Yuxarıya
skip to main content

FOKUS QRUP


 

  • Fokus qrup müəyyən olunan mövzuda qrup müzakirəsi vasitəsilə məlumatların toplanması üçün araşdırma texnikasıdır.
  • Fokus qrup keyfiyyət araşdırma metodu olaraq kiçik sayda diqqətlə seçilmiş insanların ortaq təcrübələrinə əsaslanaraq, hər hansı mövzunun müzakirəsini özündə ehtiva edir. 
  • Fokus qruplar tipik olaraq üz-üzə mühitdə 5-10 nəfərlə təşkil olunur.
  • Fokus qrup bütün insanlara rahatlıqla fikirlərini bölüşməyə imkan yaradacaq qədər kiçik, qarşılıqlı qrup əlaqəsini və təcrübə fərqliliklərini təmin edəcək qədər böyük olmalıdır. Böyük qruplar müzakirələrə mane ola, çox kiçik qruplar isə fikir qıtlığına səbəb ola bilər. 
  • Fokus qrup bizləri dərin keyfiyyət məlumatları ilə təmin edir və müzakirə bizim nə baş verdiyini anlamağımıza fokuslanır. 

Texnoloji inkişaf onlayn fokus qrupların coğrafi məsafədan asılı olmayaraq aparılmasına imkan yaradır.


Sosial Tədqiqatlar Mərkəzi