Yuxarıya
skip to main content

Dünyanı ən çox narahat edən nələrdir?/ SORĞU

10.06.2022

Ipsos beynəlxalq tədqiqat mərkəzi hər ay dünyanı narahat edən məsələlərlə bağlı sorğu keçirir. Bu sorğuyla dünyanın 27 ölkəsində ən mühüm sosial-ictimai məsələlər barədə ictimaiyyətin nə düşündüyü 10 illik məlumat bazasından faydalanaraq tədqiq olunur.

İnflyasiya

Bu dəfəki sorğunun nəticələrinı görə ardıcıl olaraq 10 aydır yüksələn inflyasiya əsas narahatlıq olaraq qalır. Qlobal miqyasda orta hesabla hər üç nəfərdən biri (34%) inflyasiyanın öz ölkələrinə təsir edən əsas problemlərdən biri olduğunu bildirir ki, bu da ötən ayla müqayisədə 2% çoxdur.

Sorğuda iştirak edən 27 ölkənin hamısında 2022-ci ilin əvvəli ilə müqayisədə may ayında inflyasiya ilə bağlı narahatlıq göstəricisi daha yüksəkdir.

2013-cü ildən – sorğuya əlavə olunduğu zamandan bəri ilk dəfə olaraq  mart ayında inflyasiya ilk beş narahatlıq bölməsinə düşüb və ötən ay qlobal miqyasda ən çox narahatlığa səbəb olub.

Aprel ayında bir ölkə istisna olmaqla, bütün ölkələrdə qiymət artımı ilə bağlı narahatlıqlar çoxalıb və mayın 18-də dünya bazarlarında narahatlıq yenidən artıb. Ötən Aydan bu yana inflyasiya ilə bağlı ən çox narahatlıq artan ölkələr Çili  (+12), Polşa(+9), Cənubi Koreyadır (+9).

Argentina, Kanada, Böyük Britaniya, Polşa, Türkiyə və ABŞ-da narahatlıq göstəricisi yuxarı idi və indi bu siyahıya Avstraliya da qoşulub.

Koronavirus

Covid-19-la bağlı narahatlıq göstəricisi isə ardıcıl  üç aydır aşağı düşərək səkkinzi yerdə qərarlaşıb. 

Qlobal miqyasda koronavirusla bağlı narahatlıq 16% təşkil edir ki, bu da ötən ayla müqayisədə 2%,  martla müqayisədə 17%, ilin əvvəlindəki göstərici ilə müqayisədə isə 19% aşağıdır.

Yaponiya üç ay əvvəllə müqayisədə koronavirusun ən çox narahatlıq doğurduğu ölkə olaraq qalır.

Hərbi münaqişələr

Millətlər arasında hərbi münaqişələr “dünyanı narahat edənlər”ə ötən ay əlavə olunub və qlobal rəqəm 14%  olaraq sabit qalıb, siyahıda ümumi narahtlıqlar içərisində 11-ci yerdə qərarlaşıb.

Almaniyada məsələ ilə bağlı narahatlıq 6% artıb və  hazırda bu mövzuda ən çox narahat olan ölkədir. 

İtaliya (+4), Belçika (+3) və Yaponiya (+6) millətlər arasında hərbi konfliktlərdən narahat olan ilk beş ölkə sırasındadır və narahatlıqlarında artım müşahidə olunub. Ötən ay bu bölmədə lider olan Polşada isə narahatlıq azalıb və hazırda reytinqdə ikinci yerdədir.

Düzgün istiqamət

Sorğuda iştirak edən 27 ölkə arasında respondentlərin üçdə ikisi (64%-i) öz ölkələrində işlərin yanlış yolda olduğunu, 36%-i isə düzgün istiqamətdə getdiyini düşünür.

Peru və Argentinada ölkələrinin yanlış istiqamətdə getdiyini söyləyənlər ən böyük faizə malikdir (müvafiq olaraq 91% və 86%). Ötən aydan bəri Çilidə “yalnış yol” göstəricisində 9, Macarıstanda isə 8 ballıq artım var.

Səudiyyə Ərəbistanı və Hindistan öz ölkələri haqqında ən müsbət mövqedə qalırlar (93%-i və 75%-i düzgün istiqamətdə getdiklərini düşünür).

İqtisadiyyat

Sorğuda iştirak edən bütün ölkələr arasında respondentlərin orta hesabla üçdə biri (35%-i) öz ölkələrində mövcud iqtisadi vəziyyətin yaxşı olduğunu, əksəriyyəti (65%-i) isə pis olduğunu deyir.

Ötən illə müqayisədə İspaniyada göstərici 12% yüksəlib və iştirakçıların 30%-i hazırda ölkələrində iqtisadiyyatın vəziyyətinin yaxşı olduğunu düşünür.

Argentina bu ay yenidən cədvəlin sonundadır, insanların yalnız 8%-i ölkənin iqtisadi vəziyyətini yaxşı qiymətləndirir.