Yuxarıya
skip to main content

Şotlandiya müstəqil ola bilərmi? - SORĞU

30.06.2022

Nikola Sturqen gələn il oktyabrın 19-da Şotlandiyada ikinci müstəqillik referendumunu keçirmək niyyətini təsdiqləyib.

Əgər “Holyrood” Böyük Britaniya Ali Məhkəməsindən qanuni olaraq yeni referendum keçirə biləcəyinə dair təsdiq alarsa, şimali Britaniyada məskunlaşmış şotlandlar bir daha “Şotlandiya müstəqil ölkə olmalıdırmı?” sualı ilə üzləşə bilər.

Nazir ümid edir ki, məhkəmə onun hökumətinə Vestminsterin razılığı olmadan davam etmək imkanı verəcək.

Xanım Sturqen deyib ki, o, konstitusiyaya uyğun, "şərtsiz və qanuni" referendum keçirmək istəyir.

2014-cü ildən bəri sorğu iştirakçıları dəfələrlə müstəqil Şotlandiya haqqında ictimaiyyətin rəyini ölçməyə çalışıblar.

Bu il indiyədək bir sıra təşkilatlar Şotlandiyanın müstəqil ölkə olub-olmaması ilə bağlı müxtəlif versiyaları soruşan təxminən onlarla sorğu keçirib.

Bəs sorğular bizə nə deyir?

Bunun üçün ilk olaraq hələ yanvar ayında sorğu keçirmiş olan Savanta/Comres şirkətinin sorğu nəticələrini gözdən keçirmək lazımdır. Nəticələrə əsasən iştirakçıların 46%-i ölkələrinin müstəqil olması fikrini dəstəkləyir. Eyni sayda iştirakçı da həmçinin bu fikirlə razı deyil. Ancaq kritik məqam isə 8%-lik qərarsızlarla bağlıdır. Bu hal isə onu göstərir ki, hələlik Şotlandiya ilə bağlı hər şey sual altındadır.

2022-ci ildə müstəqilliyə dəstək necə dəyişdi?

2022-ci il yanvarın əvvəlindən 29 may tarixinədək sorğulardan toplanmış məlumatlar isə aşağıda göstərildiyi kimidir.

Belə ki, 29 may sorğusu göstərir ki, şotlandiyalıların 45%-i müstəqilliyi dəstəkləyir. Müstəqilliyi dəstəkləməyən insanların faiz nisbəti isə 46%-dir. Bu rəqəmlər isə onu göstərir ki, şotlandiyalıların ümumilikdə müstəqillik barədə çox narahat olmadığını göstərir.

Ən son müstəqillik referendumu 2014-cü ildə baş tutmuş və şotlandlar müstəqil olmaq fikrinə qarşı çıxmışdı. Lakin o vaxtdan bəri Britaniyanın mühafizəkar baş nazirləri başqa səsvermənin keçirilməsi ilə bağlı hər hansı təklifi qəti şəkildə rədd etdilər.

Bununla belə, xanım Sturqen israr edir ki, SNP-nin 2021-ci il “Holyrood” seçkilərindəki qələbəsi ona başqa referendum üçün mandat verir.