Yuxarıya
skip to main content

Türk filmlərinin Azərbaycan izdihamı: beynimizi necə "fəth edirlər"?

30.11.2019

Türklər Azərbaycanda hansı filmləri nümayiş etdirir?

 

Noyabrın 25-də Nizami Kino Mərkəzində beşinci “Türk filmləri həftəsi”nin açılışı olub. Film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşıb.

 

Hansı filmlər nümayiş etdirilir?

 

Həftə ərzində “Locman”, “Kapan”, “Annem”, “Çakallarla dans-5”, “Rafadan tayfa” filmləri təqdim olunacaq.

 

Filmlər necə seçilib?

 

Film həftəsində azərbaycanlı kinosevərlərə, türkiyəli peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq. Həftə ərzində təqdim olunacaq ekran əsərləri tamaşaçıların ümumi dünyagörüşünün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha onlara çatdıracaq.

 

“Çakallarla dans-5” 

 

Türkiyənin çox məşhur komediya filmlərindən biridir. Son versiya yayımlandığı 11 həftə ərzində 1 milyon 400 min nəfədən çox tamaşaçı izləyib. Gəliri isə 5 milyon manatdan çoxdu.

 

"Locman"

 

80-ci illərin Türkiyəsinə ayna tutan, o dövrün qapalı rejimində yaşayan bir ailədən bəhs edir. Bədii filmi ekranlara çıxandan böyük maraq doğurub. Beynəlxalq “The Numbers - Where Data and Movies Meet” saytının nəticələrinə görə, təkcə beynəlxalq arenada yayımdan 12,463 dollar qazanc əldə edib. Reytinqi isə 24,130-cu yerdədir.

 

"Kapan" 

Türkiyənin məşhur ailə filmidir. Varlı ata ilə övlalarının münasibətlərini əks etdirir. Bu il tamaşaçıların önünə çıxmasına baxmayaraq, dünyadakı bilet satışından 61145 dollar əldə edib.

 

"Annem"

 

Ana və qızının müasir dövrdə qarşılaşdığı problemlərdən bəhs edir və həyat rolları mentalitet üzərindən oynanılır. Almaniyada yayım həyatına başlayan bu filmin isə qazancı iki ay müddətində rekod vurur. Nə az, nə çox 470 min dollar gəlir gətirib.

 

"Rafadan Tayfa"

 

Dövlət televiziyasının istesalı olan bu uşaq filmi illərdir ki, hər gün yayımlanan 50 proqram içərisində ən çox izlənənlər sırasında yer alır.

 

 

Siyahıdan da məlum olduğu  kimi türk kinomatoqrafçıları Bakıya gəlməmişdən qabaq Azərbaycan tamaşaçısının marağını əməlli-başlı analiz edə biliblər. Belə ki, ilk nümayiş günü ərzində kinoteatrda boş yer tapmaq mümkün  olmayıb. Bəs, türk filmçiləri bu marağı necə müəyyənləşdirə bilir?

 

“Türksat” telekommunikasiya peykində yayımlanan kanalların günlük, həftəlik və aylıq reytinq cədvəlində Azərbaycan tamaşaçısının payı müəyyən edilib, eyni proses həm də İP adreslərindən aşkar edilərək internet yayımlarına da tətbiq edilib.

 

Əziz Əliyev

ekspert