Yuxarıya
skip to main content

Sosial iğtişaşlar artır, qlobal iqtisadiyyat üçün risklər çoxalır

28.09.2022

Pandemiyanın ilk ilində xalq etirazlarında baş verən fasilədən sonra insanlar küçələrə qayıdırlar.

Bu il Kanada və Yeni Zelandiya kimi iğtişaşların nisbətən nadir olduğu bəzi inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrdə  hökumət əleyhinə uzun müddət davam edən nümayişlər baş verib. Bir sıra inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında yaşanan dəyişikliklər, çevrilişlər və konstitusiya böhranları geniş etirazlara səbəb olub. BVF-nin bu yaxınlarda hazırladığı hesabat  iğtişaşların iqtisadi səbəblərini və vurduğu zərərlərin  xərclərini  anlamaq məqsədi daşıyır.

Sosial iğtişaşları ölçmək çətindir. BVF-nin Sosial İğtişaşlar İndeksi 130 ölkədə iğtişaşlarla əlaqəli sözləri mediada saymaqla edir. Adətən böyük iğtişaş hadisələrini əks etdirən bu indeksdə böyük sıçrayışlar yaşayan ölkələrin payı fevral ayında təxminən 3 faizə yüksəldi. Həftənin qrafikindən göründüyü kimi, bu, pandemiyanın başlanğıcından bəri ən yüksək səviyyələrə yaxındır.

Pandemiyadan əvvəl bütün dünyada iğtişaşlar artmışdı. Ola bilsin ki, ən çox diqqət çəkəni Çilidə başlayan və 2019-cu ilin oktyabr və noyabr aylarında Latın Amerikasının bəzi hissələrini əhatə edən etiraz dalğası idi. Yaxın Şərqdə, xüsusən Əlcəzair, İran, İraq və Livanda da əhəmiyyətli iğtişaşlar təxminən eyni vaxtda baş verdi.

Sosial iğtişaşlar həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda baş verən hadisələrlə pandemiyanın sonrakı mərhələlərində də davam etdi.

Əvvəllər etirazlar Kanada, Yeni Zelandiya, Avstriya və Hollandiya da daxil olmaqla, böyük sosial iğtişaşların adətən nadir hallarda baş verdiyi yerlərdə müəyyən  motivlərlə baş verdi.

Hazırda isə inkişaf etməkdə olan iqtisadiyyatlarda son iğtişaşların görünən motivləri daha müxtəlifdir. Misal olaraq Qazaxıstan və Çadda hökumət əleyhinə etirazlar; Burkina Fasoda çevriliş; Tacikistanda regional etirazlar;və Sudanda konstitusiya böhranı.

Səbəblər və xərclər ;

Önümüzdəki aylarda iki mühüm amil gələcəkdə baş verə biləcək  iğtişaşlara dair  riskin artmasına səbəb ola bilər.

Birincisi, hökumətlər məhdudiyyətləri yumşaltdıqca, COVID-lə bağlı ictimai narahatlıqlar azaldıqca, pandemiya ilə bağlı etiraz üçün səbəblər azala bilər.

İkincisi, ərzaq və yanacağın qiymətlərinin artması ilə bağlı əhalinin məyusluğu arta bilər. Vətəndaş iğtişaşlarının iqtisadi səbəbləri mürəkkəb olsa da və iğtişaşları proqnozlaşdırmaq olduqca çətin olsa da, ərzaq və yanacağın kəskin qiymət artımları keçmişdə daha tez-tez etirazlarla müşayiət edilib.

Sosial iğtişaşların artması qlobal iqtisadiyyatın bərpası üçün risk yarada bilər, çünki bu, iqtisadi göstəricilərə davamlı təsir göstərə bilər. Keçən il bir məqalədə BVF işçiləri istehlakçıların qeyri-müəyyənlikdən qorxduqları və istehsal və xidmətlərdə məhsul itkisi ilə əlaqədar iğtişaşların mənfi iqtisadi təsir göstərə biləcəyini bildirdilər.

Nəticədə, ən ciddi iğtişaşlardan 18 ay sonra ümumi daxili məhsul həmişəkindən təxminən 1 faiz aşağıdır.

Sosial iğtişaşlar hələlik pandemiyadan əvvəlki səviyyələrə nisbətən aşağı səviyyədə qalsa da, pandemiya dövründəki məhdudiyyətlərin qaldırılması və yaşayış xərclərinin davamlı sıxılması etirazların hələ də arta biləcəyini göstərir. Bu, əhəmiyyətli iqtisadi xərclərə səbəb ola bilər.

Sosial iğtişaşları ölçmək çətindir. BVF-nin Sosial İğtişaşlar İndeksi bunu 130 ölkədə iğtişaşlarla əlaqəli sözlərin mediada qeyd edildiyini saymaqla edir. Adətən böyük iğtişaş hadisələrini əks etdirən bu indeksdə böyük sıçrayışlar yaşayan ölkələrin payı fevral ayında təxminən 3 faizə yüksəldi. Həftənin Qrafikindən göründüyü kimi, bu, pandemiyanın başlanğıcından bəri ən yüksək səviyyələrə yaxındır.

Əziz Əlibəyli
Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.