Yuxarıya
skip to main content

Alimlər dünyada aclıq ehtimalına qarşı araşdırmalar aparır

21.06.2022

Dünyanın son zamanlarda iqtisadi və humanitar baxımdan çəkdiyi sıxıntılar artıq özünü göstərməyə başlayıb. Pandemiya zamanından başlayan və hələ onun təsirləri aradan qalxmamış şəri Avropada tüğyan edən müharibə nəticəsində bir çox ekspertlər qida böhranının ehtimallar arasında olduğunu vurğulayıb.

Qarşıdan gələn quraqlıqların həm dəhşətli dərəcədə böyük elementlərini daha tez proqnozlaşdıra bilmək üçün İqlim Təhlükələri Mərkəzi hər beş gündən bir ABŞ hökumətindəki tərəfdaşlarına, humanitar agentliklərə və FAO kimi beynəlxalq agentliklərə hesabat göndərir. Hesabatda növbəti 15, 30 və 60 gün üçün real vaxt rejimində yağış məlumatları və proqnozları ilə Afrika, Asiya və Mərkəzi Amerikadakı qaynar nöqtələrin xəritələri yer alır. Araşdırma həmçinin məlumatları kontekstləşdirərək cari səviyyələri əvvəlki illərlə müqayisə edir. Xəritələrə əsasən, ABŞ dövlət qurumlarının əməkdaşları və ərzaq təhlükəsizliyi üzrə analitiklər 35-dən çox ölkə üçün qəti aclıq ehtimalını proqnozlaşdırıb. USAİD-in təxminən 4 milyard dollarlıq illik ərzaq yardımı büdcəsinin necə xərclənməsi barədə isə hazırda əməliyyatlar aparılır. Hesabatlara əsasən, aclıqlarla bağlı erkən xəbərdarlıq insanların böhranlara reaksiya vermək və hətta onlardan xilas olmaq şanslarını artırıb.  

Bu isə o demək deyil ki, hesabat təqdim olunan zaman qərar sahibləri bütün göstərişləər əməl edəcək. Alimlərin sözlərinə görə son məqamda qərarları qəbul etməli olan şəxslər əsasən böhranın startını görməmiş məsələyə pul xərcləməyə heç də meyilli deyillər.

 

“Fews Net” və oxşar qurumlar 2021-ci ilin may ayından etibarən Cənubi Madaqaskarda narahatlıq doğuran əlamətlər barədə xəbərdarlıq edərək, 40 ilin ən pis quraqlığının ardıcıl üçüncü il davam edəcəyini proqnozlaşdırır. 2021-ci ilin sentyabrına qədər alimlər diqqət cəlb etməyə çalışan məqalələr yazırdı. İndi 1,5 milyona yaxın insan həşərat və kaktus yarpaqları ilə qidalanaraq aclıq sərhədində yaşayır.

Alimlərin sözlərinə görə onları əsas narahat edən cəhət hər dəfə baş verən bu hala qarşı hələ də konstruktiv yox reaktiv cavab verilməsidir.

Proqnozlar və cavablar arasındakı bu boşluğu doldurmaq üçün bəzi ekspertlər təklif edir ki, aclıqlara dərhal qorxulu bir hal kimi deyil, tez-tez baş verən daha böyük, daha sakit fövqəladə vəziyyətin ölümcül nəticəsi kimi baxmaq lazımdır.

Venesuela 2014-cü ildə vacib qidaların ixracını qadağan etdi və sərhəd patrulları insanların ailələri üçün evlərinə gətirdikləri bir neçə kilo düyü, yağ və ya undan onları məhrum etməyə başladılar. Sonra inflyasiya Venesuelada yeməyi az tapılan mövhuma çevirəndə minlərlə miqrant Kolumbiyaya və digər Latın Amerikası ölkələrinə getməyə başladı. 2018-ci ilin noyabrına qədər təxminən 1,2 milyon insan Kolumbiyada məskunlaşdı, onların çoxu La Quajiradadır. Son hesablamalar göstərir ki, 6 milyona yaxın venesuelalı yoxsulluq, zorakılıq və aclıqdan səbəbindən ölkələrindən köçüb. Kolumbiya hökumətinin məlumatlarına görə, təxminən 1,8 milyon insan Kolumbiyadadır, 106,000-dən çoxu La Quajirada məskunlaşdı.

Son 20 ildir bölgədə işləyən antropoloq Klaudia Puerta Silva deyir ki, yarımadaya edilən humanitar və dövlət müdaxilələrinin əksəriyyəti qısamüddətlidir. O deyir ki, icmalar daha qısamüddətli böhrandan çıxdıqda, onlar tez-tez əvvəlkindən daha çox yeni sarsıntılara qarşı həssas qalırlar. Silvanın sözlərinə görə bu ərazilərdə yaşayan insanların vəziyyəti düzəldilməsə onlar çox ciddi fəlakət qarşısında çarəsiz qalacaq.

Qısamüddətli reaksiya ilə birlikdə davam edən böhranın tez zamanda aradan qaldırılması mümkün deyil. Humanitar Siyasət Qrupunun hesabatında deyilir ki, 2016-cı ildə humanitar ərzaq yardımının böyük hissəsi eyni 10 ölkədə cəmlənib və bu pulun 86%-i böhranların üç ildən çox davam etdiyi icmalara gedib. Hesabatda deyilir ki, “böhranlar onilliklərdir davam edir, lakin humanitar yardım illik və qısamüddətli olaraq qalır”.

Erkən, planlaşdırılmış müdaxilələr ilə milyonlarla dollara qənaət etmək mümkündür. Məsələn, USAID təxmin edib ki, fövqəladə hallar zamanı ailələr üçün erkən müdaxilələri kiçik pul köçürmələri ilə birləşdirməklə, yaxın 15 il ərzində Keniya, Zambiya və Efiopiyada təxminən 2,6 milyard dollar humanitar yardıma qənaət etmək olar.

Münaqişələr, quraqlıq və iqlim dəyişikliyinin bir çox regionlarda artıq quraqlığı gücləndirdiyi bir dünyada aclığın qarşısını almaq üçün erkən planlaşdırmaya həmişəkindən daha çox ehtiyac var.

Paşa Bayramov