Yuxarıya
skip to main content

Yəhudi-Müsəlman paradiqması - (TƏRCÜMƏ)

20.02.2020

Prezident Donald Tramp Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Oman liderlərini Yaxın Şərq planının son açıqlamasında iştiraka dəvət etməsi heç də təsadüfi deyildi. “Əsrin Sövdələşməsi” adı ilə planın müsəlman dünyasının dəstəyinə ehtiyacı var.

 

Paralel bir şəkildə İsrail ABŞ-ın sülh planını dəstəkləyən bəzi ərəb dövlətləri ilə misli görünməmiş əlaqələrini inkişaf etdirir. Trampın təklifi təqdim etməzdən iki gün əvvəl İsrailin Səudiyyə Ərəbistanına müəyyən şərtlər daxilində səfəri planlaşdırılırdı.

 

Əsrin Sövdələşməsinin əsası XXI əsrdən əvvəl İsrailin ərəb və müsəlman ölkələri ilə yaxınlaşması idi. Xüsusilə İsrailin ilk və hələ də stateji baxımdan əhəmiyyətli, müsəlman çoxluqla müttəfiq, 1990-cı illərin əvvəllərində İsraillə diplomatik münasibət yaradan Azərbaycandır.

 

Yəhudi-müsəlman və İsrail-Azərbaycan münasibətlərindəki ən son dönüş nöqtəsi yanvarın 23-də Qüdsdə keçirilən Ümumdünya Holokost Formuna gəldi. Parlamentin spikeri Oqtay Əsədovun iştirakı, ən dəhşətli Nasist düşərgəsi- Auşvitzin azad edilməsinin 75 illiyinin qeyd  edildiyi mərasimdə iştirak edən 47 dünya lideri arasında xüsusilə diqqət çəkdi. Mərasimdə yalnız iki müsəlman xalqının liderləri iştirak edirdi. Bunlar əhalisinin 51%-i müsəlman olan Bosniya və Herseqovina və 90%-dən çoxu müsəlman olan Azərbaycan idi.

 

 

Oqtay Əsədovun Qüdsdəki Holokost anım tədbirinə qatılması xüsusilə əhəmiyyətli idi. Azərbaycan İsrail üçün təkcə müsəlman çoxluğuna görə deyil eyni zamanda qonşu dövlətləri - Rusiya, Türkiyə, Ermənistan və ən əsası İran üçün əsas starteji müttəfiqdir. Azərbaycan dünyada şiə müsəlman əhalisinə görə İrandan sonra  ikinci yeri tutur. İranın şimal-qərbində yaşayan Azərbaycan türkləri İran əhalisinin əhəmiyyətli hissəsini təşkil edir.

 

1992-ci ildən İsrail və Azərbaycan diplomatik, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində dərin əməkdaşlıq edir. İsrail Azərbaycan neftinin ilkin alıcısıdır və Azərbaycan İsraildən çox sayda müdafiə texnologiyası alıb.

 

Daha təəccüblüsü budur ki, eramızın V əsrindən bu günə qədər, Azərbaycan yəhudiləri müsəlman qonşuları ilə sülh və rifah içində yaşayırdılar. Holokost zamanı Azərbaycan vəhşiliklərdən qaçan Avropa yəhudiləri üçün sığınacaq rolunu oynadı və Sovet dövründə yəhudilər Azərbaycanın intellektual, iqtisadi və siyasi həyatında böyük rol oynayırdılar. Ötən ilin noyabr ayında Bakıda ölkənin hərbi xidmətə görə ən yüksək şərəfini vəfat edən və yəhudi müharibəsi qəhrəmanı Albert Aqarunova həsr olunmuş heykəlin açılışını etdi. Döyüşdə öldürüldüyündən onilliklər sonra, Aqarunov mirası, yəhudilərin antisemitizm olmadığını və ictimaiyyətə inancları ilə tanıdıqlarını bildirdikləri müsəlman əksəriyyətli bir ölkədə yəhudi birləşməsinin və qürurunun güclü bir emblemi olaraq qalır.

 

2016-cı ilin dekabr ayında Bakıya səfər edərkən İsrailin Baş naziri Benyamin Netanyahu İsrail-Azərbaycan əlaqələrini "hər  zaman müsəlmanlarla yəhudilər arasında əlaqələrin ola biləcəyinin və olmalı olduğunun bir nümunəsi" olaraq qeyd etdi. Bu gün baş nazirin mesajı həmişəkindən daha aktualdır. İsrail-Azərbaycan münasibətləri İsrail ilə müsəlman dünyası arasındakı daha geniş sülhün və nəticədə İsrail-Fələstin sülhünün görünə biləcəyi üçün vacib bir modeldir.

 

      Tərcümə:

Afaq Məmmədova