Yuxarıya
skip to main content

STM yerli icra hakimiyyətləri ilə bağlı analitik hesabat hazırlayıb

20.07.2022

Yerli icra hakimiyyəti başçıları digər vəzifəli şəxslərlə müqayisədə daha çox ictimai diqqət mərkəzindədir və ictimai-siyasi fiqur kimi dövlət-cəmiyyət münasibətlərinə təsiredici rola malikdir. Bu baxımdan yerli icra hakimiyyəti başçılarının regionlarda dövlət hakimiyyətinin nümayəndəsi, dövlətlə bağlı ictimai mövqe qurucusu, ictimai-siyasi fiqur, eləcə də son illərdə islahatların başlıca elementi kimi sosial tədqiqat mövzuları arasında yer alması gözləniləndir. 

Qeyd olunan zərurətlərdən irəli gələrək, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda yerli icra hakimiyyəti başçısı vəzifəsinin təsis olunduğu tarixdən (18 oktyabr 1991-ci il) ötən 30 il ərzində bu istiqamətdəki kadr siyasətinin mənzərəsini müqayisəli olaraq təqdim edən, yerli icra hakimiyyəti başçılarının profillərini, vəzifəyə təyinat və azad olunmaların  dinamikasını, bu vəzifəli şəxslərin ümumi və təyinata qədərki əmək fəaliyyətini, vəzifəyə təyinat və vəzifədə qalma müddətini, təhsil səviyyəsini və ixtisas istiqamətlərini, yaş qrupu, region mənsubiyyəti kimi müxtəlif parametrik göstəricilərini ayrı-ayrı dövrlər və iqtisadi-inzibati rayonlar üzrə, eləcə də seçilən digər ölkələrin analoji göstəriciləri ilə müqayisəli formada təhlil edən hesabat hazırlanıb. 

Hesabat xidməti istifadə üçün nəzərdə tutulmuşdur.