Yuxarıya
skip to main content

Səciyyəvi, qəbul edilən və edilməyən siyasi təcrübə- (Üçüncü Hissə)

14.11.2019

Azərbaycanda siyasi institutların funksional fəaliyyəti ekspertlər tərəfindən əsasən yüksək qiymətləndirilir:

 

Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sistemi fəaliyyət göstərir. Prezidentli respublika üsul-idarəsi mövcud olduğu üçün icraedici hökumətin fəaliyyəti daha genişdir. Qanunverici hakimiyyət icraedici orqanın bütün təşəbbüslərinə obyektiv yanaşır, bu, hər iki hakimiyyət qolu arasında möhkəm əməkdaşlığın mövcudluğunu əks etdirən faktdır. Belə  forma, məsələn, icraedici orqanın bir çox qərarlarının qanunverici hakimiyyət tərəfindən qarşısının alındığı Ukrayna nümunəsində müşahidə olunmur. Bu isə, Azərbaycanı müəyyən anlamda Ukraynadan fərqləndirən amildir”.

 

“Bütövlükdə belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda sabitlik hökm sürür və  ərazilərin bir hissəsinin işğal altında olması ölkənin əsas problemi olaraq qalmaqda davam etsə də, ümumilikdə uzun müddət hökm sürən sakitlik və sabitlik şəraiti ölkədə siyasi institutların effektiv fəaliyyətini bariz şəkildə üzə çıxarır”.

 

İcraedici hakimiyyətə inam isə müsbət şəkildə ifadə edilir; bu onu deməyə əsas verir ki, aparılan siyasətin effektivliyi kifayət qədər yüksəkdir. Digər tərəfdən, ekspertlərin böyük bir qismi isə Azərbaycanda siyasi institutların fəaliyyətini orta səviyyədə qiymətləndirir:

 

“Daha çox effektivlik əsasdır, nəinki aşağı səviyyədə olan fəaliyyət! Məsələn, prezidentlik siyasi institutunun Azərbaycanda idarəçiliyi və fəaliyyətini mən bir vətəndaş olaraq “yaxşı” səviyyədə qiymətləndirirəm” .

 

“Mən hesab edirəm ki, bizim siyasi institutlar yaxşı fəaliyyət göstərirlər, lakin bu fəaliyyəti hələki mükəmməl siyasi idarəetmə olaraq qiymətləndirmək düzgün deyil. Əgər, hər şey ideal səviyyədə olsa idi, o zaman proqres də mümkün olmazdı...”.

 

“Məsələyə hökumətin varlığı və onun beynəlxalq arenada mövcudluğu nöqteyi-nəzərindən baxıldıqda isə onun fəaliyyətini ümumilikdə effektiv hesab etmək olar”.

 

Ekspertlər nisbətən effektiv siyasi institut kimi prezidentlik institutunu, ən effektiv olmayanlar qismində isə siyasi partiyaları qeyd edirlər. 

 

“Biz demokratik hüquqi dövlətik. Təcrübəyə əsasən gənc dövlətlərin, xüsusən də, müsəlman ölkələrinin nümunəsinə nəzər salsaq, görə bilərik ki, orada aparılan siyasət həqiqi demokratiya nəticələrə nail olmağa gətirib çıxarmır. Bizdə mövcud olan hal-hazırki mərhələdə hökumət başçısının güclü iradəsidir."

 

Bir qrup ekspert qeyd edir ki, qərarların qəbulu forması institutların növündən asılı olaraq dəyişir.

 

Hesabatda digər tərəfdən, ölkədə korrupsiya hallarının hazırki səviyyəsinə dair məsələlərə də yer verilir. Ümumi nəticələrə əsasən belə fikir formalaşır ki, ölkədə korrupsiya komponentlərinin getdikcə azalması meyli müşahidə olunur:

 

“Azərbaycanda korrupsiya hallarının azalması prosesi baş verir. Korrupsiyanı məhdudlaşdıran yeni institutlar formalaşır. ASAN xidmət mərkəzinin yaradılması isə  daha parlaq nümunə kimi qeyd edilə bilər”.

 

Respondentlərin əsas hissəsi inanır ki, siyasi institutların fəaliyyəti ölkədə kifayət qədər açıqdır: “Əvvəla, bu qurumların hər birinin informasiya-mətbuat təminatı baxımından müvafiq öhdəlikləri vardır. Bununla yanaşı, müntəzəm qaydada keçirilən brifinqlər, media ilə görüşlər, daha sonra isə qurumların saytlarının açıq olan parametrləri onların fəaliyyətinə kifayət qədər əlçatan nəzarət imkanı formalaşdırır”.

 

“İcraedici hakimiyyət, demək olar ki, aylıq qaydada ümumi dinləmələr keçirir, bununla yanaşı, rəhbərin qəbul saatları da mövcuddur ki, bunlar vacib rol oynayan məqamlardır”...

 

(ardı var)


(Birinci Hissə)

(İkinci Hissə)