Məqalələr

Azərbaycanda fəaliyyət göstərən tədqiqat mərkəzləri

avatar
Vüsalə Rüstəmova
2019-09-24

Bakı Dövlət Universitetini bitirib. 2003-cü ildən jurnalist kimi bir sıra mətbuat orqanlarında çalışıb. Hazırda tədqiqatçı kimi fəaliyyət göstərir.

XXI əsrdə müasir texnologiyaların inkişafı informasiya mübadiləsini sürətləndirib. Böyük verilənlərin (Big data) axınını izləmək və bununla cəmiyyətin davranışlarını, dünyada gedən siyasi gəlişmələri təhlil etmək tədqiqat və “beyin mərkəzləri”inin üzərinə böyük məsuliyyət yükləyib. Sivil dövlətlərdə elmi-tədqiqat, “beyin mərkəzləri” siyasi, sosial və iqtisadi islahatların əsas katalizatoru hesab edilir. Dövlət siyasətinin müəyyənləşməsində, vətəndaşların maarifləndirilməsində onların rolu xüsusi önəm daşıyır.

 
Azərbaycanda sovet dönəmində elmi-tədqiqat mərkəzləri daha çox Azərbaycan SSR Elmlər Akademiyası səviyyəsində fəaliyyət göstərirdi. Müstəqillikdən sonra tədqiqat və təhlil xarakterli araşdırmalar aparan dövlətyönlü strukturlarla yanaşı, müstəqil mərkəzlər də meydana çıxmağa başladı. Hətta onların bir neçəsi ABŞ-ın Pensilvaniya Universitetinin hər il tərtib etdiyi “Beyin Mərkəzləri” indekslərində (Think Thank İndex) öz yerini tutur. 2018-ci il indeksində dünyanın 8248 “beyin mərkəzi” arasında Azərbaycandan İqtisadi və Sosial İnkişaf Mərkəzi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (2019-cu ildə bu təşkilat ləğv edilib), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İctimai Maliyyə Monitorinq Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və dövlət və qeyri-hökumət təşkilatlarının adı daxil edilib.
 
Azərbaycanda elmi-analitik, tədqiqat mərkəzlərini 3 kateqoriya üzrə təsnifatlaşdırmaq olar:
 
1. Dövlət qurumlarının nəzdində fəaliyyət göstərən və dövlətə bağlı olan mərkəzlər;
2. Elm və təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri;
3. Sosial tədqiqatlarla məşğul olan qeyri-hökumət təşkilatlar.
 
 
1. Dövlət qurumlarının nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri.
 
Bu tədqiqat mərkəzləri müxtəlif dövlət strukturları yanında yaradılıb və təmsil etdikləri qurumun siyasətinin qurulmasında başlıca rol oynayırlar.
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi- Tədqiqat İnstitutu (www.ier.az )
 
1964-cü ildə yaradılan təşkilat o zaman Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu olaraq fəaliyyət göstərirdi. 2006-cı ildə Prezidentin fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutunun bazasında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu yaradılıb. İnstitutun əsas məqsədi (https://repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1017&context=think_tanks) makroiqtisadi sabitliyin qorunması və tənzimlənməsinin həyata keçirilməsi, regionların və sahibkarlığın inkişafı, qeyri-neft sektorunun, əsas etibar ilə onun ixrac potensialının araşdırılması və təhlil edilməsidir.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində 2 tədqiqat mərkəzi var:
- Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi
- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC ( http://www.mntm.az/az/)
 
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əsas istiqaməti qabaqcıl informasiya texnologiyalarını Azərbaycana gətirmək, ölkədə elm tutumlu sənayenin inkişafına xidmət etməkdir.
“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin isə əsas fəaliyyət istiqamətləri nüvə elmləri və nüvə texnologiyaları sahəsində elmi tədqiqatların genişləndirilməsi, nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasıdır.
 
Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. ( http://gencalim.az/Mərkəz gənclərin problemləri ilə bağlı elmi araşdırmalar aparır, onların ictimai-siyasi proseslərdə iştirakçılığını təmin edir.
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsil İnstitutu.
İnstitut məktəbəqədər tədris müəssisələrindən ali məktəbələrə qədər tədris prosesində olan problemləri araşdırır, ölkənin təhsil siyasətini müəyyənləşdirir.
 
Səhiyyə Nazirliyinin strukturunda müxtəlif elmi-tədqiqat institutları və mərkəzləri fəaliyyət göstərir.
 
Bunların arasında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (www.isim.az) ölkənin ümumi səhiyyə, sağlamlıq sahəsində mövcud olan dataları toplayır, onları təhlil edir, müxtəlif istiqamətlərdə sorğular həyata keçirir.
Bundan əlavə, SN-nin balansında 13 elmi-tədqiqat institutları və mərkəzləri fəaliyyət göstərir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də nəzdində elmi tədqiqat institutları mövcuddur:
- Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu
- Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM)
(http://www.agro.gov.az) və Aqrar Elm və İnnovasiyalar Mərkəzi (www.aem.az) fəaliyyət göstərir.
 
- ATM 22 may 2018-ci il tarixli Prezident sərəncamı ilə yaradılıb. Mərkəzin yaradılmasında məqsəd kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq  təhlükəsizliyini,  iqtisadi inkişafı,  təbii  ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləməkdir
 
- 1999-cu ildə yaradılan Aqrar Elm və İnnovasiyalar Mərkəzinin əsas misyası isə elmi nəticələrin istehsalatda tətbiqini genişləndirməkdir.
 
Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi.
 
Tədqiqat və İnkişaf Mərkəzi (TİM) 2016-cı ildən fəaliyyət göstərir. TİM-in əsas məqsədi biznesin inkişaf etdirilməsi ilə bağlı tədqiqatlar aparıb hesabatlar hazırlamaq; beynəlxalq  mütəxəssislər, tədqiqat mərkəzləri və elmi inistitutlarla ortaq əlaqələr yaratmaq; təlimlər, seminarlar və forumlar təşkil edərək insanların analitik bacarıqlarını inkişaf etdirməkdir.
 
 Prezident yanında Strateji Araşdırmalar Mərkəzi 2007-ci ildə yaradılan ən önəmli “beyin mərkəzləri”ndən biri olub.
 
SAM 2019-cu ilin yanvarın 14-də dövlət başçısının Fərmanı ilə ləğv edilib. Prezidentin 6 və 8 fevral tarixli fərmanları ilə SAM-ın texniki bazasının nəzdində iki publik şəxs - Sosial Tədqiqatlar Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb.
 
Sosial Tədqiqatlar Mərkəzinin əsas funksiyası ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyinin artırılmasıdır.
 
Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi isə xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmaq, dünyada baş verən prosesləri təhlil etməkdir.
 
2016-cı il mayın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etməkdir. 
 
2. Elm və təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri arasında Azərbaycan Milli Elmlər Akademiyasının adını qeyd etmək olar.
 
Hazırda AMEA-nin tabeliyində elmi-tədqiqat institutları ilə yanaşı, 2018-ci ildən Strateji Elmi Tədqiqatlar Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi və fəaliyyət istiqaməti Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin hazırlanması, AMEA-nın aidiyyəti elmi müəssisə və təşkilatlarının mütəxəssislərinin, eyni zamanda yerli və əcnəbi mütəxəssislərin layihələrə cəlb edilməsi, bu sahədə elmi-tədqiqat, texnoloji, layihə-konstruktor, texniki istehsal hazırlığı, sınaq laboratoriyalarını özündə birləşdirən sistemin yaradılması, sınaqdan keçirilmiş hərbi, müdafiə və mülki xarakterli strateji əhəmiyyət kəsb edən avadanlıq və cihazların qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxili və dünya bazarlarında realizə edilməsindən ibarətdir.
 
Ali təhsil müəssisələrinin tərkibində olan “beyin mərkəzləri”:
 
Bakı Dövlət Universitetinin nəzdində 1957-ci ildə Elmi-Tədqiqat Hissəsi yaradılıb. (http://eth.bsu.edu.az/az/)
 
Azərbaycan Dövlət Dəniz Akademiyasının sturkturunda elmi-tədqiqat qrupu fəaliyyət göstərir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu (TODAİE) ilə birgə “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi” yaradılıb. Mərkəzin təşkil olunmasında əsas məqsədlərdən biri də dövlət idarəçiliyi sahəsində elmi araşdırmalar aparmaq, dövlət qulluqçularına və bələdiyyə nümayəndələrinə dünyada və ölkəmizdə dövlət idarəçiliyi sahəsindəki yenilikləri çatdırmaqdan ibarətdir.
 
Azərbaycan Texniki Universitetində (AzTU) 2019-ci ildən etibarən “Elm və innovasiyalar” departamenti fəaliyyət göstərməyə başlayıb. Bu departament AzTU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərini təhlil edəcək, elmi potensialın statistikasını aparacaq, hər il görülmüş elmi işlərin nəticələrinə dair hesabat tərtib edəcəkdir.
 
Azərbaycan Tibb Universiteti (ATU) hazırda ən iri elm və tibb ocağıdır. ATU-nun 4 elmi-tədqiqat klinikası var. Onkoloji Klinika, Tədris Terapevtik Klinikası, Stomatoloji Klinikası, Tədris Cərrahiyə Klinikası.
 
Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində 2009-cu ildən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
İnstitutun yaradılmasının əsas məqsədi iqtisadiyyatın aktual məsələlərini, informasiya texnologiyalarının inkişafı və innovasiyalı iqtisadiyyatın formalaşdırılması problemlərini tədqiq etməkdir.
 
Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamenti.
2017-ci ildə fəaliyyətə başlayan departamentdə 5 şöbə yaradılıb. Həmin şöbələrdən biri də Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsidir.
 
Qərb Universitetinin nəzdində bir sıra elmi-araşdırma mərkəzləri var. Bu sıraya Gender Araşdırmaları Mərkəzi; Davamlı İnsan İnkişafı İnstitutu; Tətbiqi Politologiya Mərkəzi; Multikulturalizm Mərkəzi; Tədqiqat-Koordinasiya Mərkəzi; Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu daxildir.
 
Azərbaycanda ilk dəfə ADA Universitetində “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb. BP və tərəfdaşlarının dəstəyi ilə mərkəz 2016-cı ildə yaradılıb.
 
3. Araşdırmalarla məşğul olan qeyri-hökumət təşkilatlarının siyahısı.
 
Qeyd edək ki, ölkəmizdə qeydiyyatdan keçmiş 4 minə yaxın QHT olsa da, onlardan çox az bir qismi “beyin mərkəzi” kimi fəaliyyət göstərir.
 
 
Fərhad Məmmədov və Tahirə Allahyarovanın “Azərbaycanda araşdırma və beyin mərkəzləri” kitabında təqribən 41 belə qeyri-hökumət təşkilatının adı göstərilir. Həmin siyahı QHT-lərə tədqiqat işləri ilə bağlı hazırlanan sorğu anketləri əsasında hazırlanıb.
 
Hazırda Azərbaycanda tədqiqat aparan QHT-lər aşağıdakılardır:
 
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
 
Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi
 
Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi
 
Azərbaycan Milli Kulinariyasının Araşdırılması
 
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
 
“Dinc Dünya” Araşdırma Mərkəzi
 
“Gender və İnsan Hüququ” Araşdırma Birliyi
 
“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi
 
“İnkişaf” Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyi
 
“İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyi
 
“İntellekt” Araşdırmalar Mərkəzi İctimai Birliyi
 
“Konstitusiya” Araşdırmalar Fondu
 
(Fərhad Məmmədov və Tahirə Allahyarova, “Azərbaycanda araşdırma və beyin mərkəzləri” Bakı. 2013. http://elibrary.bsu.az/books_460/N_71.pdf )
 
Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyi
 
“Qlobalistika və Sivilizologiya” Elmi Araşdırmalar İctimai Birliyi
 
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası
 
●"Sivilizasiya" Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi
 
Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi
 
Sosial İslahatlar və Araşdırmalar İctimai Birliyi
 
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi
 
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi
 
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyi
 
Elmi Araşdırmalar İctimai Birliyi
 
Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi
 
Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi
 
“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi
 
Qlobal İqtisadi Araşdırmalar Mərkəzi
 
İnformasiya Problemlərinin Araşdırma Mərkəzi
 
“Kamal” Gənclərin Elmi-Texniki Araşdırmalar İctimai Birliyi
 
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 
 
Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu
 
Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi
 
Avro-Atlantik Məkana İnteqrasiya üzrə Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi
 
Azərbaycan Milli Araşdırmalar Assosiasiyası
 
“Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti
 
“İnkişafa Baxış” Araşdırmalar Mərkəzi İctimai Birliyi
 
Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzi İctimai Birliyi
 
Fəlsəfi Araşdırmalar İctimai Birliyi 
 
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi
 
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi
 
Regional Araşdırmalar mərkəzi.
 
Strateji Təhlil İnstitutu
 
İqtisadi Tədqiqatlar Mərkəzi
 


 

 

PAYLAŞ

Oxşarlar

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

27 May 2020

28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə Türk Dünyasında və Müsəlman Şərqdə Azərbaycan ilk Xalq Cü… ƏTRAFLI

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

23 May 2020

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının a… ƏTRAFLI

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

22 May 2020

Sovetlərdə bir çox səbəbdən dolayı ən uzun dönəm kimi xarakterizə edilən, dinə qarşı kəskin mübarizənin başlaması ilə yadda qalan bu d&… ƏTRAFLI