Məqalələr

Dünyanın təhlükəsiz şəhərləri indeksi - 60 şəhər üzrə təhlil

avatar
İnqilab Şahbazov
2019-10-16

İngiltərənin Şeffild Universitetində sosiologiya ixtisası üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi ixtisası üzrə magistr təhsili almışdır. Tədqiqat sahələri ədliyyə sistemi, hüquq-mühafizə və sosial problemlərdir. ''Sosioloji nəzəriyyələr'', ''Tədqiqat metodları'' kitablarının və çoxsaylı məqalələrin müəllifidir.

Hazırda dünya əhalisinin 56%-i şəhər tipli yaşayış məntəqələrində məskunlaşsa da, bu rəqəmin 2050-ci ildə 68%-ə çatacağı proqnozlaşdırılır. Şəhər əhalisinin təhlükəsizlik hissinin ölçülməsi məqsədilə sosioloqlar, iqtisadçılar və digər sahələrin ekspertləri müxtəlif vasitələrdən istifadə edirlər ki, bunlardan biri də "Safe Cities" indeksidir. Bu indeksdə təhlükəsizlik konsepti geniş qəbul edilərək 4 komponent əhatə edilir - kiber, səhiyyə, infrastruktur və şəxsi təhlükəsizlik.

Nüfuzlu "The Economist" jurnalında 2019-cu il üzrə dərc edilən hesabata görə, siyahıda ilk 3 yer Tokyo, Sinqapur və Sidney şəhərlərinə məxsusdur. Bakı şəhəri isə 60 şəhər içində 49-cu mövqedədir. Bakı şəhərinin 4 komponent üzrə göstəricisi aşağıdakı diaqramda əks edilib. Şəhərimizin ən yaxşı göstəricisi səhiyyə, ən aşağı göstəricisi isə infrastruktur təhlükəsizliyindədir.

 

Hesabatın müəllifləri bir sıra korelyasiyaları diqqətə çatdırıblar. Yüksək mövqedə qərarlaşan şəhərlərin ortaq cəhətləri bunlardan ibarətdir - keyfiyyətli səhiyyə xidmətlərinə rahat çıxış, kibercinayətlərə qarşı mübarizə strategiyası, innovativ və icma-əsaslı polis nəzarəti sistemi və təbii fəlakətlərə operativ reaksiya planlaması.

 

Siyahıda ön yerləri tutan şəhərlərdəki gəlir səviyyəsi daha aşağıda qərarlaşan şəhərlərin əhalisinin gəlirlərindən daha yüksəkdir. Son olaraq isə, vətəndaşın şəxsi təhlükəsizliyi ilə səhiyyə təhlükəsizliyi arasında düz mütənasiblik var.

 

Əlavə edək ki, müvafiq hesabatlarda mövqelərin yaxşılaşması üçün hər bir paytaxt idarəediciləri böyük səylər göstərirlər. O üzdən 100 illər ərzində dəyişən paytaxtımıızn son müstəqillik dövrü, eləcə də axırıncı 10 ili planlı və zövqlü bir şəkildə dəyişməsini özündə ehtiva edir. Bakıya gələn yüksək səviyyəli qonaqlar da, turistlər və işgüzar bağlarla ölkəmizə təşrif buyuranlar da bu faktı xüsusi olaarq qeyd edirlər. O üzdən beynəlxalq ekspertlərlə aparılan işlər nəticəsində paytaxtımıızn indeksinin ədalətli bir şəkildə  yeniləcəyinə dərin inam bəsləyirik.


 

Mənbə

The Economist (2019) Safe Cities Index.

https://safecities.economist.com/wp-content/uploads/2019/08/Aug-5-ENG-NEC-Safe-Cities-2019-270x210-19-screen.pdf

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI