Yuxarıya
skip to main content

KİTABLAR

Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz. I cild

İndiki Ermənistan Respublikası ərazisində, tarixi Azərbaycan torpaqlarında dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş abidələr haqqında fundamental elmi-tədqiqatın nəticəsi olan bu kitab bölgədəki azərbaycanlı izlərini daha aydın göstərməyə imkan verir. Kitabda müvafiq başlıqlı cədvəllərdə Qərbi Azərbaycan torpaqlarında müxtəlif dövrlərdə və 1988-ci ildə – azərbaycanlıların sonuncu deportasiyasından sonra, bu ərazidə qalan, haqqında az məlumat olan 244 sayda abidənin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat – abidənin təsviri, ölçüləri haqqında informasiyalar öz əksini tapır. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.