Məqalələr

Heç nə əvvəlki kimi olmadı

avatar
Tural İsmayılov
2020-06-12

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi şərhçi və araşdırmalar müəllifidir.

Qlobal pandemiyalar təkcə baş verdiyi anlarda deyil, bütün sonrakı dövrlərdə də hərəki dəyişiliklərə rəvac verir. Tanınmış sosioloq Paderson deyirdi ki, dünya əhalisi fəlakətlərin dərslərini çox tez unudur. Bəlkə də bu səbədəndir ki, elmi-sənaye inqilabı ilə təbiətin zərərlər görməsi davam etdi. Qlobal istilik və soyuqluq, ekoloji fəlakətlər də insanın öz “əməyi”nin nəticəsidir.

“Washington Post” qəzetinin yazarı İşaan Tharoor  koronavirusun dünyaya təsir etdiyi günlərdə dünya tarixindəki ən böyük epidemiyalar haqqında təəccüblü bir məqalə yazdı. "Epidemiyalar dünyanı necə dəyişdi?" sərlövhəsi altında dərc olunan məqalədə hər kəsi düşündürən suallara ritorik cavab axtarışları əks olunmuşdu.

 

Koronavirusla bağlı narahatedici məqamlardan biri də bu sirrdir: tibb mütəxəssisləri, hökumətlər və siyasətçilər hamısı eyni suallara diqqət yetirirlər; Koronavirus nə qədər yayılacaq? Nə qədər çəkəcək? Neçə adamı öldürəcək?

 

 

Ancaq mövcud vəziyyət əvvəllər rastlaşmadığımız yeni bir şey deyil. Yale Universitetindən tibb professoru Frank Snoudenə görə dünyada epidemiyaların təsir etmədiyi yaşayış sahəsi yoxdur. Snoudenə görə, epidemiya xəstəlikləri həmişə ictimai və siyasi sabitliyə böyük təsir göstərib.

 

Əslində bəzi müharibələrin nəticələrini və səbəblərini dünya tarixindəki epidemiya xəstəlikləri ilə əlaqələndirmək mümkündür. Həqiqətən də dünya tarixində yaranan epidemiyalar bəşər tarixini formalaşdıran qorxulu bir mövzudur. Dünya ardıcıl olaraq yaşanan apokaliptik ölüm və sosial çöküşlərin zəncirlərini yaşayıb.

 

Roma İmperiyası ərazisində yayılmış bir epidemiya, təxminən 30-50 milyon insanın ölümünə səbəb oldu. Bu, bəlkə də o dövrdə dünya əhalisinin yarısına uyğun gəlirdi. Qədim mənbələrə görə, bu epidemiyadan sonra  görünən mənzərə çox acınacaqlı idi. Təxminən 400 il Roma İmperiyasına təsir edən bu epidemiya dalğası imperiyanın dağılmasına güclü təsir etdi.

 

 

14-cü əsrdə Şimali Afrika, Asiya və Avropaya təsir edən “Qara Ölüm” epidemiyası o dövrdə Avropanın təxminən 30-60 % əhalisinə yayıldı və üç qitədə 200 milyon insanın ölümünə səbəb oldu. Roma İmperiyasında olduğu kimi, bu pandemiyanın təsiri olduqca uzunmüddətli və dağıdıcı idi. Şəhərlər dağıdıldı, müharibələr dayandırıldı və torpaqlara girən elitalar işçi qüvvələrinin sarsılması nəticəsində cəmiyyət tərəfindən sıradan çıxarıldı.

 

Bəlkə də o dövrdəki “Qara Ölüm” epidemiyasının bu gün yaşadığımız dünyaya ən əhəmiyyətli təsiri ingilis dilinin bu gün dünyada universal bir dil olmasına şərait yaratmasıdır.

 

“Bloomsbury International”-da dərc olunan məqaləyə görə, “Qara Ölüm” epidemiyası Avropaya yoluxmazdan bir müddət əvvəl Britaniya torpaqları normandlar tərəfindən işğal edildi. Kilsə və dini siniflər latın dilindən istifadə edərkən, ingilis dili yalnız torpaqları işğal edildikdən sonra yoxsul qalmış ingilis kəndliləri arasında danışılırdı.

 

“Qara Ölüm” epidemiyası Avropa ərazisinə girərkən İngiltərə də bu epidemiyadan daha çox təsirləndi. İngiltərəni vuran epidemiya latın dilli din qrupları ilə yanaşı, əsasən fransızdilli aristokrat sinifdən təxminən bir milyon insanın ölümünə səbəb oldu. Əkinçiliklə məşğul olan və sağlam bir həyat sürərək xəstəliyə qarşı toxunulmazlığı inkişaf etdirən ingilis kəndliləri epidemiyadan əziyyət çəkmirdilər və varlıqlarını qorudular.

 

Bu, ingilisdilli kəndlilərin ölkənin hökmranlığını ələ keçirməsinə və dolayı yolla ingilis dilinin Britaniya ərazilərində bir daha rəsmi dil olmasına səbəb oldu.

 

16-cı əsrdə Amerika qitəsində davam edən Avropa kolonizasiyası qitədə yaşayan çox sayda yerli insanı öldürdü və ya dolayı ölümlə nəticələndi. Bu qırğınların əsas səbəbi, müstəmləkə yerlərindəki yerli xalqların o dövrdə epidemik xəstəliklərin baş verməsinə qarşı heç bir toxunulmazlıq inkişaf etdirə bilməmələri və xəstəliklərin yayılmasını sürətləndirməsi idi. Keçən il London Universiteti Kollecində alimlər tərəfindən edilən bir araşdırmaya görə, 16-cı əsrdə Avropalılar tərəfindən 56 milyon amerikalı yerli əhalinin öldürülməsi Sənaye İnqilabından əvvəl "qlobal soyutma" yaratdı və qlobal sistemə təsiri bu gün də davam edir.

 

Epidemik xəstəliklərə qarşı mübarizədə ən vacib sağlamlıq tədbirlərindən biri olan və yoluxucu bir xəstəliyin yayıldığı ölkədən gələn insanları, gəmiləri, malları və heyvanları müvəqqəti olaraq izləmək və saxlamaqla həyata keçirilən 'karantin' tətbiqinin mənşəyi 17-ci əsrdə İtaliyanın şimalına yayılıb.

 

17-ci əsrdə Venesiya administrasiyasının nəzarətində olan Ragusa liman şəhərindəki (indi Dubrovnik adlanır) səlahiyyətlilər, "trentino" adlı təcrid qanunu hazırlayır və bu, 30 gün davam edir və vəbadan təsirlənmiş bölgələrdən gələn gəmilər üçün 30 gün təcrid həyata keçirilir. 17-ci əsrdən bəri müxtəlif dəyişikliklərə məruz qalan bu söz kökü bu gün istifadə etdiyimiz "karantin" sözünə çevrilir.

 

20-ci əsrdə, dünyada təxminən 50 milyon insanın ölümünə səbəb olan və ABŞ-da orta ömrün 12 il azaldığı 1918-ci ildəki influensiya isə dünya tarixinə şiddətli damğa vurdu.

 

“Nyu Yorker”ə danışan Frank Snouden vəziyyəti çox yaxşı ümumiləşdirir: 'Epidemik xəstəliklər insanları güzgülə göstərməklə həqiqətən kim olduğumuzu xatırladır. Beləliklə, onlar ölüm və həyatla əlaqəmizdə mövcuddur. Epidemiyalar insanlar kimi bir-birimizlə olan mənəvi münasibətlərimizi göstərir. Bu gün daha yaxşı görürük. '

 

Dünya həqiqətən koronavirusun yayılması zamanı Şərqi Asiya mənşəli insanlara yönəlmiş saysız-hesabsız zəhlətökən ksenofobiyanın şahidi oldu. 

 

Harvard Universitetindən elm tarixçisi Hannah Markus “New York Times” qəzetinə xatırladır: "Tarixən marjinal insanların təqiblərinə səbəb olan epidemiya xəstəliklərindən ehtiyatlı olmalıyıq."

 

Koronavirus pandemiyasından sonra dünya hansı yeni formaisyalar doğuracaq?... Suallar çox, cavablar isə gələcəkdədir!

 

PAYLAŞ

Oxşarlar

Koronavirus pandemiyası dövründə  müxalifət-iqtidar münasibətləri

Koronavirus pandemiyası dövründə müxalifət-iqtidar münasibətləri

14 İyul 2020

Koronavirus pandemiyası dövründə  müxalifət-iqtidar münasibətlərində müşahidə edilən 2 istiqaməti fərqləndirmək olar. Bunlardan… ƏTRAFLI

Sınma, gül! - ESSE

Sınma, gül! - ESSE

11 İyul 2020

Yunan əsatirlərində və fəlsəfəyəqədərki dövrdə olan bütün irrasional dünyagörüş formalarında qələbə qazanan və gülən … ƏTRAFLI

Sosial şəbəkələrin yeni statusu: Hüquqi tənzimləmə sosial sifariş kimi

Sosial şəbəkələrin yeni statusu: Hüquqi tənzimləmə sosial sifariş kimi

09 İyul 2020

  Sosial şəbəkələrin (ən geniş yayılanı Facebookdur) dünyaya virtual çıxış və ifadə azadlığı üçün hüdudsuz imkan… ƏTRAFLI