Yuxarıya
skip to main content

Yorğunluq: səbəbləri və aradan qaldırma üsulları

15.08.2022

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi  (VCİOM) yorğunluqla bağlı sorğu keçiririb. 

 

Sorğunun nəticələrinə görə rusların 88%-i müxtəlif tezliklərdə yorğunluq yaşayır. Onların arasında gənclər  13-34 yaşlarından olanlar üstünlük təşkil edir (96-97%).  Hər gün təxminən üç nəfərdən biri bu vəziyyətlə üzləşir (31%). Risk qrupuna isə yaşlı nəslin nümayəndələri (40%), maddi vəziyyətini pis qiymətləndirən ruslar (49%) və kənd sakinləri (41%) daxildir.

 

Qadınlar kişilərdən daha tez-tez gündəlik yorğunluqdan şikayət edirlər (34% ;27%).  Bu, onların rol modellərinin müxtəlifliyi bağlı ola bilər. Qadınlar iş, həyat və uşaq böyütməyi birlikdə aparmalı olurlar.

 

Fiziki vəziyyətə faktiki yaşdan daha çox subyektiv təsirlər var. Özlərini yaşlı hesab edən ruslar gündəlik yorğunluğu həqiqi  yaşlarına görə belə sayanlardan demək olar ki, iki dəfə tez-tez yaşayırlar (73% ; 60 və daha yuxarı yaşlılar arasında 40%).

 

Dövri yorğunluğa baxmayaraq, ruslar özlərini faktiki yaşlarından daha gənc hiss edirlər: Onların 35%-i özlərini gənc, 41% -i orta yaşlı hesab edirlər.

 

Rusların yorğunluğunun əsas səbəbi əmək fəaliyyətidir. Demək olar ki, eyni dərəcədə stressli, məsuliyyətli və fiziki ağır işlə bağlıdır (yorğunluq yaşayanlar arasında 30% və 27%).

 

İş əsasən kişilərdə (36% -ə qarşı 33%), ailə və uşaqlar qadınlarda yorğunluq mənbəyidir (26% -ə qarşı 8%).

Yorğunluğun mənbələri yaşlandıqca dəyişir: 18-24 yaş arasında olanların 44%-i bunu təhsillə əlaqələndirirlər.

İkinci yerdə psixoloji çətin vəziyyətlərin çoxluğundan yorulanlar gəlir (27%). Gündəlik yorğunluqla üzləşənlərin  31%-i bağ evi, bağça işləriylə bağlı yorulur. Hər beşinci şəxs (18%) isə ailə və uşaqlar səbəbindən yorğunluq yaşayır.

 

Ruslar yorğunluq mənbələri ilə yanaşı, onunla mübarizə aparmağın müxtəlif yollarını da bölüşürlər. Yorğunluq yaşayanların cavablarına əsasən, onu aradan qaldırmağın 6 üsulu var. Ən çox qeyd edilən passiv təcrübələrdir (dincəlmək, yuxu, meditasiya, tətil və s).  Yorulanların 48 %-i bu yolları sınayır. Hər səkkiz nəfərdən biri (12%-i) diqqəti dəyişdirən və beyni boşalda bilən fəaliyyətləri (kompüter oyunları, televizora baxmaq, kitab oxumaq, musiqi, krossvordlar, alış-veriş və s.) seçir. Təxminən eyni sayda insan təbiətlə birləşərək (gəzinti, balıq ovu, ölkəyə səfərlər və s.) yorğunluqla mübarizə aparır (11%).

 

İdman həm yorğunluğun səbəbi, həm də ondan qurtulmağın bir yoludur; hər onuncu insan (10%) fiziki fəaliyyət və bədən üzərində işləmək (çimmək, bədən tərbiyəsi, masaj və s.) vasitəsilə yorğunluğunu çıxarır. Yorulanların 8%-i enerji mənbəyi kimi ünsiyyəti seçir, 4%-i bir məşğuliyyətə yönəlir - tikmək, rəsm, yemək bişirmək, ev işləri və s.

 

Şəfanə İbrahimova