir neçə ay keçdiyi üçün,indi  “maskaları taxmaq və yoxsa taxmamaq” söhbətlərinin məğzi üzərində  daha ətraflı   düşünmək olar.

 

Mart ayında “The Washington Post” qəzeti, Facebook, Google və digər böyük İT şirkətlərinin istifadəçilərin lokalizasiya- yerləşdiyi məkan məlumatlarını istifadə etmək üçün ABŞ hakimiyyəti ilə danışıqlar apardıqlarını yazdı. Arqument bundan ibarət idi ki, “ABŞ səhiyyə orqanlarına SARS-CoV-2 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məlumatlar lazımdır”. Həmin vaxta qədər bənzər nəzarət sistemi Cənubi Koreya tərəfindən artıq tətbiq edilmişdi.

 

Total mobil nəzarət altında. Hansı dövlət nə etdi?

 

Dövlət üçün vətəndaşlar haqqında məlumat toplamağın əsas mənbəyi mobil operatorlar olaraq qalır. On milyonlarla abunəçi təxminən 5 dəqiqədən bir baza stansiyalarına siqnal göndərir. Bir şəhər xəritəsində geolokasiya məlumatlarını üst-üstə qoyulanda istifadəçinin səyahət marşrutları əldə edilə bilir. Bu vəziyyətdə yerləşmənin dəqiqliyi ilə bağlı xəta əmsalı sistemlərin özləri tərəfindən əlavə olunan 50-100 metrdir. Tanıma-yerini müəyyən etmə texnologiyası trilaterasiya adlanır. Ən yaxın üç əsas stansiya abunəçiyə qədər olan məsafəni mərkəzə ötürür və şəxsin yeri siqnalın gücü ilə hesablanır. Bu, fəzada başqa üç nöqtədən istifadə edərək bir nöqtənin koordinatlarını və ona olan məsafəni hesablama kimidir. Geolokasiya sxemi də analoji olaraq işləyir.

 

Mobil rabitənin istifadəçilər arasında  populyarlığını nəzərə alaraq, insanların hərəkəti haqqında məlumat toplamaq sadə bir iş kimi görünür. Lakin, məsələ  bəzən anonim SİM kartların isifadəsi, paylanması ilə çətinləşə bilər. Belə hallarda izləmə xidmətləri yeni üsula-məs:əlavə tətbiqlərə keçə, məsələn, nəzarət üçün mobil tətbiq etmə yarada bilər.

 

Misal üçün, İranda bu yaxınlarda analoji  "AC19" əlavə nəzarət  tətbiqi  geniş yayıldı və onun ilk vaxtlar guya istifadəçinin COVID-19 ilə yoluxduğunu müəyyən etməyə kömək etmək məqsədi ilə yaradılması açıqlanmışdı. Bununla bağlı olaraq,ölkənin Səhiyyə Nazirliyi adından  hər bir istifadəçilərə bu tətbiqin yüklənməsi üçün tövsiyə mesajı  gəldi. Əlavə tətbiqin izləmə məqsədi ilə yaradıldığını ilk olaraq  İranlı ictimai siyasi fəal  Nəriman Qərib o  açıqladı. Nəticədə,  İranın  informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromi tərəfindən 3 milyon istifadəçisi olan xəritəni təqdim etməyə məcbur oldu.

 

Mart ayında Rusiyanın baş naziri M. Mishustin, aidiyyətli orqanlara COVID-19 ilə xəstələrlə əlaqə quran vətəndaşların izləmə sisteminin yaradılmasını tapşırıb. Sistem müəyyən bir şəxsin geolokasiyası barədə mobil operatorların məlumatları əsasında işləyəcək. Xidmət sisteminə COVİD-19-a yoluxmuş vətəndaşlarla təmas faktları barədə mesaj göndərmək daxildir. Abonentlərə özünü təcrid etməyin zəruriliyi barədə xəbərdarlıq ediləcək və regional əməliyyat qərargahlarının əlaqə vasitələri göndəriləcəkdir.

 

Rusiyanın ümumi nəzarət tətbiq etmək üçün texniki imkanları olması fikri ilə  ekspertlər razılaşırlar. Rusiyada "Yandex.Map” intellektual sistemini yükləməklə, supermarketdə neçə nəfərin sırada durduğunu öyrənmək mümkündür: bu sosial məsafənin qorunmasına kömək edir. Səhiyyə sisteminin xəstələrin müalicəsinə hazırlığının qiymətləndirilməsi: fərdi qoruyucu vasitələrin olması, reanimasiya şöbələrində kifayət qədər çarpayı, mexaniki havalandırma və digər zəruri mənbələr (SAS və klinikaların birgə layihələri İtaliya, Almaniya və ABŞ-da aparılır).  Bundan əlavə, Computer Vision, potensial xəstə ilə əlaqə quran bütün şəxslərin əhatəsini ortaya qoyur ki, icra orqanları onları nəzarət altına alsın və tibb işçilərini onlara göndərsin.

 

Rusiyada “Social Data Hub” və “Fubutech”, БАРС Груп”, “Cross Technologies”, “Bell Integrator”,rentgen,diaqnostika və yayılmanın proqnozlaşdırılması məsələləri ilə bağlı analitika ilə məşğuldur.

 

Sadalananlarla yanaşı, ekspertlərin fikrincə, Çin və Cənubi Koreya səviyyəsinə çatmaq asan olmayacaq. Bunun bir neçə səbəbi var. Çin və Cənubi Koreyada vətəndaşların dövlətə etimadları var. Çin hakimiyyəti nəzarət təşkil edir və vətəndaşlar buna razıdırlar. Qərb dövlətlərində neoliberal qanunlar və s. fövqəladə hallarla bağlı məqamlar hələlik nəzərə alınmayıb.Yeni reallıq formalaşıb.

 

Burada çətinlik dövlətlə vətəndaş arasında etimadın olmamasındadır. Epidemiya əsnasında yaşanan böhran, müşahidə və  izlənmənin qaçılmaz və haqlı olduğu qlobal həyatın yeni sahələrindən biridir.

 

“Frankfurter Allgemeine” qəzetinin yazdığına görə, Almaniyada da, martın 21-də pandemiya səbəbiylə mobil telefon məlumatlarının izlənməsinin Almaniyada qanuniləşdiriləcəyi qərara alınıb.

 

Xəstəliyin yayılma dərəcəsi şirkətlərə təsəvvürəgəlməzə dərəcədə nəhəng məlumat toplamağa imkan verir. Ağıllı (smart) analitiklər effektiv   bu məlumatların emal etməklə ən düzgün reytinqlər/indekslər hazırlamağa qadirdir.

 

“Deep Knowledge Group”-“Dərin Bilik Qrupu” Analitik Beyin Mərkəzi  COVİD-19-la mübarizədə təhlükəsizliyin təmini üzrə 200 dövlətin fəaliyyətini qiymətləndirib.

 

Deep Knowledge Group (DNG) –“Dərin Bilik Qrupu” Analitik Beyin Mərkəzi  dünyada İdarə heyətinin (Direktorlar Şurasının) 6 üzvündən biri Süni İntellekt olan, bütün qərarların qəbulunda bərabər hüquqla iştirak edən ilk şirkətdir.Şirkətin qeydiyyatı və fəaliyyəti HonKongda, mərkəzi qərargahı Londonda yerləşir.

 

Deep Knowledge Analytics  tərəfindən yaradılan Platforma, DeepTech analitik qrupunun son bir neçə ildə hazırladığı- mürəkkəb İT-həllərdən və İnteraktiv MindMap və Məlumat Görüntüləmə (Data Visualization)imkanlarından istifadə etməklə nəhəng məlumatları təhlil edir.

 

 

Epidemioloji vəziyyətə nəzarət texnologiyaları  çoxdur. Məc. "Kompüter görmə texnologiyası" (Computer Vision) nəzarət kameralarından məlumatları emal etməyə kömək edir və üz tanıma (face recognition) istifadə edərək karantin və ya təcrid qaydalarını pozan şəxsləri tapma müəyyən edə bilir.

 

Səhiyyə/ əczaçılıqdan əlavə, hər bir dövlətin həyat təminatının taleyini həll edən strateji obyektlərin cəmi-kritik infrastruktur sistemi adlanır.Buraya enerji,/işıq, su,qaz,ictimai nəqliyyat, metropoliten, qida,   logistika və s.sahələr aiddir. Azərbaycanda bu sahədə müvafiq qurumun təcili olarq yaradılmasının vacibliyi tədqiqatçılar tərəfindən araşdırılıb təklif edilmişdir.

 

Süni intellekt və böyük məlumatlar hazırda karantin, dərman araşdırmalarına uyğunluğunu yoxlamaq üçün istifadə olunur. Bunlar rəqəmsal texnologiyaların fövqəladə hallarla mübarizə üçün istifadə edilə bilən yollarından yalnız bəziləridir. Asiya bölgəsində yayılmanı ehtiva edən və idarə edən müasir texnologiyaların istifadəsinə dair bir çox nümunə var.

 

 

Çin və Tayvanda ağıllı kameraların istifadəsi, maska taxmayan insanları müəyyənləşdirməklə yanaşı, mümkün infeksiya hallarını müəyyənləşdirmək üçün real vaxt rejimində insanların bədən temperaturunu ölçməyə, müayinə aparmağa imkan verdi. Süni intellekt texnologiyası şirkəti "SenseTime", Pekin, Şanxay və Shenzhendəki metro stansiyalarında, məktəblərdə və icma mərkəzlərində təmas olmadan bədən temperaturunun  müəyyən etməyə imkAn verən süni intellekt proqramının quraşdırıldığını açıqlayıb. Öz növbəsində, pərakəndə satış nəhəngi Alibaba, yeni bir süni intellektə əsaslanan koronavirus diaqnostika sistemini təklif edib. Sistem koronavirusa yeni yoluxma hallarını 96% dəqiqliklə müəyyənləşdirə bilir. Bu məqsədlər üçün insan bədəninin bütün parametrlərini qeyd edən və sürətli məlumat analizini aparan kompüter tomoqraflardan istifadə olunur.

 

BİG DATA- XXI əsrin “Böyük Tibb Bacısı”  kimi

 

Qlobal pandemiya zamanı BİG DATA-böyük məlumatların toplanması və işlənməsi, təhlili üçün yeni metodologiya və texnologiyaların işlənməsini tələb edir. Xüsusilə, alimlər bu gün aktual olan böyük məlumat analizinin dörd əsas növünü və ya metodologiyasını ayırd edirlər:

 

1. Təsviri-deskriptiv təhlil- “Nə baş verib?” sualına cavab verir. Bunlar mövcud və keçmiş vəziyyəti, biznes proseslərini və ya biznes layihələrini, qrafik olaraq təqdim olunan fəaliyyət göstəricilərini təsvir etmək üçün istifadə olunan metodologiya və texnologiyalardır;

 

2. Proqnoz təhlili- “Nə baş verə bilər?” sualına cavab verir. Bunlar gələcəkdə nə olacağını anlamağa kömək edən məlumat analizi vasitələridir. Bunun üçün riyazi metodlar, məsələn, reqression və proqnoz modelləri istifadə olunur;

 

3. Preskriptiv (prescriptive analysis)- “Nə etməli?”sualına cavab verən,effektiv strateji və əməliyyat qərarlarını təyin etmək üçün istifadə olunur;

 

4. Avtomatik-diaqnostik analiz- “Nə üçün bu baş verib?” sualına cavab verir. Arzu olunan əməliyyaları avtomatik rejimdə və analiz nəticələrinə uyğun olaraq yerinə yetirməyə imkan verən vasitələrdən istifadə edir. Məsələn,Alibaba, digər bir çox tətbiqlərlə  yanaşı, Çin səhiyyə sisteminin böyük məlumatlarından istifadə edərək vətəndaşların hansının ictimai yerlərə gedə biləcəyini və kimin təcriddə qalmasının lazım olduğunu göstərən Alipay Səhiyyə Kod (Alipay Health Code) tətbiqetməsini hazırlayıb.

 

PAYLAŞ

Oxşarlar

Koronavirus pandemiyası dövründə  müxalifət-iqtidar münasibətləri

Koronavirus pandemiyası dövründə müxalifət-iqtidar münasibətləri

14 İyul 2020

Koronavirus pandemiyası dövründə  müxalifət-iqtidar münasibətlərində müşahidə edilən 2 istiqaməti fərqləndirmək olar. Bunlardan… ƏTRAFLI

Sınma, gül! - ESSE

Sınma, gül! - ESSE

11 İyul 2020

Yunan əsatirlərində və fəlsəfəyəqədərki dövrdə olan bütün irrasional dünyagörüş formalarında qələbə qazanan və gülən … ƏTRAFLI

Sosial şəbəkələrin yeni statusu: Hüquqi tənzimləmə sosial sifariş kimi

Sosial şəbəkələrin yeni statusu: Hüquqi tənzimləmə sosial sifariş kimi

09 İyul 2020

  Sosial şəbəkələrin (ən geniş yayılanı Facebookdur) dünyaya virtual çıxış və ifadə azadlığı üçün hüdudsuz imkan… ƏTRAFLI