Yuxarıya
skip to main content

TƏDQİQATIN ETİK KODEKSİ


Elmi etika qaydaları tədqiqata cəlb edilmiş insanların, eləcə də araşdırma aparanların hüquq və maraqlarının müdafiəsini təmin edir. Başqa sözlə, etika kodeksi tədqiqat işinin qanuni, təhlükəsiz və əxlaqi dəyərlərə uyğun formada aparılmasını təmin edən qanun və dəyərlər toplusudur. Sosial Tədqiqatlar Mərkəzi tədqiqat zamanı aşağıdakı etik prinsipləri mütləq nəzərə alır:

● Tədqiqatçının özünə və iştirakçılara dəyə biləcək zərərin qarşısının alınması, tədqiqat zamanı meydana gələ biləcək risklərin idarə edilməsi;

● Respondentə tədqiqat barədə ətraflı informasiyanın verilməsi və qarşılıqlı razılıq;

● Tədqiqat subyektinin şəxsi həyatına müdaxilə edilməməsi;

● Respondentin kimliyinin məxfi saxlanılması və hesabatda heç bir respondentin adının əksini tapmaması;

● Respondentin istəyi əsasında sorğunun dərhal dayandırılması


Sosial Tədqiqatlar Mərkəzi