STM-in baş məsləhətçisi Qazaxıstan Prezidenti Tokayevin xalqa müraciəti ilə bağlı təşkil olunan dəyirmi masada keçirilən müzakirələrdə iştirak edib

09.09.2022

2022-ci ilin sentyabrın 9-da Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Qazaxıstan Respublikasının Birinci Prezidentinin Kitabxanasının təşkil etdiyi dəyirmi masada Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Qazaxıstan Respublikası Konstitusiyasının 59-cu maddəsinə uyğun olaraq, VII çağırış Parlamentin üçüncü sessiyasının açılışının xalqa müraciəti müzakirəsində iştirak edib. Müzakirələrdə Qazaxıstanın tanınmış iqtisadçıları, politoloq, hüquqşünas və sosioloqları iştirak edirdi. İ.Hüseynov Sosial Tədqiqatlar Mərkəzini təmsil edərək xarici ekspert kimi qatıldığı tədbirdə Qazaxıstanın çətin sınaqlardan uğurla çıxdığını bildirdib. Bununla yanaşı, Tokayevin Peterburq İqtisadi Forumunda ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaqla bağlı beynəlxalq hüququn prinsiplərinin üstün tutulmasının Azərbaycan üçün də önəmli hesab olunduğunu qeyd edib.

 

Qeyd edək ki, ölkəsinin tarixində mühüm mərhələyə qədəm qoyan Qazaxıstan prezidenti Tokayevin xalqa müraciəti 5 istiqamətdən ibarətdir və dövlət idarəçiliyində mühüm dəyişiklikləri özündə əkz etdirir:

 

1) Yeni iqtisadi siyasət;

2) Real sektorun inkişafı;

3) Ölkənin gələcəyinə strateji investisiya;

4) Dövlət idarəçiliyinin yenilənməsi;

5) Qanun və qaydalar.

 

Sübhəsiz ki, Qazaxıstan mühüm iqtisadi, siyasi, sosial və hüquqi yeniliklər dövrünə qədəm qoyur. Burada hakimiyyətin bir əldə cəmləşməsi əvəzinə 7 ilcəmi bir dövr ərzində prezident seçilmək hüququnun yaradılması demokratikləşmə adına mühüm addımdır, eyni zamanda dərin struktuk və institutsional yenilənmələrin əsası qoyulur. İ.Hüseynov çıxışında regionda yaranan yeni reallıqlar kontekstində yeni nəqliyyat imkanları, Tokayevin Bakıya səfəri zamanı cənab Prezident İlham Əliyevi Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə münasibətilə təbrik etməsi və hər iki ölkənin liderinin tərcüməçi olmadan çıxış etməsinin ikitərəfli münasibətləri dərinləşdirən mühüm element olduğunu bildirdib. Sonda Politoloq İlyas Hüseynov çıxışında dost və qardaş Qazaxıstan xalqına mühüm tarixi dövrdə uğurlar, iqtisadi rifah və gözəl gələcək arzulayıb.